Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-2847/2024 18.12.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı nümayəndəsi – atası X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbi barədə mülki işə 18 dekabr 2024-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində Cavabdeh qiyməti 1200 manat olan bir ədəd künc divanı, 120 manat üç ədəd divar saatı, 500 manat yeddi ədəd çilçıraq, 1200 manat yeddi ədəd pərdə, 1500 manat mətbəx mebeli, 800 manat soyuducu, 600 manat paltaryuyan, 70 manat şirəçəkən, 70 manat ətçəkən, 600 manat televizor, 150 manat ütü və ütü masası, 140 manat iki ədəd soba (şiriniyyat və qril sobaları), 600 manat iki ədəd xalça, 300 manat servis qızılı dəsti, yemək, çay kofe dəstləri, 250 manat servis qara, qızılı işləməli, yemək, çay, kofe dəsti, 100 manat tozsoran, 260 manat üç ədəd yataq örtüyü, 160 manat dörd ədəd süfrə, 500 manat səkkiz ədəd yorğan, dörd ədəd döşək, 160 manat səkkiz ədəd yastıq, 180 manat altı ədəd mələfə dəstləri, 50 manat iki ədəd bədən dəsmalı, alt ədəd əl dəsmalı (məhrəba), yeddi ədəd mətbəx dəsmalı, 30 manat blinçik bişirən, 200 manat iki ədəd sandıq (ağ və dəmir sandıqlar), 80 manat elektrik samovar, 50 manat güldan, 50 manat meyvə vazları, 50 manat çərəz qabları, 30 manat çaynik və çaydan dəsti, 100 manat qaşıq-çəngəl dəsti, 120 manat bakal, qrafin, bakal dəstləri (iki dəst), 30 manat boşqab, 100 manat şokolad, konfet qabı (xrustal), 100 manat qazan dəsti, 30 manat fincan dəsti, 30 manat tort dəsti, 20 manat badə dəsti, 20 manat oxlov, dörddayaq, mərdanə dəsti, 30 manat bulud boşqabları və qaşıqları, 50 manat vedrə, dəmir ləyən, 100 manat bəzək əşyaları, ev üçün aksesuarlar, suvenirlər, 12500 manat yataq və qonaq mebeli dəsti, uşaqların geyim və oyuncaq əşyalarının naturada və dəyəri olan 23230 manat, Cavabdeh ilə birgə nikah dövründə əldə edilmiş qiyməti 600 manat divan kreslo dəsti, 800 manat böyük ekran televizor, 1000 manat iki ədəd kondisioner, 100 manat kitab rəfi, 300 manat paltar şkafı (şifoner), 600 manat üç ədəd böyük xalça, 150 manat mikrodalğalı soba, 600 manat qabyuyan maşın, 1200 manat məktəb mebeli, 300 manat mətbəx üçün stol, stul, divan dəsti, 500 manat soyuducu, 150 manat uşaq yatağının dəyəri olan 6300 manatın yarı hissəsi olan 3150 manat məbləğin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi qismində məhkəmədə izahat verən Ə.C.Abbasov iddianı müdafiə edərək bildirmişdir ki, təmsil etdiyi şəxs onun qızıdır. İddia ərizəsində birgə nikah dövründə əldə edilmiş əmlak kimi 9-cu sırada göstərilmiş məktəb mebeli olmamış, həmin əşya mətbəx mebeli olmuşdur. Şahnazla Hümbət birgə nikahda olarkən sonuncunun atası Sətdar onların evinə qiyməti 600 manat divan kreslo dəsti, 800 manat böyük ekran televizor, 1000 manat iki ədəd kondisioner, 100 manat kitab rəfi, 300 manat paltar şkafı (şifoner), 600 manat üç ədəd böyük xalça, 150 manat mikrodalğalı soba, 600 manat qabyuyan maşın, 1200 manat məktəb mebeli, 300 manat mətbəx üçün stol, stul, divan dəsti, 500 manat soyuducu, 150 manat uşaq yatağı almışdır. Şahnaz ərə gedərkən cehiz kimi televizor almamış, televizoru Sətdar Rüstəmov almışdır. Hazırda Ağdam Rayon Məhkəməsinin icraatında Şahnazla Hümbət arasında olan nikahın pozulması barədə mülki iş var və həmin işə 19 dekabr 2024-cü ildə baxılacaq. Şahnaza məxsus əmlakların mövcud olduğunu qeyd etməklə iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh qismində məhkəmədə izahat verən Cavabdeh iddianı qismən etiraf edərək göstərmişdir ki, tələb olunan əşyaların siyahısında 2-ci sırada göstərilmiş divar saatının miqdarı 3 deyil, 2 ədəd olmuşdur. Siyahıda 3-cü sırada göstərilmiş çılçıraq 7 deyil 2 ədəd, 4-cü sıranda göstərilmiş pərdə 7 deyil, 4 ədəd olmuşdur. Şahnaz 10-cu sırada göstərilmiş televizoru cehiz gətirməmişdir. Tələb olunan əşyaların siyahısında 19-cu sırada göstərilmiş yorğan 8 deyil, 10 ədəd, 24-cü sırada göstərilmiş sandıq 2 ədəd deyil, 1 ədəd olmuşdur. Tələb olunan birgə nikah dövründə qazanılmış əmlak kimi göstərilmiş 12 adda əmlaklar (paltar şkafı və uşaq yatağı istisna olmaqla) barədə tələb isə tamamilə əsassızdır. O, evin tək övladı olmaqla İddiaçı ilə nikaha daxil olanadək valideynləri ilə birlikdə Ağdam rayonu Quzanlı qəsəbəsində yerləşən bütün mənzil avadanlıqları ilə təmin edilmiş atası Sətdar Rüstəmova məxsus evdə yaşamışdır. İddia ərizəsində birgə nikah dövründə alınmış əşya kimi göstərilən bütün əşyalar atası tərəfindən alınmışdır. Özü Ağdam Rayon Elektrik Şəbəkəsində işləməklə aylıq əmək haqqım 450 manat təşkil edir, Şahnaz isə heç bir yerdə işləmir. Mövcud olmayan və Şahnazın cehiz gətirmədiyi əmlaklar istisna olunmaqla iddianın təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmədə elan olunmuş AZ-İİ № 043050 saylı şəhadətnamənin surətindən görünür ki, Cavabdehla İddiaçı arasında olan nikah xx.xx.2015-ci ildə Ağdam Rayon İcra Hakimiyyəti başçısının Kəngərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 14 nömrə ilə qeydə alınmışdır. AZ-İV № 542873 və AZ-İV № 340589 saylı şəhadətnamələrin surətindən görünür ki, Cavabdehla İddiaçı birgə nikahından xx.xx.2016-cı ildə Sətdar, xx.xx.2019-cu ildə Hüseyn adlı uşaqları olmuşdur. Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli 2(013)-2096/2024 saylı qərardadının surətindən görünür ki, hazırda həmin məhkəmənin icraatında İddiaçı Cavabdeh qarşı nikahın pozulması və aliment tələbi barədə mülki iş var, tərəflərə barışmaq üçün üç ay vaxt verilməklə işə baxılması xx.xx.2024-cü il tarixə saat 10:00-a təxirə salınmışdır. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə baxışında məlum olmuşdur ki tərəflər xx.xx.2015-ci ildə nikaha daxil olmuş və bu nikahdan onların iki uşağı olmuşdur. İddiaçı ərə gedərkən qiyməti 1200 manat olan bir ədəd künc divanı, 80 manat iki ədəd divar saatı, 143 manat iki ədəd çilçıraq, 685 manat dörd ədəd pərdə, 1500 manat mətbəx mebeli, 800 manat soyuducu, 600 manat paltaryuyan, 70 manat şirəçəkən, 70 manat ətçəkən, 150 manat ütü və ütü masası, 140 manat iki ədəd soba (şiriniyyat və qril sobaları), 600 manat iki ədəd xalça, 300 manat servis qızılı dəsti, yemək, çay kofe dəstləri, 250 manat servis qara, qızılı işləməli, yemək, çay, kofe dəsti, 100 manat tozsoran, 260 manat üç ədəd yataq örtüyü, 160 manat dörd ədəd süfrə, 500 manat səkkiz ədəd yorğan, dörd ədəd döşək, 160 manat səkkiz ədəd yastıq, 180 manat altı ədəd mələfə dəstləri, 50 manat iki ədəd bədən dəsmalı, alt ədəd əl dəsmalı (məhrəba), yeddi ədəd mətbəx dəsmalı, 30 manat blinçik bişirən, 100 manat bir ədəd sandıq, 80 manat elektrik samovar, 50 manat güldan, 50 manat meyvə vazları, 50 manat çərəz qabları, 30 manat çaynik və çaydan dəsti, 100 manat qaşıq-çəngəl dəsti, 120 manat bakal, qrafin, bakal dəstləri (iki dəst), 30 manat boşqab, 100 manat şokolad, konfet qabı (xrustal), 100 manat qazan dəsti, 30 manat fincan dəsti, 30 manat tort dəsti, 20 manat badə dəsti, 20 manat oxlov, dörddayaq, mərdanə dəsti, 30 manat bulud boşqabları və qaşıqları, 50 manat vedrə, dəmir ləyən, 100 manat bəzək əşyaları, ev üçün aksesuarlar, suvenirlər, 12500 manat yataq və qonaq mebeli dəstini cehiz gətirmişdir. Tərəflər arasında ailə münasibətləri faktiki olaraq pozulduqdan sonra yuxarıda adı çəkilən əmlaklar cavabdehin qanunsuz istifadəsində qalmışdır. Bu səbəbdən İddiaçı mülkiyyətində olan qiyməti 1200 manat olan bir ədəd künc divanı, hər birinin qiyməti 40 manat iki ədəd divar saatı, hər birinin qiyməti 72 manat iki ədəd çilçıraq, cəmi qiyməti 685 manat dörd ədəd pərdə, 1500 manat mətbəx mebeli, 800 manat soyuducu, 600 manat paltaryuyan, 70 manat şirəçəkən, 70 manat ətçəkən, 150 manat ütü və ütü masası, 140 manat iki ədəd soba (şiriniyyat və qril sobaları), 600 manat iki ədəd xalça, 300 manat servis qızılı dəsti, yemək, çay kofe dəstləri, 250 manat servis qara, qızılı işləməli, yemək, çay, kofe dəsti, 100 manat tozsoran, 260 manat üç ədəd yataq örtüyü, 160 manat dörd ədəd süfrə, 500 manat səkkiz ədəd yorğan, dörd ədəd döşək, 160 manat səkkiz ədəd yastıq, 180 manat altı ədəd mələfə dəstləri, 50 manat iki ədəd bədən dəsmalı, alt ədəd əl dəsmalı (məhrəba), yeddi ədəd mətbəx dəsmalı, 30 manat blinçik bişirən, 100 manat bir ədəd sandıq, 80 manat elektrik samovar, 50 manat güldan, 50 manat meyvə vazları, 50 manat çərəz qabları, 30 manat çaynik və çaydan dəsti, 100 manat qaşıq-çəngəl dəsti, 120 manat bakal, qrafin, bakal dəstləri (iki dəst), 30 manat boşqab, 100 manat şokolad, konfet qabı (xrustal), 100 manat qazan dəsti, 30 manat fincan dəsti, 30 manat tort dəsti, 20 manat badə dəsti, 20 manat oxlov, dörddayaq, mərdanə dəsti, 30 manat bulud boşqabları və qaşıqları, 50 manat vedrə, dəmir ləyən, 100 manat bəzək əşyaları, ev üçün aksesuarlar, suvenirlər, 12500 manat yataq və qonaq mebeli dəstini cavabdehdən tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 34.1-ci maddəsində qeyd olunmuşdur ki, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 660.1-ci maddəsində qeyd olunmuşdur ki, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləşdirilməyibsə hədiyyənin qəbul edildiyi ehtimal olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsində göstərilmişdir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İddiaçı qiyməti 600 manat olan televizor, qiyməti 40 manat bir ədəd divar saatı, hər birinin qiyməti 72 manat beş ədəd çilçıraq, cəmi qiyməti 515 manat üç ədəd pərdə, qiyməti 100 manat bir ədəd sandığın mövcud olduğunu sübut edə bilməmişdir. Bu səbəbdən onun sözügedən tələbi təmin edilə bilməz. Bundan əlavə məhkəmədə məlum olmuşdur ki, qiyməti 600 manat divan kreslo dəsti, 800 manat böyük ekran televizor, 1000 manat iki ədəd kondisioner, 100 manat kitab rəfi, 300 manat paltar şkafı (şifoner), 600 manat üç ədəd böyük xalça, 150 manat mikrodalğalı soba, 600 manat qabyuyan maşın, 1200 manat məktəb mebeli, 300 manat mətbəx üçün stol, stul, divan dəsti, 500 manat soyuducu, 150 manat uşaq yatağı tərəflərin birgə nikahı zamanı ümumi gəlirləri hesabına deyil, cavabdehin atası Sətdar Rüstəmov tərəfindən alınmışdır. Odur ki, həmin əmlaklar onların birgə mülkiyyəti hesab edilə və tərəflər arasında bölünə bilməz. Lakin işə baxılarkən məlum olmuşdur ki, tərəflər arasında olan nikah münasibətləri pozulduqdan sonra onların hər iki uşağı anası İddiaçı himayəsində qalmışlar. Belə olan, yəni uşaqlar anasının himayəsində qaldıqları halda azyaşlılara məxsus olan qiyməti 150 manat uşaq yatağı, 300 manat olan paltar şkafı, həmçinin uşaq üçün geyim və oyuncaq əşyaları Cavabdeh alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1-ci maddəsində göstərilmişdir ki, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına olmasından, yaxud əmanətin kimin adına və yaa kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 32.3-cü maddəsində göstərilmişdir ki, nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər(arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Həmin Məcəllənin 33.1-ci maddəsində qeyd olunmuşdur ki, ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən cavabdehdən 156,20 manat dövlət rüsumu tutulmalıdır. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh qiyməti 1200 manat olan bir ədəd künc divanı, 80 manat iki ədəd divar saatı, 143 manat iki ədəd çilçıraq, 685 manat dörd ədəd pərdə, 1500 manat mətbəx mebeli, 800 manat soyuducu, 600 manat paltaryuyan, 70 manat şirəçəkən, 70 manat ətçəkən, 150 manat ütü və ütü masası, 140 manat iki ədəd soba (şiriniyyat və qril sobaları), 600 manat iki ədəd xalça, 300 manat servis qızılı dəsti, yemək, çay kofe dəstləri, 250 manat servis qara, qızılı işləməli, yemək, çay, kofe dəsti, 100 manat tozsoran, 260 manat üç ədəd yataq örtüyü, 160 manat dörd ədəd süfrə, 500 manat səkkiz ədəd yorğan, dörd ədəd döşək, 160 manat səkkiz ədəd yastıq, 180 manat altı ədəd mələfə dəstləri, 50 manat iki ədəd bədən dəsmalı, alt ədəd əl dəsmalı (məhrəba), yeddi ədəd mətbəx dəsmalı, 30 manat blinçik bişirən, 100 manat bir ədəd sandıq, 80 manat elektrik samovar, 50 manat güldan, 50 manat meyvə vazları, 50 manat çərəz qabları, 30 manat çaynik və çaydan dəsti, 100 manat qaşıq-çəngəl dəsti, 120 manat bakal, qrafin, bakal dəstləri (iki dəst), 30 manat boşqab, 100 manat şokolad, konfet qabı (xrustal), 100 manat qazan dəsti, 30 manat fincan dəsti, 30 manat tort dəsti, 20 manat badə dəsti, 20 manat oxlov, dörddayaq, mərdanə dəsti, 30 manat bulud boşqabları və qaşıqları, 50 manat vedrə, dəmir ləyən, 100 manat bəzək əşyaları, ev üçün aksesuarlar, suvenirlər, 12500 manat yataq və qonaq mebeli dəsti, qiyməti 150 manat uşaq yatağı, 300 manat olan paltar şkafı, həmçinin uşaq üçün geyim və oyuncaq əşyaları, həmin əmlaklar olmadığı təqdirdə onların dəyəri alınaraq İddiaçı verilsin. Cavabdeh 156 (yüz əlli altı) manat 20 (iyirmi) qəpik dövlət rüsumu tutulsun. İddiaçı Cavabdeh qarşı olan iddiasının qalan - 600 manat olan televizor, qiyməti 40 manat bir ədəd divar saatı, hər birinin qiyməti 72 manat beş ədəd çilçıraq, cəmi qiyməti 515 manat üç ədəd pərdə, qiyməti 100 manat bir ədəd sandıq və ya dəyərinin, həmçinin qiyməti 600 manat divan kreslo dəsti, 800 manat böyük ekran televizor, 1000 manat iki ədəd kondisioner, 100 manat kitab rəfi, 600 manat üç ədəd böyük xalça, 150 manat mikrodalğalı soba, 600 manat qabyuyan maşın, 1200 manat məktəb mebeli, 300 manat mətbəx üçün stol, stul, divan dəsti, 500 manat soyuducunun dəyərinin yarı hissəsinin tələbinə dair hissəsi rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №2(013)-2847/2024
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-2847/2024
18.12.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver