Məhkəmə qərarları › İş №2(013)-2996/2024

Ağdam Rayon Məhkəməsi Qərardad — İş №2(013)-2996/2024

22.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № 2(013)-2996/2024 22.10.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlu sədrlik etməklə, məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı Cavabdeh Knyaz oğlunun qızıl-zinət və cehiz əşyalarının tələbinə dair iddia ərizəsi üzrə məhkəmə icraatının mümkünlüyü məsələsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh Knyaz oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ərizənin təsviri hissəsində göstərilən qızıl-zinət və cehiz əşyalarının, həmin əşyaların naturada alınması mümkün olmadıqda onların pul ilə dəyəri, cəmi 11625 manat və ona məxsus əmək haqqı kartından çıxardığı 2104 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə icraata qəbul edilmədən ərizəçiyə geri qaytarılmalıdır. Belə ki, iddiaçı tərəfindən qeyd olunan iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi barədə heç bir sənəd əlavə edilməmişdir. Həmçinin, məhkəmə onu da qeyd edir ki, məhkəmə elektron sistemi vasitəsi ilə verilmiş elektron sorğu nəticəsində Qaçqınların və məcburi köçkünlərin işləri üzrə dövlət komitəsinin məlumatından görünür ki, İddiaçı məcburi köçkün statusu yoxdur. Azərbaycan Respublikasının «Dövlət rüsumu haqqında» Qanununun 8.1.1-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Həmin Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Həmin Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddəsinin tələblərinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Şərh edilənlərə əsasən belə nəticəyə gəlirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər icraata qəbul edilməməli və ərizəçiyə geri qaytarılmalıdır. Bununla yanaşı ərizəçiyə yenə də izah olunur ki, Azərbaycan Respublikası MPM-in 152.4-cü maddəsinə əsasən, ərizənin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 152, 263-264-cü və 267-268-ci maddələrinə əsaslanaraq, q ə r a r a a l d ı: İddiaçı Cavabdeh Knyaz oğluna qarşı cavabdehdən ərizənin təsviri hissəsində göstərilən qızıl-zinət və cehiz əşyalarının, həmin əşyaların naturada alınması mümkün olmadıqda onların pul ilə dəyəri, cəmi 11625 manat və ona məxsus əmək haqqı kartından çıxardığı 2104 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya bir daha izah olunsun ki, iddia ərizəsinin qaytarılması ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Ağdam Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar