Məhkəmə qərarları › İş №2(013)-2945/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-2945/2025

06.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-2945/2025 06.11.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi X11 oğlunun katibliyi, ərizəçi X2 iştirakı ilə, Ərizəçi X2 şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi X7 ərizə ilə məhkəməyə müraciət edərək, mərhum qardaşı X3 01 oktyabr 1963-cü il tarixdə Ağdam rayonunun Əfətli kəndində ölməsi faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Ərizəçi X7 ərizə ilə məhkəməyə müraciət edərək, ölüm faktının müəyyən edilməsinə dair ərizəsində texniki səhfə yol verildiyini, mərhum qardaşı X3 ölüm tarixinin səhfən 01 oktyabr 1963-cü il kimi göstərildiyini, əslində isə, ölüm tarixinin 01 yanvar 1978-ci il olduğunu və mərhum qardaşı X3 01 yanvar 1978-ci il tarixdə Ağdam rayonunun Əfətli kəndində ölməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Göstərilənlərə əsasən məhkəmə ərizəçinin qeyd olunan ərizəsini məqsədəuyğun hesab etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məhkəməyə heç bir məlumat verməmiş, nə də ki, işin baxılmasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında işitrak edən ərizəçi X7 izahatında ərizəni müdafiə edərək, qardaşı X3 01 oktyabr 1963-cü il tarixdə Ağdam rayonunun Əfətli kəndində anadan olduğunu, 01 yanvar 1978-ci il tarixdə Ağdam rayonunun Əfətli kəndində vəfat etdiyini və Ağdam rayonunun Əfətli kənd qəbristanlığında dəfn edildiyini, mərhum qardaşı vəfat etdikdən sonra onun barəsində ölüm haqqında şəhadətnaməni almadıqlarını, hazırda məcburi zərurətlə bağlı olaraq ölüm haqqında şəhadətnamənin tələb olunduğunu, bu barədə Maraqlı şəxsnə müraciət etsədə ölümün qeydə alınmasına əsas verən sənədlərin olmadığını, bu barədə aidiyyəti üzrə məkəməyə müraciət etməsinin tövsiyyə olunduğunu bildirdi və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X9 ifadəsində göstərdi ki, o, ərizəçi X2 qonşusudur. Onun qardaşı X8 01 yanvar 1978-ci il tarixdə Ağdam rayonunun Əfətli kəndində vəfat etmiş və Ağdam rayonunun Əfətli kənd qəbristanlığında dəfn olunmuşlar. Özü şəxsən yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X10 ifadəsində göstərdi ki, o, ərizəçi X2 qonşusudur. Onun oğlu X8 01 yanvar 1978-ci il tarixdə Ağdam rayonunun Əfətli kəndində vəfat etmiş və Ağdam rayonunun Əfətli kənd qəbristanlığında dəfn olunmuşlar. Özü şəxsən yas mərasimində iştirak etmişdir. Məhkəmə iş üzrə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşıdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, Maraqlı şəxs tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş arayışından görünür ki, X3 ölümü barədə, Maraqlı şəxs arxivində və “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlamalarda heç bir məlumat aşkar edilməmişdir. İş materiallarında olan Ağdam rayon İHB-nin Əfətli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X8 01 oktyabr 1963-cü tarixdə anadan olmuşdur. 01 yanvar 1978-ci il tarixdə Ağdam rayon İHB-nin Əfətli kənd İƏD üzrə nümayəndəliyinin Əfətli kəndində vəfat etmiş və Əfətli kənd qəbristanlığında dəfn edilmişdir. İş materiallarında olan Ağdam rayon VVAQ şöbəsi tərəfindən verilmiş İİ- JQ № 381642 “X6”nin surətindən görünür ki, X7 xx xxxxx 1968-ci il tarixdə anadan olmuşdur. Onun atası X4, anası isə, X1r. İş materiallarında olan “Elektron notariat” Avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə “Vətəndaşlıq vəziyyəti aktları” AQİS-dən əldə edilmiş çıxarışın notarial qaydada təsdiq edilmiş variantından görünür ki, X8 01 oktyabr 1963-cü il tarixdə anadan olmuşdur. Onun atası X4, anası isə, X1r. Məhkəmə ərizədə göstərilən predmetlə bağlı qanunvericiliyin aşagıdakı müvafiq normalarını qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikasının Konsitutisiyasını 60-cı maddəsinin İ bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə və inzibati qaydada müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cü il tarixli 03 №-li qərarının 4.1-ci bəndində qeyd edilmişdir ki, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Həmin qərarının 4.8-ci bəndində qeyd edilmişdir ki, ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, X3 01 yanvar 1978-ci il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iş üzrə ödənilmiş cəmi 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin edilsin. X3 01 yanvar 1978-ci il tarixdə Ağdam rayonunun Əfətli kəndində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ərizəçi X5 aid edilsin. Qətnamədən surəti rəsmi qaydada tərəflərə verildiyi gündən sonra 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar