Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-2809/2025 19.11.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi barədə mülki işə 19 noyabr 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi rayon məhkəməsinə ünvanladığı ərizəsində göstərmişdir ki, 1993-cü ildə ünvan 1n sonra ailə üzvləri ilə birlikdə məcburi köçkün kimi Ağdam rayonunun Quzanlı qəsəbəsində məskunlaşmışlar. X1 xx.xx.1994-cü ildə Bərdə rayonunda vəfat etmiş və Tərtər rayonu ərazisində dəfn olunmuşdur. Anasına ölüm haqqında şəhadətnamə almaq üçün aidiyyəti orqanlara müraciət etmiş, Maraqlı şəxsndən ona anasının ölümünə əsas verən sənədlər olmadığından ölümün qeydə alınması bir başa səlahiyyətləri olmadığının və məhkəməyə müraciət etməli olduğu izah edildiyini, anasına ölüm haqqında şəhadətnamə almaq üçün faktın təsdiq olunması zərurətini yarandığını qeyd etməklə X1nın xx.xx.1994-cü ildə Bərdə rayonunun ölməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi qismində məhkəmədə izahat verən Ərizəçi ərizəni müdafiə edərək və anası Mətanət Xəlilovanın xəstəlikdən vəfat etdiyini bildirərək tələbinin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs nümayəndəsinə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məlum olmayan səbəblərdən gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şahid qismində məhkəmədə izahat verən X5 göstərmişdir ki, Mətanət onun arvadı olmuş, lakin nikahı yaşı çatmadığına görə qeydə alınmamışdır. Ərizəçi onun oğludur. Mətanət xx.xx.1994-cü ildə Bərdə rayonunda xəstəlikdən vəfat etmişdir. Şahid qismində məhkəmədə dindirilmiş X4 göstərmişdir ki, Mətanət onun dostu Zülfünün arvadı olmuşdur. Mətanət 1994-cü ilin iyul ayında vəfat etmişdir. Mətanətin Tərtər rayonunda keçirilən yas mərasimində iştirak etmişdir. Məhkəmədə elan olunmuş Maraqlı şəxs xx.xx.2025-ci il tarixli 804-05/15 saylı arayışından görünür ki, Ərizəçi anası M.Ə.Xəlilovanın ölümünə əsas verən zəruri sənədlər təqdim olunmadığından ölümün qeydə alınması birbaşa səlahiyyətləri olmadığını izah edərək məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İ-YV № 438016 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi M.Ə.Xəlilovanın oğludur. Məzar daşının fotoşəkillərindən görünür ki, M.Ə.Xəlilova xx.xx.1994-cü ildə vəfat etmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə baxışında müəyyən olunmuşdur ki, Ərizəçi anası M.Ə.Xəlilova xx.xx.1994-cü ildə Bərdə rayonunda xəstəlikdən vəfat etmişdir. Faktın təsdiqi ölüm haqqında şəhadətnamə almaq üçün zəruri olduğundan, Ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki,ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin,yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə əsaslı olduğundan təmin edilsin. X2 xx.xx.1994-cü ildə Bərdə rayonunda xəstəlikdən vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №2(013)-2809/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-2809/2025
19.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver