Məhkəmə qərarları › İş №2(013)-2768/2024

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-2768/2024

12.12.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-2768/2024 12.12.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyaları tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 880 manat dəyərində 11 qram 585 əyar qolbağ, 420 manat dəyərində 6 qram 585 əyar 1 dəst sırğa, 640 manat dəyərində 8 qram 585 əyar bir ədəd brilyant qaşlı nişan üzüyü, 480 manat dəyərində 6 qram 585 əyar 1 ədəd üzük, 720 manat dəyərində 1 ədəd çəkisi 12 qram 585 əyar boyunbağı, 900 manat dəyərində çəkisi 13 qram 585 əyar 2 ədəd klon olmaqla, qızıl-zinət əşyaları naturada, naturada olmadıqda onların dəyəri 4040 manat pulun, 55 manat mediyasiya xərci və dövlət rüsumu kimi ödənilmiş 5.40 manat məbləğində pul vəsaitinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığına görə məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında iddia tələbini müdafiə edərək, X5 ilə xx.xx.2019-cu il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurduqlarını, birgə nikahlarıdan bir övladlarının olduğunu, Ağdam rayon Məhkəməsinin 2(013)- 50/2023 saylı qətnaməsi ilə rəsmi olaraq ayrıldıqlarını, cavabdehin evini tərk edərkən ona hədiyyə edilmiş, 4040 manat dəyərində qızıl-zinət əşyalarının cavabdehin evində qaldığını bidirdi və iddia ərizəsinin təsviri hissəsində göstərilən qızıl-zinət əşyalarının naturada, mümkün olmadıqda isə onların ümumi dəyəri olan 4040 manat məbləğində pul vəsaitinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 izahatında iddia tələbini müdafiə edərək, iddiaçıya məxsus bütün qızıl-zinət əşyalarının cavabdehdə olduğunu və iddiaçının cavabdehdən həmin əşyaları dəfələrlə tələb etməsinə baxmayaraq verilmədiyini bildirdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının, onun nümayəndəsinin izahatını və çıxışını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Gəncə Apelyasiya Məhkəməsinin 2(104)-1147/2024 nömrəli 01 iyul 2024-cü il tarixli qətnaməsinin sürətindən görünür ki, Ağdam Rayon Məhkəməsinin 2(013)-1230/2023 saylı 14 iyun 2023-cü il tarixli qətnaməsi “Cavabdeh X3 880 manat dəyərində 11 qram 585 əyar qolbağ, 420 manat dəyərində 6 qram 585 əyar 1 dəst sırğa, 640 manat dəyərində 8 qram 585 əyar bir ədəd brilyant qaşlı nişan üzüyü, 480 manat dəyərində 6 qram 585 əyar 1 ədəd üzük, 720 manat dəyərində 1 ədəd çəkisi 12 qram 585 əyar boyunbağı, 900 manat dəyərində çəkisi 13 qram 585 əyar 2 ədəd klon olmaqla, qızıl-zinət əşyaları naturada, naturada olmadıqda onların dəyəri alınıb İddiaçı verilməsi” hissəsi ləğv edilmiş və həmin hissədə iddia təmin edilməmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, iddianın qızıl-zinət əşyalarına aid hissədə cavabdeh X5 iddia tələbinə cavab verən şəxs deyil. İddiaçı izahatında göstərmişdir ki, sözü gedən qızıl-zinət əşyaları Cavabdeh tərəfindən İddiaçı alindən alınmışdır. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübüt edilmir. «İnsan hüquqlarının və əsas azadlıqdarın müdafiəçi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi «Sporronqun və Lonnrotun İsveçrə qarşı» qərarında və bundan sonra qəbul etdiyi qərarlarda mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: mülkiyətçinin mülkiyyət hüququnun mövcüd olması, mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması, mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş verib-verməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların «de fakto» baş verməsi aydınlaşdırılmalıdır. Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak onların hər birinin ayrıca mülkiyyətidir. Mülki Məcəllənin 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin maddənin mənasına görə bu cür iddia qaldıran iddiaçılar bir-biri ilə üzvü əlaqədə olan 2 halı: tələb etdiyi əmlakın ona məxsus olmasını və başqasının həmin əmlaka qanunsuz yiyələnməsini sübut etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə tədqiq olunmuş sübutlara və işin faktiki hallarına obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin olunmalı, cavabdehdən 880 manat dəyərində 11 qram 585 əyar qolbağ, 420 manat dəyərində 6 qram 585 əyar 1 dəst sırğa, 640 manat dəyərində 8 qram 585 əyar bir ədəd brilyant qaşlı nişan üzüyü, 480 manat dəyərində 6 qram 585 əyar 1 ədəd üzük, 720 manat dəyərində 1 ədəd çəkisi 12 qram 585 əyar boyunbağı, 900 manat dəyərində çəkisi 13 qram 585 əyar 2 ədəd klon olmaqla, cəmi dəyəri 4040 manat qızıl-zinət əşyaları naturada, naturada olmadıqda onların dəyəri İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda 55 manat mediyasiya xərci və dövlət rüsumu kimi ödənilmiş 5.40 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh - 880 manat dəyərində çəkisi 11 qram 585 əyarlı qızıl qolbağı, 420 manat dəyərində 6 qram 585 əyarlı 1 dəst qızıl sırğa, 640 manat dəyərində çəkisi 8 qram 585 əyarlı bir ədəd brilyant qaşlı qızıl nişan üzüyü, 480 manat dəyərində çəkisi 6 qram 585 əyarlı 1 ədəd qızıl üzük, 720 manat dəyərində 1 ədəd çəkisi 12 qram 585 əyarlı qızıl boyunbağı və 900 manat dəyərində çəkisi 13 qram 585 əyarlı 2 ədəd klon olmaqla qızıl-zinət əşyaları naturada, naturada olmadıqda onların cəmi dəyəri 4040 manat alınaraq İddiaçı verilsin. Cavabdeh 55 (əlli beş) manat mediyasiya xərci və dövlət rüsumu kimi ödənilmiş 5.40 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilsin. Qətnamədən tərəflərə təqdim edildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar