Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-2806/2025 08.10.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Ərizəçi İddiaçı iştirakı ilə, Ərizəçi İddiaçı ölümün qeyd edilməsi faktının müəyyən edilməsi barədə mülki işə 08 oktyabr 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı rayon məhkəməsinə ünvanladığı ərizəsində göstərmişdir ki, atası X4 xx.xx.1993-cü ildə, anası X5 isə xx.xx.1995-ci ildə vəfat etmi, hər iki valideyni Beyləqan rayonunun Cərciz ziyarətgah qəbristanlığında dəfn olunmuşdur. Həmin vaxt hərbidə işlədiyi üçün başı qarışıq olduğundan valideyinlərinə ölüm haqqında şəhadətnamə almamışdır. X1 2 ay öncə vəfat etdiyini, onun adına olan mülkiyyəti oğlunun adına rəsmişlədirmək üçün valideyinlərinin ölüm haqqında şəhadətnaməsi lazım olduğunu qeyd etməklə atası X2 xx.xx.1993-cü ildə, anası X3 xx.xx.1995-ci ildə ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin predmetini dəyişərək atası X2 xx.xx.1993-cü ildə Beyləqan rayonunda xəstəlikdən vəfat etməsi və anası X3 xx.xx.1995-ci ildə Beyləqan rayonunda xəstəlikdən vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi qismində məhkəmədə izahat verən İddiaçı ərizəni müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs nümayəndəsinə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir səbəb göstərmədən məhkəmə baxışına gələmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şahid qismində məhkəmədə izahat verən X7 xalası T.Y.Vənətiyevanın 1995-ci ildə Beyləqan rayonunda, xalasının əri İ.Y.Vənətiyevin isə 1993-cü ildə Beyləqan rayonunda vəfat etdiyini və onların Beyləqan rayonunda dəfn olunduğunu bildirmişdir. Şahid qismində məhkəmədə izahat verən X11 qohumu İddiaçı atası İ.Y.Vənətiyevin 1993-cü ildə, anası T.Y.Vənətiyevanın isə 1995-ci ildə vəfat etdiyini bildirmişdir. Məhkəmədə elan olunmuş Maraqlı şəxs xx.xx.2025-ci il tarixli 810-05/15 saylı və xx.xx.2025-ci il tarixli 811-05/15 saylı arayışlarından görünür ki, ərizəçi İddiaçı atası İ.Y.Vənətiyev və anası T.Y.Vənətiyevanın ölümünə əsas verən zəruri sənədlər təqdim olunmadığından ölümün qeydə alınması birbaşa səlahiyyətləri olmadığını izah edərək məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Beyləqan rayon Dəfn mərasimi xidmətləri MMC-nin xx.xx.2025-ci il tarixli 07 saylı və xx.xx.2025-ci il tarixli 06 saylı arayışlarından görünür ki, Beyləqan rayonu Cərciz Peyğəmbər ziyarətgahı qəbristanlığında X4 (1926-xx.xx.1993) yazılı və X5 (1928xx.xx.1995) yazılı baş daşları mövcuddur. Qəbir daşlarının fotoşəkillərindən görünür ki, İ.Y.Vənətiyev xx.xx.1993-cü ildə, T.Y.Vənətiyeva isə xx.xx.1995-ci ildə vəfat etmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə baxışında müəyyən olunmuşdur ki, İddiaçı atası İ.Y.Vənətiyev xx.xx.1993-cü ildə Beyləqan rayonunda xəstəlikdən, anası T.Y.Vənətiyeva isə xx.xx.1995ci ildə Beyləqan rayonunda xəstəlikdən vəfat etmiş və hər iki valideyni Beyləqan rayonu Cərciz Peyğəmbər ziyarətgahı qəbristanlığında dəfn olunmuşdur. Faktın təsdiqi ölüm haqqında şəhadətnamə almaq üçün zəruri olduğundan, ərizəçi İddiaçı hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki,ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin,yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə əsaslı olduğundan təmin edilsin. X2 xx.xx.1993-cü ildə Beyləqan rayonunda xəstəlikdən vəfat etməsi faktı müəyyən edilsin. X3 xx.xx.1995-ci ildə Beyləqan rayonunda xəstəlikdən vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №2(013)-2806/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-2806/2025
08.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver