Məhkəmə qərarları › İş №2(013)-2816/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-2816/2025

30.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-2816/2025 30.09.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ölüm faktının müəyyən edilməsinə dair /maraqlı şəxs qismində Maraqlı şəxs/ ərizə üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək anası, X5 05 dekabr 1985-ci il tarixdə Ağdam şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Ərizəçi tərəfindən belə əsaslandırılmışdır ki, 1993-cü ildə Ağdam şəhərinin işğalından sonra məcburi köçkün kimi ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Araz Novruzov küçəsi 25, mənzil 9-da məskunlaşmışlar. Ərizəyə əlavə edilmiş 22 dekabr 1961-ci il tarixli, AZ 146230 saylı X3 surətindən görünür ki, X9 onun anasıdır. X16 05 dekabr 1985-ci ildə ürək çatışmamazlığından Ağdam şəhərində vəfat etmiş və onu rayonun Yuxarı Çullu kəndində dəfn etmişlər. Mərhum anası G.Muradovanın 05 dekabr 1985-ci ildə Ağdam şəhərində vəfat etməsini X13 və X6 da təsdiq edə bilərlər. Mərhum anasının ölüm haqqında şəhadətnaməsinin aidiyyəti orqanlara təqdim olunması zərurəti ilə bağlı Maraqlı şəxsnə ölüm haqqında şəhadətnamənin verilməsi ilə bağlı müraciət etmiş və həmin şöbənin 21 avqust 2025-ci il tarixli, 832-05/15 saylı məktubundan görünür ki, şöbənin arxivində və avtomatlaşdırılmış qeydiyyat və informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və anası barəsində ölüm haqqında heç bir məlumat aşkar olunmamış və ölmünün qeydə alınması üçün zəruri sənədlər olmadığı üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi ona tövsiyyə edilmişdir. Ona görə də hesab edir ki, bu fakt məhkəmə qaydasında müəyyən edilməlidir. Ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq maraqlı şəxs qismində Maraqlı şəxs məhkəməyə nümayəndəsini göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etdi. Göstərdi ki, X16 05 dekabr 1985-ci ildə Ağdam Şəhərinin işğalından əvvəl vəfat etmişdir. Ailədə 6 uşaqdırlar, 2-si vəfat edib. hazırda Bakı Şəhərində yaşayırlar. Anası vəfat edəndə onun 23 yaşı olub. Anasının ölümü ilə bağlı sənədlər olmadığı üçün vərəsəlik məsələlərində çətinlik çəkirlər. Ona görə də məhkəməyə müraciət etməsi olub. Ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində izahat verən X13 göstərdi ki, Ərizəçi ilə əmi nəvəsidirlər. X9 1985-ci il tarixdə Ağdam şəhərində vəfat etmiş, dəfn edilmişdir. Yas mərasimləri keçirilmişdir, o, da iştirak etmişdir. X1 onun qardaşı arvadıdır. Ərizəçinin göstərdikləri həqiqətdir. Məhkəmə iclasında şahid qismində izahat verən X6 göstərdi ki, Ərizəçi tanıyır, həmkəndlidirlər. Onun X16 1985-ci ildə Ağdam şəhərində vəfat etmişdir. Ərazi işğaldan azad ediləndən sonra onun məzarını ziyarət etmiş, məzarı qalır. Ərizəçinin göstərdikləri həqiqətdir. İş materiallarında olan AZE 0******* saylı Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxx 1961-ci ildə Ağdam şəhərində anadan olmuş, Ağdam şəhəri, M.Quliyev küçəsi ev 35-də qeydiyyatdadır. Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsi tərəfindən 22 avqust 2007-ci il tarixdə verilmiş AA 169426 seriyalı X8 surətindən görünür ki, Ərizəçi Ağdam rayonundan məcburi köçkündür. X4 surətindən görünür ki, Ərizəçi valideynləri - atası Fərəməz Muradov və anası X2. Maraqlı şəxs 21 avqust 2025-ci il tarixli arayışının surətindən görünür ki, X10 ilə X12 arasında 01 sentyabr 1961-ci il tarixdə Maraqlı şəxsndə 085 say ilə nikah qeydə alınmışdır. Maraqlı şəxs 21 avqust 2025-ci il tarixli arayışı ilə bildirilmişdir ki, xx.xx.1985-ci ildə ürək çatışmamazlığından Ağdam şəhərində vəfat etmiş mərhumə X5 ölümü ilə bağlı Maraqlı şəxs arxivində və «Vətəndaşlıq vəziyyəti aktları» avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və G.Muradovanın ölümü barədə heç bir məlumat aşkar olunmamışdır. Ərizəyə əlavə edilmiş məzarın foto şəklindən görünür ki, X9 05 dekabr 1985-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. MPM-nin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi faktlardan biri də şəxsin müəyyən vaxtda müəyyən şəraitdə ölməsi faktıdır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 9-cu bəndində göstərilir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qərarın 9.3-cü bəndinə görə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Qərarın 9.4-cü bəndinə görə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Ərizəçi bildirir ki, müxtəlif səbəblərdən anasının ölümü ilə bağlı müvafiq şəhadətnamə almamışlar və müraciət etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. X5 05 dekabr 1985-ci il tarixdə Ağdam şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən 1 /bir/ ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim : E.Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar