Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-2901/2025 10.09.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi X13 oğlunun katibliyi ilə, Ərizəçi İddiaçı mediasiya prosesində əldə olunmuş barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə Ağdam Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, mediyasiya prosesi nəticəsində bağlanmış MŞŞ/MT018/2024/01080 nömrəli, xx.xx.2024-cü il tarixli “Barışıq sazişi”nin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Ərizə belə əsaslandırılmışdır ki, ərizəçi İddiaçı ilə Cavabdeh aralarında MŞŞ/MT018/2024/01080 nömrəli, xx.xx.2024-cü il tarixli “Barışıq sazişi”ni bağlayaraq, aralarında olan nikahın məhkəmə qaydasında pozulması, birgə nikahdan olan xx.xx.2013-cü il təvəllüdlü X7, xx.xx.2014-cü il təvəllüdlü X10 və xx.xx.2016-cı il təvəllüdlü X15 adlı üç övladlarının ananın himayəsində saxlanması və qeyd olunan uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay, hər uşağa 130 manat olmaqla, cəmi 390 manat məbləğində alimentin İddiaçı adına açdığı kart hesabına köçürülməsi barədə qarşılıqlı razılığa gəldiklərini bildirərək, sazişin məhkəmə qətnaməsinə əsasən təsdiq edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə teleqram daxil olmuş və ərizəçi teleqramında ərizəsini müdafiə edərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İşdə maraqlı olan şəxs Cavabdeh, məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası MPM) 355-25.2-ci maddəsinə əsasən işə işdə maraqlı olan şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, barışıq sazişi alimentlə bağlı hissəsi təsdiq edilməlidir. Belə ki, iş materiallarında olan: Ağdam rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-T seriyalı №223402 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X7 xx.xx.2013-cü ildə doğulmuşdur, onun atası- Cavabdeh, anası- İddiaçıdır. İş materiallarında olan: Ağdam rayon Boyəhmədli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş AZ-İİİ seriyalı №391964 “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X10 xx.xx.2014-cü ildə doğulmuşdur, onun atası- Cavabdeh, anası- İddiaçıdır. İş materiallarında olan: Yevlax rayonu ərazisində Qaçqın və Məcburi Köçkünlərin məskunlaşdığı düşərgədə, Yevlax rayon İHB-nin nümayəndəliyi tərəfindən verilmiş AZ-İİİ seriyalı №724662 “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X15 xx.xx.2016-cı ildə doğulmuşdur, onun atası- Cavabdeh, anası- İddiaçıdır. İş materiallarında olan: Ağdam Rayon Məhkəməsinin 2(013)-1928/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 12 oktyabr 2011-ci il tarixdə Ağdam rayon İHB-nin Boyəhmədli kənd İƏD üzrə nümayəndəliyində 24 nömrə ilə qeydə alınmş nikahları pozulmuş, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X7, xx.xx.2014-cü il təvəllüdlü X10 və xx.xx.2016-cı il təvəllüdlü X15 adlı uşaqları yetkinlik yaşına çatanadək, anası İddiaçı himayəsində saxlanması qət edilmişdir. İş materiallarında olan: Şəki 1 saylı Mediyasiya Təşkilatının X1 tərəfindən təsdiq edilmiş, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞŞ/MT018/2024/01080 nömrəli barışıq sazişinin 1-ci maddəsində birinci tərəf İddiaçı şərtlərini irəli sürmüş, bunlarla tam razlaşan 2-ci tərəf etiraz etməyərək, sazişin 2-ci maddəsindən göründüyü kimi, aralarında olan nikahın pozulması, birgə nikahdan olan xx.xx.2013-cü il təvəllüdlü X7, xx.xx.2014-cü il təvəllüdlü X10 və xx.xx.2016-cı il təvəllüdlü X15 adlı üç övladlarının 1-ci tərəfin himayəsində saxlanması və onların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 130 manat olmaqla ümumilikdə 390 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qarşılıqlı razılaşmışlar. 3. Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur. 5. Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, tərəflər hazırkı mübahisə ilə əlaqədar bir-birini bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə və birdəfəlik azad edirlər. 7. Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun: -28.1-ci maddəsinə əsasən, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. -28.2-ci maddəsinə əsasən, bu Qanunun 28.1-ci maddəsində qeyd edilən mübahisələr üzrə ilkin mediasiya sessiyasını tərəflərin qarşılıqlı razılaşdırdığı mediator və ya mediator təşkilatı aparır. Azərbaycan Respublikası MPM-nin: -355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. -355-25.1-ci maddəsinə əsasən, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. -355-25.3-cü maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. -355-26.2-ci maddəsinə əsasən, barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Məhkəmə hesab edir ki, ərizənin alimentlə bağlı hissəsi əsaslı olduğundan, təmin edilməli, xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X4 adlı övladlarının saxlanması üçün hər ay uşaga 235 manat olmaqla, ümumilikdə 470 manat sabit pul məbləğində alimentin ödənilməsi barədə tərəflərin qarşılıqlı razılaşması nəzərə alınmalıdır. Həmin barışıq sazişinin qalan hissəsinin təsdiq edilməsindən imtina olunmalıdır. İş üzrə Azərbaycan Respublikası MPM-nin 355-26-cı maddəsində sadalanmış hallar aşkar edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə qismən təmin edilsin. Ərizəçi İddiaçı ilə maraqlı şəxs Cavabdeh arasında mediasiya prosesində bağlanmış xx.xx.2024-cü il tarixli, MŞŞ/MT018/2024/01080 nömrəli barışıq sazişi alimentlə bağlı hissəsi təsdiq edilsin. xx.xx.2013-cü il təvəllüdlü X5, 27.112014-cü il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 130 manat, cəmi 390 (üç yüz doxsan) manat aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Alimentin tutulmasına xx.xx.2025-ci il tarixdən başlansın. Qətnamənin alimentlə bağlı hissəsi dərhal icra edilsin. Qətnamənin “alimentlə bağlı hissəsi” dərhal icraya yönəldilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinin Mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №2(013)-2901/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-2901/2025
10.09.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver