Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-2773/2024 21.10.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ölüm faktının müəyyən edilməsinə dair ərizə üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək atası, X3 09 noyabr 1990-cı il tarixdə Ağdam rayonu Kürdlər kəndində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi göstərmişdir ki, X15 09 noyabr 1990-cı ildə Ağdam rayonu Kürdlər kəndində vəfat etmişdir. X14 Qəbristanlığında dəfn edilmişdir. Həmin vaxt savadsızlıqdan və məlum Qarabağ Hadisələri ilə bağlı atasının ölümünü qeyd etdirməmişlər və ölüm haqqında şəhadətnamə almamışlar. Məcburi köçkün vəsiqəsi verilməsi ilə əlaqədar aidiyyəti üzrə müraciət etmiş, ondan atasının ölümü haqqında şəhadətnaməni tələb etmişlər. Hazırda zərurətlə bağlı ölüm haqqında şəhadətnaməni almaq üçün Maraqlı şəxsnə ərizə ilə müraciət etmiş və həmin şöbədən bildirmişlər ki, ölmünün qeydə alınması üçün zəruri sənədlər olmadığı üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Faktın müəyyən olunması ona məcburi köçkün vəsiqəsi düzəltdirməklə bağlı ölüm haqqında şəhadətnamə əldə etmək üçün lazımdır. Faktı dəfn və yas mərasimlərində iştirak etmiş şahidlər, Ağdam rayonu Bənövşələr Qəsəbəsində yaşayan X5 və X4 da təsdiq edə bilərlər. Ona görə də ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Ərizəçi ərizəni bir daha müdafiə etdi, təmin edilməsini məhkəmədən xahiş etdi. Göstərdi ki, ailədə 4 övlad olmuşlar. X15 1990-cı ildə vəfat etmiş və rayonun kürdlər kənd qəbritanlığında dəfn etmişlər. Hazırda övladının instituta daxil olması ilə bağlı köçkün vəsiqəsini yeniləmək istəyir, ona görə də atasının ölüm şəhadətnaməsini istəyirlər. Ancaq atasının ölümü Qarabağ hadisələrinin baş verdiyi dövrə düşdüyü üçün o vaxt ölümlə bağlı hər hansı sənəd almamışlar. Ona görə də ərizə ilə məhkəməyə müraciət edib, ərizəsinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq maraqlı şəxs qismində Maraqlı şəxs məhkəməyə nümayəndəsini göndərməmişdir ki, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində izahat verən X5 göstərdi ki, mərhum Əli Məmmədovla yaxın münasibətləri olub, hörmət etdiyi şəxslərdən biridir. Əli Məmmədovla eyni sovetliyin ərazisində yaşamışlar. 1990-cı ildə Əli Məmmədov noyabr ayında vəfat etmiş, onu Kürdlər kəndinin qəbristanlığında dəfn etmişlər. Dəfn mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində izahat verən X4 göstərdi ki, Ərizəçi tanıyır, onun atası X9 09 noyabr 1990-cı il tarixdə Ağdam rayonu Kürdlər kəndinə ölmüş, Ağdam rayonu Kürdlər kənd qəbirstanlığında dəfn edilmiş, yas mərasimləri keçirilmişdir. Əli Məmmədov 56 yaşında qəflətən ürək problemindən vəfat etmişdir. Ərizəçinin göstərdikləri həqiqətdir. Ərizəyə əlavə edilmiş AA ******* saylı Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxxxx 1976-cı ildə Ağdam Rayon Kürdlər kəndində anadan olmuş, həmin kəndin qeydiyyatındadır. Ərizəyə əlavə edilmiş X2 surətindən görünür ki, Ərizəçi valideynləri, X15 və anası Narışqa Məmmədovadır. Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Ağdam rayonu bölməsinin 24 sentyabr 2024-cü il tarixli, 558 saylı arayışından görünür ki, Ərizəçi Ağdam rayonu Kürdlər kəndindən məcburi köçkün düşmüş və hazırda rayonun Quzanlı Qəsəbəsində müvəqqəti məskunlaşmışdır. Ağdam Rayon İcra Hakimiyyəti Başçısının Əlimədədli Kənd İƏD üzrə Nümayəndəliyinin 24 sentyabr 2024-cü il tarixli, 5-31-16/3-2-302 saylı arayışından görünür ki, Ərizəçi nümayəndəliyin Kürdlər kəndində daimi pasport qeydiyyatındadır, hazırda Bərdə rayonu Güloğlular kəndində yaşayır. Mərhumun X15 həqiqətən Ağdam rayon Kürdlər kəndində daimi qeydiyyatda olub, xx.xx.1990-cı il tarixdə kənddə vəfat edib və Kürdlər kəndinin qəbirstanlığında da dəfn olunub. Maraqlı şəxs 21 sentyabr 2024-cü il tarixli arayışı ilə bildirilmişdir ki, X3 arxivdə ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin Ağdam Rayon X7 Hüquqi Şəxsinin 14 oktyabr 2024-cü il tarixli, 18-1-21/3-3846/2024 saylı arayışı ilə məhkəməyə bildirilir ki, Ağdam Şəhəri işğal olunduğundan 1993-cü ilə qədər olan dövr üzrə arxiv sənədləri işğal zonasında qalmış, ona görə də Əli Məmmədov barədə hər hansı sənədin verilməsi mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Qeyd olunan Məcəllənin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi faktlardan biri də şəxsin müəyyən vaxtda müəyyən şəraitdə ölməsi faktıdır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 9-cu bəndində göstərilir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-ci il tarixli, 145 saylı Qərarı ilə təsdiq edilmiş “X1 X8”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qərarın 9.3-cü bəndinə görə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Qərarın 9.4-cü bəndinə görə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Qeyd olunan Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Ərizəçi bildirir ki, müxtəlif səbəblərdən atasının ölümü ilə bağlı müvafiq şəhadətnamə almamışlar və bu məzmunlu müraciəti aidiyyəti üzrə etməmişlər. Məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları subut etməlidir. Məcəllənin 217.4-cü maddəsində göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. X3 09 noyabr 1990-cı il tarixdə Ağdam Rayonu Kürdlər kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən 1 /bir/ ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim : E.Bayramov
Məhkəmə qərarları › İş №2(013)-2773/2024
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-2773/2024
21.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver