Məhkəmə qərarları › İş №2(013)-2902/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-2902/2025

03.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-2902/2025 03.12.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölümün qeyd edilməsi faktının müəyyən edilməsi barədə mülki işə 03 dekabr 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi rayon məhkəməsinə ünvanladığı ərizəsində göstərmişdir ki, atası X5 xx.xx.2008-ci ildə Ağdam rayonunun Zəngişalı kəndində vəfat etmiş və Ağdam rayonunun Zəngişalı kənd qəbristanlığında dəfn olunmuşdur. Həmin vaxt bilməməzlikdən atasının ölümünü qeyd etdirməmiş, ona ölüm haqqında şəhadətnamə almamışlar. Hazrda vərəsəliklə bağlı atasının ölüm haqqında şəhadətnaməsi tələb olunduğundan Maraqlı şəxsnə müraciət etdiyini, ona ölümə əsas verən zəruri sənədlər olmadığından ölümün qeydə alınması mümkün olmadığı izah edilərək məhkəməyə müraciət etməsi tövsiyyə olunduğunu qeyd etməklə atası H.R.Hüseynovun xx.xx.2008-ci ildə Ağdam rayonunun Zəngişalı kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi qismində məhkəmədə izahat verən Ərizəçi ərizəni müdafiə edərək atası H.R.Hüseynovun xx.xx.2008-ci ildə Bakı şəhərində xəstəlikdən vəfat etdiyini və Bakı şəhərində dəfn olunduğunu qeyd edərək ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs nümayəndəsinə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məlum olmayan səbəblərdən gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şahid qismində məhkəmədə izahat verən X1 qonşusu Ərizəçi atası H.R.Hüseynovun 2008-2009-cu illərdə Bakı şəhərində vəfat etdiyini bildirmişdir. Şahid qismində dindirilmiş X3 qonşusu Ərizəçi atası H.R.Hüseynovun Bakı şəhərində vəfat etdiyini və Bakı şəhərində dəfn olunduğunu bildirmişdir. Məhkəmədə elan olunmuş Maraqlı şəxs xx.xx.2025-ci il tarixli 729-05/15 saylı arayışından görünür ki, Ərizəçiin atası H.R.Hüseynovun ölümünə əsas verən zəruri sənədlər təqdim olunmadığından ölümün qeydə alınması birbaşa səlahiyyətləri olmadığını izah edərək məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Maraqlı şəxs xx.xx.2025-ci il tarixli № 13/2-1907-01 saylı arayışından görünür ki, Ərizəçi H.R.Hüseynovun oğludur. Ağdam Rayon İcra Hakimiyyəti başçısının Zəngişalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli 336 saylı arayışından görünür ki, H.R.Hüseynov xx.xx.2008-ci ildə Ağdam rayonunun Zəngişalı kəndində yaşadığı evdə vəfat etmişdir. Məzar daşının fotoşəkilindən görünür ki, H.R.Hüseynov xx.xx.2008-ci ildə vəfat etmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə baxışında müəyyən olunmuşdur ki, Ərizəçinın atası H.R.Hüseynov xx.xx.2008-ci ildə Ağdam rayonunun Zəngişalı kəndində xəstəlikdən vəfat etmiş və Ağdam rayonunun Zəngişalı kənd qəbristanlığında dəfn olunmuşdur. Faktın təsdiqi ölüm haqqında şəhadətnamə almaq üçün zəruri olduğundan, Ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki,ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin,yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə əsaslı olduğundan təmin edilsin. X2 xx.xx.2008-ci ildə Ağdam rayonunun Zəngişalı kəndində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar