Məhkəmə qərarları › İş №2(013)-2732/2023

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-2732/2023

29.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-2732/2023 29.11.2023 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölümün qeyd edilməsi faktının müəyyən edilməsi barədə mülki işə 29 noyabr 2023-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi rayon məhkəməsinə ünvanladığı ərizəsində atası X2 xx.xx.2022-ci ildə və anası X1 xx.xx.2022-ci ildə ölməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi qismində məhkəmədə izahat verən Ərizəçi ərizəni müdafiə edərək bildirmişdir ki, atası H.R.Ələkbərov xx.xx.2022-ci ildə, anası Z.İ.Ələkbərova isə xx.xx.2022ci ildə Sumqayıt şəhərində xəstəlikdən vəfat etmişlər. Atası və anası Sumqayıt şəhər qəbristanlığında dəfn olunmuşlar. Həmin vaxt səriştəsizlikdən atasının və anasının ölümünü qeyd etdirməmişdir. Valideyinlərinə ölüm haqqında şəhadətnaməsini almaq üçün aidiyyəti orqanlara müraciət etmiş, ona məhkəməyə müraciət etməsi izah edilmişdir. Ölüm haqqında şəhadətnamə almaq üçün faktın müəyyən edilməsi zərurəti yarandığını qeyd etməklə ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs Ağdam Rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məlum olmayan səbəblərdən gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şahid qismində məhkəmədə izahat verən X6 qohumu H.R.Ələkbərovun xx.xx.2022ci ildə, Z.İ.Ələkbərovanın isə xx.xx.2022-ci ildə xəstəlikdən vəfat etdiyini və Sumqayıt şəhər qəbristanlığında dəfn olunduqlarını bildirmişdir. Şahid qismində dindirilmiş X3 babası H.R.Ələkbərovun xx.xx.2022-ci ildə, nənəsi Z.İ.Ələkbərovanın isə xx.xx.2022-ci ildə xəstəlikdən vəfat etdiyini və Sumqayıt şəhər qəbristanlığında dəfn olunduqlarını bildirmişdir. Məhkəmədə elan olunmuş Ağdam Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2023-cü il tarixli 597-05/15 saylı arayışından görünür ki, Ərizəçi atası H.R.Ələkbərovun və anası Z.İ.Ələkbərovanın ölümünə əsas verən zəruri sənədlər təqdim olunmadığından ölümün qeydə alınması birbaşa səlahiyyətləri olmadığını izah edərək məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. V-JQ № 810179 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, H.R.Ələkbərov və Z.İ.Ələkbərovanın birgə nikahından xx.xx.1965-ci ildə Rəsmiyyə adlı uşağı olmuşdur. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə baxışında müəyyən olunmuşdur ki, Ərizəçi atası H.R.Ələkbərov xx.xx.2022-ci ildə, anası Z.İ.Ələkbərova isə xx.xx.2022-ci ildə Sumqayıt şəhərində xəstəlikdən vəfat etmiş və Sumqayıt şəhər qəbristanlığında dəfn olunmuşlar. Faktın təsdiqi ölüm haqqında şəhadətnamə almaq üçün zəruri olduğundan, Ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki,ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin,yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə əsaslı olduğundan təmin edilsin. X2 xx.xx.2022-ci ildə Sumqayıt şəhərində vəfat etməsi faktı müəyyən edilsin. X1 xx.xx.2022-ci ildə Sumqayıt şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar