Məhkəmə qərarları › İş №2(013)-3022/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-3022/2025

10.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-3022/2025 10.12.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölümün qeyd edilməsi faktının müəyyən edilməsi barədə mülki işə 10 dekabr 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi rayon məhkəməsinə ünvanladığı ərizəsində göstərmişdir ki, qardaşı X4 xx.xx.2025-ci ildə Ağdam rayonu ərazisində vəfat etmiş, Abşeron rayonu, Mehdiabad qəsəbə qəbristanlığında dəfn olunmuşdur. Həmin vaxt bilməməzlikdən qardaşına ölüm haqqında şəhadətnamə almamışdır. Hazırda məcburi köçkün kimi qeydiyyata alınmaqla bağlı qardaşının ölüm haqqında şəhadətnaməsi tələb olunduğunu, qardaşına ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etdiyini, şəhadətnamə verməkdən imtina olunduğunu, qardaşına ölüm haqqında şəhadətnamə almaq üçün faktın müəyyən edilməsi zərurəti yarandığını qeyd etməklə X1 xx.xx.2025-ci ildə Ağdam rayonu ərazisində vəfat etməsi faktıın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi qismində məhkəmədə izahat verən Ərizəçi ərizəni müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs nümayəndəsinə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir səbəb göstərmədən məhkəmə baxışına gələmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şahid qismində məhkəmədə izahat verən X3 anasının dayısıoğlu H.S.Həsənovun Ağdam rayonu ərazisində ürəktutmasından vəfat etdiyini, yas mərasimində iştirak etdiyini bildirmişdir. Şahid qismində məhkəmədə izahat verən X2 müəllimi H.S.Həsənovun xx.xx.2025ci ildə vəfat etdiyini, Bakı şəhərində dəfn olunduğunu və yas mətrasimlərində iştirak etdiyini bildirmişdir. Məhkəmədə elan olunmuş Maraqlı şəxs xx.xx.2025-ci il tarixli 997-05/15 saylı arayışından görünür ki, Ərizəçi qardaşı H.S.Həsənovun ölümünə əsas verən zəruri sənədlər təqdim olunmadığından ölümün qeydə alınması birbaşa səlahiyyətləri olmadığını izah edərək məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Ağdam Rayon İcra Hakimiyyəti başçısının Əlimədətli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli 5-31-16/3-2-291 saylı arayışından görünür ki, H.S.Həsənov xx.xx.2025-ci ildə vəfat etmişdir. AZB № 018435 saylı doğum haqqında şəhadətnamənin və vətəndaşların vəziyyəti aktları reyestri xidmətinin xx.xx.2017-ci il tarixli № 05/2-175-13 saylı arayışından görünür ki, H.S.Həsənov Ərizəçi qardaşı olmuşdur. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə baxışında müəyyən olunmuşdur ki, Ərizəçi qardaşı H.S.Həsənov xx.xx.2025-ci ildə Ağdam rayonu ərazisində vəfat etmiş və Abşeron rayonu, Mehdiabad qəsəbə qəbristanlığında dəfn olunmuşdur. Faktın təsdiqi ölüm haqqında şəhadətnamə almaq üçün zəruri olduğundan, Ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki,ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin,yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə əsaslı olduğundan təmin edilsin. X1 xx.xx.2025-ci ildə Ağdam rayonu ərazisində xəstəlikdən vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar