Məhkəmə qərarları › İş №2(013)-2950/2024

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-2950/2024

23.10.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-2950/2024 23.10.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi ilə, Ərizəçi “mediasiya prosesində əldə olunmuş barışıq sazişinin təsdiq edilməsinə dair” ərizəsi üzrə mülki işə Ağdam Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə müraciət edərək, onunla cavabdeh Maraqlı şəxs arasında olan xx.xx.2022-ci il tarixdə Bərdə Regional “Asan Xidmət” mərkəzində Qeydiyyat Şöbəsində 1116 nömrə ilə qeydə alınmış nikahın pozulması və barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi ilə Maraqlı şəxs arasında nikah xx.xx.2022-ci ildə qeydə alınmş, birgə nikahdan tərəflərin xx.xx.2022-ci ildə Murad adlı övladları olmuşdur. Tərəflər əvvəllər ər-arvad kimi normal yaşasalarda, sonradan ailə münasibətlərinin pisləşdiyini, aralarında olan narazılıqlar səbəbindən ayrıldıqlarını, aralarında olan mübahisəni həll etmək üçün Mediyasiya Təşkilatına müraciət etmişlər. Aralarında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinə əsasən, qarşı tərəfin aralarında olan xx.xx.2022-ci ildə qeydə alınmş nikahın pozulmasına, birgə nikahdan olan xx.xx.2024-cü il təvəllüdlü Murad adlı övladlarının Maraqlı şəxs himayəsində saxlanmasına və həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 180 manat sabit pul məbləğində alimentin ondan tutularaq Maraqlı şəxs verilməsinə və onun hər həftənin şənbə və bazar günləri saat 12:00-dan 14:00-dək Ömər adlı uşaqla görüşüb ünsiyyətdə olması barədə qarşılıqlı razılığa gəldiklərini, lakin Maraqlı şəxs saziş şərtlərinə əməl etməyərək üzərinə düşən öhdəliyi icra etməmişdir. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq onlar heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası MPM) 355-25.2ci maddəsinə əsasən işə ərizəçinin və maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin bir hissəsi, yəni alimentin tutulması, uşaqla ünsiyyət hissəsi təsdiq edilməli, sazişin qalan hissəsinin təsdiq edilməsindən imtina olunmalıdır. Məhkəmədə elan olunuş AZ-İV № 833930 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahdan xx.xx.2022-ci ildə Murad adlı uşağı olmuşdur. İş materiallarında olan mediator X1 tərəfindən təsdiq edilmiş, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin 1-ci və 2ci maddələrindən görünür ki, tərəflər xx.xx.2022-ci ildə qeydə alınmş nikahlarının pozulması, birgə nikahdan dünyaya gəlmiş xx.xx.2022-ci il təvəllüdlü Murad adlı övladlarının anaları Maraqlı şəxs himayəsində saxlanması və həmin uşağın yettkinlik yaşına çatanadək saxlanması üçün hər ay 180 manat sabit pul məbləğində alimentin H.İCəmilovdan tutularaq Maraqlı şəxs ödənilməsi, Ərizəçi Murad adlı uşaqla hər həftənin şənbə və bazar günləri saat 12:00-dan 14:00-dək görüşüb ünsiyyətdə olması barədə qarşılıqlı razılaşmışlar. 3 Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur. 5. Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, tərəflər hazırkı mübahisə ilə əlaqədar bir-birini bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə azad edirlər. 6. Saziş, əgər sazoşdə ayrı şərt nəzərdə tutulmayıbsa imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra- Ailə Məcəlləsinin) 19.1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Ailə Məcəlləsinin 19.2-ci maddəsinin tələbinə görə ər-arvadın razılığı olduqda, lakin onlardan biri müvafiq icra hakimiyyəti orqanında nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.) nikahın pozulması məhkəmə qaydasında həyata keçirilir. Ailə Məcəlləsinin 20.1-ci maddəsinin tələbinə görə, ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Ailə Məcəlləsinin 22.1-ci maddəsinin tələbinə, görə nikah məhkəmə qaydasında pozularkən məhkəmə yetkinlik yaşına çatmayan uşaqların kiminlə qaldığını və uşağın saxlanması üçün aliment tutulmasına dair məsələləri də həll etməlidir. Həmin Məcəllənin 21.3-cü maddəsində göstərilmişdir ki, nikahın məhkəmə qaydasında pozulması ər-arvadın bu barədə ərizə verdikləri gündən 1 aydan tez olmayaraq həyata keçirilir. Məhkəmə qeyd edir ki, mediasiya prosesi nəticəsində tərəflər arasında bağlanılmış sözügedən barışıq sazişinin nikahın pozulması və nikahdan olan uşağın digər tərəfin yanında saxlanılması hissəsinin Maraqlı şəxs tərəfindən könüllü icrası mümkün deyil. Çünki, tərəflərin birgə nikahından bir azyaşlı üşağı olduğundan və Ailə Məcəlləsinin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar olmadığından tərəflər arasında bağlanmış nikahın pozulması məhkəmə qaydasında həyata keçirilməlidir. Bunun üçün tərəflər nikahın pozulması tələbi ilə ümumi qaydada aidiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət etməlidilər. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun: -28.1-ci maddəsinə əsasən, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. -28.2-ci maddəsinə əsasən, bu Qanunun 28.1-ci maddəsində qeyd edilən mübahisələr üzrə ilkin mediasiya sessiyasını tərəflərin qarşılıqlı razılaşdırdığı mediator və ya mediator təşkilatı aparır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra – Ailə Məcəlləsi) 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Valideyinlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideyinlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Ailə Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası MPM-nin: -4.5-ci maddəsinə əsasən, tərəflərin hər hansı mübahisə ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya prosesində iştirakını tələb edən müqavilə, müqavilə şərti, yaxud hər hansı digər sənəddə şərt (mediasiyaya dair qeyd-şərt) olduğu halda, həmin qaydaya riayət edildikdən sonra mübahisə məhkəmənin həllinə verilə bilər. -4.6-cı maddəsinə əsasən, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. -355-25.1-ci maddəsinə əsasən, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. -355-25.3-cü maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. -355-26.1-ci maddəsinə əsasən, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. -355-26.2-ci maddəsinə əsasən, barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, xx.xx.2022-ci il təvəllüdlü Murad adlı uşaq yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 180 manat sabit pul məbləğində alimentin Ərizəçi tutularaq S.S,Cəmilovaya ödənilməsi və Ərizəçi Murad adlı uşaqla hər həftənin şənbə və bazar günləri saat 12:00-dan 14:00-dək görüşüb ünsiyyətdə olması barədə tərəflərin qarşılıqlı razılaşması nəzərə alınmaqla, həmin barışıq sazişinin aliment və ünsiyyətlə bağlı bütün digər şərtləri təsdiq edilməlidir. Barışıq sazişinin qalan hissəsinin, yəni nikahın pozulması və uşağın himayədə saxlanması ilə bağlı hissəsinin təsdiq edilməsindən imtina olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesində bağlanmış xx.xx.2024cü il tarixli barışıq sazişinin bir hissəsi, yəni alimentin tutulması və uşaqla ünsiyyət hissəsi təsdiq edilsin. xx.xx.2022-ci il təvəllüdlü Murad adlı uşaq yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 180 (yüz səksən) manat sabit pul məbləğində aliment Ərizəçi tutularaq Maraqlı şəxs ödənilsin. Alimentin ödənilməsinə xx.xx.2024-cü il tarixdən başlanılsın. Ərizəçi Murad adlı uşaqla hər həftənin şənbə və bazar günləri saat 12:00-dan 14:00-dək görüşüb ünsiyyətdə olmaq hüququ təmin edilsin. Həmin barışıq sazişinin aliment və uşaqla ünsiyyətlə bağlı bütün digər şərtləri təsdiq edilsin. Barışıq sazişinin qalan hissəsinin, yəni nikahın pozulması və uşağın himayədə saxlanması ilə bağlı hissəsinin təsdiq edilməsindən imtina olunsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar