Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-2768/2025 29.09.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair /maraqlı tərəf Bərdə Regional ASAN XİDMƏT Mərkəzi/ ərizə üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək atası, X3 ölüm faktının tanınmasını və ölüm haqqında şəhadətnaməninin bərpası barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi Ş.Abdıllayev ərizəsində göstərmişdir ki, atası X2 rayonunda Ermənistan silahlı qüvvələrinin işğalına qarşı gedən döyüşlərdə şəhid olmuşdur. Atası Q.Abdullayevin ölüm haqqında şəhadətnaməsi hazırda yaşadıqları Bərdə rayonu Saatlı kəndində ev şəraitində itmişdir. Ölüm haqqında şəhadətnamənin barpası ilə bağlı Bərdə Regional ASAN XİDMƏT X9 yazılı ərizə ilə müraciət etmiş, ona rəsmi olaraq yazılı qaydada bildirmişlər ki, keçmiş Dağlıq Qarabağda tərtib edilmiş vətəndaşlıq vəziyyəti aktlarının qeydləri həmin ərazidə fəaliyyət göstərmiş qeydiyyat şöbələrinin arxivində saxlanılırdı. Hazırda işğaldan azad edilmiş, lakin Ermənistan silahlı qüvvələrinin işğalı altında olduğu zaman həmin şöbələrdə saxlanılan Akt qeydləri kitabı və digər sənədlər məhv edilmişdir. İtmiş vətəndaşlıq vəziyyəti aktlarının fakt qeydlərinin bərpası yalnız məhkəmə qətnaməsi ilə mümkündür. Bu faktı şahidlər X19 və X14 da təsdiq edirlər. Odur ki, X1n ölüm haqqında şəhadətnaməsini hazırda başqa formada əldə edə bilmir və məhkəməyə müraciət etmək məcburiyyətindədir. Ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq maraqlı şəxs qismində Bərdə Regional ASAN XİDMƏT X11 məhkəməyə nümayəndəsini göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etdi. Əlavə olaraq qeyd etdi ki, 1988-ci ildən 1994-cü ilədək Qarabağın işğalına qarşı müharibədə iştirak etmişdir. X1 17 oktyabr 1991-ci ildə Baş Güneypəyə kəndində ermənilər öldürmüşlər. Həmin vaxt atasına ölüm haqqında şəhadətnamə almışlar və məcburi köçkün düşdükləri vaxt şəhadətnaməni özləri ilə gətirmişlər. Lakin sonra həmin şəhadətnaməni ev şəraitində itirmişlər. X18 ölümünə görə anası şəhid pensiyası alır. Ailədə 7 uşaqdırlar. Hazırda anası özü ilə yaşayır. Atasının ölümü ilə bağlı şəhadətnamə olmadığındjan tez-tez dövlət idarələrində problemlərlə rastlaşırlar. Ona görə də ərizəsinin təmin edilməsini istəyir. Məhkəmə iclasında şahid qismində izahat verən X19 göstərdi ki, Ərizəçi tanıyır, həmkəndlidirlər, münasibətləri yaxşıdır. Şahverdinin X1 1991-ci ilin 17 oktyabrında kənddə meşədə mal-qara aparan zaman güllələyib öldürüblər. Həmin vaxt Qoşun müəllimlə birlikdə onun əmisini də ermənilər güllələmiş, lakin əmisi qaçıb ermənilərdən canını qurtara bilmişdir. Ərizəçinin göstərdikləri həqiqətdir. Məhkəmə iclasında şahid qismində izahat verən X14 göstərdi ki, Ərizəçi onun bacısının həyat yoldaşıdır. Qoşun Abdullayevi 1991-ci ildə hələ kəndləri işğal olunmamışdan əvvəl ermənilər kənddə güllələyib öldürmüşlər. X16 yas mərasimlərində iştirak edib. Mərhum öz kəndlərində, Güneypəyə kəndində dəfn edilmişdir. Ərazilər işğaldan azad edildikdən sonra kəndə getmişlər, ermənilər qəbiristanlığı tamamilə yer üzündən silmişlər. Ərizəçinin göstərdikləri həqiqətdir. İş materiallarında olan AZE ******** saylı Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1967-ci ildə Ağdərə Rayon Çıldıran kəndində anadan olmuş, Ağdam rayonu Başgüney kəndinin qeydiyyatındadır. Ağdam Rayon İcra Hakimiyyəti Başçısının Baş Güney Kənd İƏD üzrə Nümayəndəliyinin 11 avqust 2025-ci il tarixli, 5-31-33/3-2-58/2025 saylı arayışından görünür ki, mərhum mülki şəhid X6 17 oktyabr 1991-ci ildə ermənilər tərəfindən Baş Güney kəndində öldürülmüşdür. Bərdə Regional ASAN XİDMƏT X5 25 iyul 2025-ci il tarixli arayışı ilə bildirilmişdir ki, Ağdərə rayonunda vəfat etmiş X3 ölüm haqqında şəhadətnaməsinin bərpası ilə əlaqədar olaraq müraciətə baxılmışdır. Dağlıq Qarabağda tərtib edilmiş vətəndaşlıq vəziyyəti aktlarının qeydləri həmin ərazidə fəaliyyət göstərmiş qeydiyyat şöbələrinin arxivində saxlanılırdı. Hazırda işğaldan azad edilmiş, lakin Ermənistan silahlı qüvvələrinin işğalı altında olduğu zaman həmin şöbələrdə saxlanılan Akt qeydləri məhv edilmişdir. İtmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı fakt qətnaməsinə əsasən bərpa edilir. Odur ki, məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşudur. Ağdam Rayon İcra Hakimiyyəti Başçısının 01 noyabr 2007-ci il tarixli, 02/964 saylı arayışından görünür ki, Ağdam rayonunun Baş Güneypəyə kənd sakini X7 həyat yoldaşı X8 17 oktyabr 1991-ci ildə ermənilər tərəfindən Baş Güneypəyə kəndində öldürüldüyü üçün mülki şəhid statusuna malikdir. Odur ki, X12 şəhid ailəsi olduğuna görə onun şəhid ailəsi üçün qanunda nəzərdə tutulmuş imtiyazlardan istifadə etmək hüququ vardır. AZE 03962029 saylı Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, X12 XX.XX.1932-ci ildə Ağdərə Rayon Manikli kəndində anadan olmuş, Ağdam rayonu Başgüney kəndinin qeydiyyatındadır. X10 surətindən görünür ki, X6 ilə X12 arasında 10 iyul 1957-ci il tarixdə, 16 saylı nikah qeydi edilmişdir. 2008-ci il tarixdə Əhalinin Sosial Müdafiəsi Mərkəzi Ağdam Rayon Şöbəsi tərəfindən verilmiş 002252 saylı vəsiqənin surətindən görünür ki, X12 şəhid ailəsi olaraq /mülki/ Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. MPM-nin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi faktlardan biri də ölümün qeyd edilmə faktının müəyyən edilməsidir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Qərarın 4.1-ci bəndində nəzərdə tutulur ki, hər bir halda məhkəmə hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn : vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Həmin Qərarın 4.8-ci bəndində qeyd olunur ki, ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biribirindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Ərizəçi bildirir ki, atasının ölümü ilə bağlı şəhadətnaməni itirmişlər, Qarabağın işğalı ilə əlaqədar həmin sənədlər dövlət arxivinə təhvil verilməmiş və başqa yolla həmin sənədi əldə etmək mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, ölümün qeydə alınması faktı müəyyən edilməli, məhkəmənin qətnaməsi belə qeydə alınma üçün əsas olduğundan ərizənin şəhadətnamənin bərpası ilə bağlı hissəsi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə qismən təmin edilsin. X3 - 17 oktyabr 1991-ci il tarixdə Ağdam Rayonunun Baş Güneypəyə kəndində eermənilər tərəfindən öldürülməsinin qeyd edilməsi faktı müəyyən edilsin. Ərizənin qalan hissəssi təmin edilməsin. Qətnamədən 1 /bir/ ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: E.Bayramov
Məhkəmə qərarları › İş №2(013)-2768/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-2768/2025
29.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver