Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-2773/2023 22.11.2023 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlak və ya dəyərinin tələbi barədə mülki işə 22 noyabr 2023-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində Cavabdeh qiyməti 1760 manat, əyarı 583, çəkisi 22 qram olan dəst (boyunbağı, qolbaq, sırğa, üzük), qiyməti 160 manat, əyarı 583, çəkisi 2 qram üzük, qiyməti 600 manat, əyarı 583, çəkisi 3,5 qram olan nişan üzüyü (brilyant qaşlı), qiyməti 120 manat, əyarı 583, çəkisi 1,5 qram olan üzük, qiyməti 160 manat, əyarı 583, çəkisi 2 qram olan üzük, qiyməti 200 manat, əyarı 583, çəkisi 2,5 qram olan üzük, qiyməti 176 manat, əyarı 583, çəkisi 2,2 qram olan üzük, qiyməti 5500 manat olan mebel dəsti (yataq matraslı, şifoner, güzgülü termo, divan kreslo dəsti, 1 ədəd stol, 6 ədəd stul, televizor altı), qiyməti 70 manat olan soba, qiyməti 50 manat olan ətçəkən, qiyməti 30 manat olan miksel, qiyməti 30 manat olan qozçəkən, qiyməti 30 manat olan şirəçəkən, qiyməti 550 manat olan paltaryuyan maşın, qiyməti 50 manat olan DVD, qiyməti 60 manat olan elektrik samovar, qiyməti 80 manat olan çaydanlı tefal, qiyməti 6 manat olan qaşıq dəsti, qiyməti 20 manat olan xrustal vaza, qiyməti 500 manat olan soyuducu, qiyməti 650 manat olan beş ədəd 2metr x3 metr ölçüdə xalça, qiyməti 40 manat olan çilçıraq, qiyməti 100 manat olan pərdə dəsti, qiyməti 30 manat olan pokrıval dəsti, cəmi qiyməti 360 manat olan altı ədəd döşək, cəmi qiyməti 300 manat olan altı ədəd yorğan, cəmi qiyməti 40 manat olan dörd ədəd odeyal, cəmi qiyməti 60 manat olan on iki ədəd yastıq üzü, cəmi qiyməti 16 manat olan səkkiz ədəd əl dəsmalı, qiyməti 6 manat olan altı ədəd çay dəsmalı, cəmi qiyməti 56 manat olan yeddi ədəd süfrə, cəmi qiyməti 40 manat olan iki dəst servis, cəmi qiyməti 15 manat olan üç dəst qrafin, cəmi qiyməti 12 manat olan 24 ədəd dəst stakan nəlbəki, cəmi qiyməti 75 manat olan üç dəst qazan, qiyməti 5 manat olan ləyən, cəmi qiyməti 10 manat olan iki ədəd vedrə, cəmi qiyməti 18 manat olan üç dəst podnos, qiyməti 20 manat olan qaşıq çemodanının naturada və ya dəyərinin, mediasiya xidməti üçün ödədiyi 60 manat məbləğin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı qismində məhkəmədə izahat verən İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, 2014-cü idə Cavabdeh ərə gedərək sonuncunun babası və nənəsi ilə birlikdə yaşadığı Ağdam rayonunun İmamqulubəyli qəsəbəsində yerləşən 146 saylı evə köçmüşdür. 2015-ci ildə Nihat adlı uşağı olmuşdur. Rüstəmlə nikahı 2023-cü ildə pozulmuş, uşağı Rüstəmin himayəsində qalmışdır. Boşanmasına səbəb onun Rüstəmə etdiyi xəyanət olmuşdur. Ərə gedərkən ona Rüstəmin qohumları tərəfindən qızıl dəsti və nişan üzüyü hədiyyə edilmişdir. Bundan başqa özünün valideynləri ona cehiz və dörd ədəd üzük hədiyyə etmişlər. Üzüklərin əyarı və çəkisini xatırlamır. Cehizləri qiyməti 5500 manat olan mebel dəsti (yataq matraslı, şifoner, güzgülü termo, divan kreslo dəsti, 1 ədəd stol, 6 ədəd stul, televizor altı), qiyməti 70 manat olan soba, qiyməti 50 manat olan ətçəkən, qiyməti 30 manat olan miksel, qiyməti 30 manat olan qozçəkən, qiyməti 30 manat olan şirəçəkən, qiyməti 550 manat olan paltaryuyan maşın, qiyməti 50 manat olan DVD, qiyməti 60 manat olan elektrik samovar, qiyməti 80 manat olan çaydanlı tefal, qiyməti 6 manat olan qaşıq dəsti, qiyməti 20 manat olan xrustal vaza, qiyməti 500 manat olan soyuducu, qiyməti 650 manat olan beş ədəd 2metr x3 metr ölçüdə xalça, qiyməti 40 manat olan çilçıraq, qiyməti 100 manat olan pərdə dəsti, qiyməti 30 manat olan pokrıval dəsti, cəmi qiyməti 360 manat olan altı ədəd döşək, cəmi qiyməti 300 manat olan altı ədəd yorğan, cəmi qiyməti 40 manat olan dörd ədəd odeyal, cəmi qiyməti 60 manat olan on iki ədəd yastıq üzü, cəmi qiyməti 16 manat olan səkkiz ədəd əl dəsmalı, qiyməti 6 manat olan altı ədəd çay dəsmalı, cəmi qiyməti 56 manat olan yeddi ədəd süfrə, cəmi qiyməti 40 manat olan iki dəst servis, cəmi qiyməti 15 manat olan üç dəst qrafin, cəmi qiyməti 12 manat olan 24 ədəd dəst stakan nəlbəki, cəmi qiyməti 75 manat olan üç dəst qazan, qiyməti 5 manat olan ləyən, cəmi qiyməti 10 manat olan iki ədəd vedrə, cəmi qiyməti 18 manat olan üç dəst podnos, qiyməti 20 manat olan qaşıq çemodanından ibarət olmuş və hazırki iddianı qaldıqdıqdan sonra 31 oktyabr 2023-cü ildə onların hamısını əri evindən götürmüşdür. 09 avqust 2023-cü ildə özünə məxsus mobil telefonu Rüstəmə göstərmiş və orada Rüstəm onun başqa kişilərlə olan yazılarını görmüşdür. Həmin gecə Rüstəm bütün qızıllarını onun əlindən almış və səhər evdən çıxıb işə getmişdir. Rüstəm qızılları onun əlindən alarkən onların yanında heç kim olmamışdır. Rüstəm qızılları ondan alarkən pul lazım olduğu üçün satacağını demişdir. Rüstəm işdə olduğu vaxt anası Məlahətə zəng vuraraq evdən çıxmasını ona deməsini xahiş etmişdir. Evdə olduğu vaxt qayınanası Məlahət onun yanına gələrək Rüstəmin tələbini deyib getmişdir. Bundan sonra bəzi əşyalarını da götürüb əri ilə yaşadığı evdən çıxıb atası evinə getmişdir. Tələb etməsinə baxmayaraq cavabdehdən qızıl əmlaklarını ala bilmədiyini qeyd etməklə iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh qismində məhkəmədə izahat verən Cavabdeh iddianı etiraf etməyərək göstərmişdir ki, 2014-cü ildə Simuzərlə evlənmiş, sonuncu onun babası ilə yaşadığı evə köçmüşdür. Özünün valideynləri qonşuluqda başqa evdə yaşamışlar. 2015-ci ildə Nihat adlı uşağı olmuşdur. Simuzər ona xəyat etdiyindən boşanmışlar. Simuzərin qızılları sonuncuya məxsus sandıqda qalmışdır. Həmin qızılları dəst, nişan üzüyü və başqa üzükdən ibarət olmuşdur. 09 avqust 2023-cü ildə gecə vaxtı Simuzərin mobil telefonuna baxarkən başqa kişilərlə ona xəyanət etdiyini bilmişdir. Səhər işə getdikdən sonra anası Məlahətə zəng vuraraq Simuzərə evdən getməsini deməyi tapşırmşdır. Axşam evə gəldikdə Simuzərin evdə olmadığını görmüşdür. Simuzərə məxsus cehizlərin və qızılların sonuncunun apardığını, həmin əmlakların onun sahibliyində olmadığını qeyd etməklə iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmədə elan olunmuş Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(013)-2593/2023 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh iddiası təmin edilərək onunla İddiaçı arasında Ağdam Rayon İcra Hakimiyyəti başçısının Nəmirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində xx.xx.2014-cü ildə 07 nömrə ilə qeydə alınmış nikah pozulmuşdur. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsassız olduğundan rədd olunmalıdır. Belə ki, qiyməti 5500 manat olan mebel dəsti (yataq matraslı, şifoner, güzgülü termo, divan kreslo dəsti, 1 ədəd stol, 6 ədəd stul, televizor altı), qiyməti 70 manat olan soba, qiyməti 50 manat olan ətçəkən, qiyməti 30 manat olan miksel, qiyməti 30 manat olan qozçəkən, qiyməti 30 manat olan şirəçəkən, qiyməti 550 manat olan paltaryuyan maşın, qiyməti 50 manat olan DVD, qiyməti 60 manat olan elektrik samovar, qiyməti 80 manat olan çaydanlı tefal, qiyməti 6 manat olan qaşıq dəsti, qiyməti 20 manat olan xrustal vaza, qiyməti 500 manat olan soyuducu, qiyməti 650 manat olan beş ədəd 2metr x3 metr ölçüdə xalça, qiyməti 40 manat olan çilçıraq, qiyməti 100 manat olan pərdə dəsti, qiyməti 30 manat olan pokrıval dəsti, cəmi qiyməti 360 manat olan altı ədəd döşək, cəmi qiyməti 300 manat olan altı ədəd yorğan, cəmi qiyməti 40 manat olan dörd ədəd odeyal, cəmi qiyməti 60 manat olan on iki ədəd yastıq üzü, cəmi qiyməti 16 manat olan səkkiz ədəd əl dəsmalı, qiyməti 6 manat olan altı ədəd çay dəsmalı, cəmi qiyməti 56 manat olan yeddi ədəd süfrə, cəmi qiyməti 40 manat olan iki dəst servis, cəmi qiyməti 15 manat olan üç dəst qrafin, cəmi qiyməti 12 manat olan 24 ədəd dəst stakan nəlbəki, cəmi qiyməti 75 manat olan üç dəst qazan, qiyməti 5 manat olan ləyən, cəmi qiyməti 10 manat olan iki ədəd vedrə, cəmi qiyməti 18 manat olan üç dəst podnos, qiyməti 20 manat olan qaşıq çemodanını 31 oktyabr 2023-cü ildə əri evindən götürdüyünü etiraf etmişdir. İddiaçı məhkəmədə izahat verərkən tələb etdiyi qızıl əşyalarının əyarı və çəkisini bilmədiyini göstərmişdir. Məhkəmə baxışında iddiaçı tərəf ona məxsus qızıl əşyalarının cavabdehin qanunsuz sahibliyində olmasını məhkəmədə sübut edə bilməmişdir. Göstərilən səbəbdən İddiaçı tələbi təmin edilə bilməz. İşə baxılarkən məlum olmuşdur ki, iddiaçı əri evindən gedərkən cavabdeh onun yanında olmamışdır. İddiaçı tərəf məhkəmədə verdiyi izahatında cavabdehin qızılları onun əlindən almasını göstərsə də, bu halı sübut edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsində göstərilmişdir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göründüyü kimi iddiaçı öz tələblərini məhkəmədə əsaslandıra bilməmiş, qanunvericilik isə həmin vəzifəni tərəfin üzərinə qoymuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı qiyməti 1760 manat, əyarı 583, çəkisi 22 qram olan dəst (boyunbağı, qolbaq, sırğa, üzük), qiyməti 160 manat, əyarı 583, çəkisi 2 qram üzük, qiyməti 600 manat, əyarı 583, çəkisi 3,5 qram olan nişan üzüyü (brilyant qaşlı), qiyməti 120 manat, əyarı 583, çəkisi 1,5 qram olan üzük, qiyməti 160 manat, əyarı 583, çəkisi 2 qram olan üzük, qiyməti 200 manat, əyarı 583, çəkisi 2,5 qram olan üzük, qiyməti 176 manat, əyarı 583, çəkisi 2,2 qram olan üzük, qiyməti 5500 manat olan mebel dəsti (yataq matraslı, şifoner, güzgülü termo, divan kreslo dəsti, 1 ədəd stol, 6 ədəd stul, televizor altı), qiyməti 70 manat olan soba, qiyməti 50 manat olan ətçəkən, qiyməti 30 manat olan miksel, qiyməti 30 manat olan qozçəkən, qiyməti 30 manat olan şirəçəkən, qiyməti 550 manat olan paltaryuyan maşın, qiyməti 50 manat olan DVD, qiyməti 60 manat olan elektrik samovar, qiyməti 80 manat olan çaydanlı tefal, qiyməti 6 manat olan qaşıq dəsti, qiyməti 20 manat olan xrustal vaza, qiyməti 500 manat olan soyuducu, qiyməti 650 manat olan beş ədəd 2metr x3 metr ölçüdə xalça, qiyməti 40 manat olan çilçıraq, qiyməti 100 manat olan pərdə dəsti, qiyməti 30 manat olan pokrıval dəsti, cəmi qiyməti 360 manat olan altı ədəd döşək, cəmi qiyməti 300 manat olan altı ədəd yorğan, cəmi qiyməti 40 manat olan dörd ədəd odeyal, cəmi qiyməti 60 manat olan on iki ədəd yastıq üzü, cəmi qiyməti 16 manat olan səkkiz ədəd əl dəsmalı, qiyməti 6 manat olan altı ədəd çay dəsmalı, cəmi qiyməti 56 manat olan yeddi ədəd süfrə, cəmi qiyməti 40 manat olan iki dəst servis, cəmi qiyməti 15 manat olan üç dəst qrafin, cəmi qiyməti 12 manat olan 24 ədəd dəst stakan nəlbəki, cəmi qiyməti 75 manat olan üç dəst qazan, qiyməti 5 manat olan ləyən, cəmi qiyməti 10 manat olan iki ədəd vedrə, cəmi qiyməti 18 manat olan üç dəst podnos, qiyməti 20 manat olan qaşıq çemodanının naturada və ya dəyərinin, mediasiya xidməti üçün ödədiyi 60 manat məbləğin alınaraq ona verilməsi barədə tələbi əsassız olduğundan rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №2(013)-2773/2023
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-2773/2023
22.11.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver