Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-305/2025 27.02.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi Nümayəndə, vəkili X3 və Cavabdeh1, cavabdeh X6, onun vəkili və nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «qızıl-zinət və əmlak» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 12.900 manat dəyərində ev əşyalarının, 9877 manat dəyərində qızıl-zinət əşyalarının, 4000 manat dəyərində 2106 markalı, **-BV-*** markalı minik maşınının, 7500 manat dəyərində 3 baş inəyin, 2400 manat 3 baş buzovun, 3300 manat dəyərində 11 baş ana qoyunun, 500 manat dəyərində 1 baş qoçun naturada və ya onların dəyərinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında iddianı müdafiə edərək, özünün xx.xx.1935-ci il təvəllüdlü olduğunu, 5 (4 oğul, 1 qız) övlad anası, dul qadın olduğunu, 2 övladının X7 və X4 1992-ci ildə Qarabağ Müharibəsində şəhid olduqlarını, digər oğlu Talehin və həyat yoldaşının da vəfat etdiklərini, Ağdam rayonu, Quzanlı kəndində olan 1.7096 ha ümumi paylı mülkiyyətdə olan torpaq sahələrinin alqı-satqı müqaviləsinə əsasən gəlini Cavabdeh1 satıldığını, özünün isə həyat yoldaşı ilə birlikdə kiçik oğlu Cavabdeh2 və gəlini Cavabdeh1 ilə yaşadıqlarını, həyat yoldaşı rəhmətə getdikdən sonra, oğlu Cavabdeh2 və gəlini Cavabdeh1 ilə bir evdə yola gedə bilmədiklərini və böyük oğlu Nümayəndə yanına köçüb yaşamaq məcburiyyətində qaldığını, həmin vaxtdan ona məxsus bütün əmlaklarının evində qaldığını və oğlu ilə gəlininin ona məxsus əşyaları vermək istəmədiklərini, bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını bildirdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə izahatında iddianı müdafiə edərək, anası İddiaçı hazırda onunla yaşadığını, onun illərdi zəhmətlə qazandığı və atasından ona qalan bütün əşyaların cavabdehlərin yaşadığı fərdi evdə qaldığını, onların bu əşyaları xoşluqla vermək istəmədiklərini, bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını bildirdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X8 çıxışında iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında iddianı qismən qəbul etdiyini, İddiaçı onun anası olduğunu, illərdir bir yerdə yaşadığlarını, əmlaklarının ortaq olduğunu, onun iddia ərizəsində göstərdiyi qızıl-zinət əşyalarından xəbəri olmadığını və ümumiyyətlə belə qızıl-zinət əşyaları olmadığını, anasının yaşlı qadın olduğunu və heç bir işlə məşğul ola bilmədiyini, mal-qaranın ona və həyat yoldaşına məxsus olmaqla onların saxlanmasının və artırılmasının da onlar tərəfindən həyata keçirildiyini, evdə olan köhnə sandıq şifoner, bir az mir-mitilin, vedrə və ləyənin olduğunu onları da qaytaracaqlarını bildirdi və iddianın qanunauyğun həll edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında iddianı qismən qəbul etdiyini, İddiaçı illərdi onlarla yaşadığını, zəhmətini özünün çəkdiyini, indi isə böyük oğlunun evinə getdiyi üçün onlarla belə davrandığını, lakin onun iddia ərizəsində göstərdiyi əmlakın demək olar ki çoxunun ona məxsus olduğunu və ya həyat yoldaşı Cavabdeh2la birgə nikah dövründə əldə etdiklərini, qaynanasının isə o evdə bəzi köhnə əşyalarının olduğunu və onları da qaytaracaqlarını bildirdi və iddianın qanunauyğun həll edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X6 vəkili və nümayəndəsi X5 da cavabdehlərlə eyniməzmunlu izahat verdi və iddianın qanunauyğun həll edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə tərəflərin izahatlarını və çıxışını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddiaçı iddia ərizəsində göstərmişdir ki, onun cavabdehlərdə divan kreslo (yeni alınan qara üzlüklü) 1 dəst 600 manat dəyərində, diban kreslo 1 dəst 350 manat dəyərində, mebel şfoner 2 ədəd yeni, 1 ədəd köhnə cəmi 3 ədəd 500 manat dəyərində, servant köhnə 1 ədəd 70 manat dəyərində, sandıq 2 ədəd köhnə, 1 ədəd yeni cəmi 3 ədəd 180 manat dəyərində, televizor 120 dioqanal 1 ədəd 800 manat dəyərində, stol (yeni) 2 ədəd 400 manat dəyərində, stul (yeni alınan) 24 ədəd 1200 manat dəyərində, stol (köhnə alınan) 2 ədəd 100 manat dəyərində, stul (köhnə alınan) 30 ədəd 300 manat dəyərində, kompyuter “Toshiba” + stolu 1 dəst 600 manat dəyərində, çarpayı 8 ədəd 240 manat dəyərində, taxt 2 nəfərlik 1 dəst 240 manat dəyərində, soba (İran peçi) 1 ədəd 220 manat dəyərində, toy qazanları 6 ədəd 1 dəst 250 manat dəyərində, paltaryuyan maşın 1 ədəd 100 manat, paltaryuyan maşın “Samsung” 1 ədəd 600 manat, somavar (məclis üçün böyük) 3 ədəd 1500 manat, somavar (orta ölçülü standart) 2 ədəd 250 manat, qazan dəsti 4 dəst 400 manat, qaz piltəsi (dörd göz və txofka) 1 ədəd 425 manat, qazan dəsti “Tefal” 1 dəst 130 manat, qazan dəsti “qranit” 1 dəst 250 manat, qazan dəsti “Tuj” 1 dəst 50 manat, xalça 5x4 ölçüdə 5 ədəd 500 manat, xalça 3x4 ölçüdə 4 ədəd 300 manat, tiyan 3 ədəd 30 manat, vedrə 4 ədəd 24 manat, ləyən (şirli) 2 ədəd 30 manat, ləyən (nerjavik) 2 ədəd 20 manat, ləyən (alminium) 2 ədəd 30 manat, sandığın içində olan bahalı süfrələr, pastel dəstləri 500 manat, kətan tül pərdə 4 dəst 200 manat, döşək qoşa 2 ədəd 120 manat dəyərində, döşək tək 8 ədəd 240 manat dəyərində, yorğan 12 ədəd 360 manat dəyərində, yastıq 12 ədəd 120 manat dəyərində, döşəkçə 7 ədəd 60 manat dəyərində, adyal 17 ədəd 280 manat dəyərində, çaydan 8 ədəd 120 manat dəyərində, çaynik 12 ədəd 84 manat dəyərində, tikiş maşını 1 ədəd 120 manat dəyərində olmaqla ümumi dəyəri 12903 manat olan əşyalar, qızı onluq 1 ədəd (Rusiya)1400 manat, qızıl mirvari (bir boyun) 40 ədəd 583 əyar 40 qr, 4400 manat, klon (babaxanı) 583 əyar 4 qr 440 manat, barmaqcıl üzük BR qaşlı 1 ədəd 585 əyar 5 qr, 1170 manat dəyərində, üzük qırmızı qaş 1 ədəd 585 əyar 2.45 qr 270 manat, üzük çirnel qaş 1 ədəd 585 əyar 3.7 qr 407 manat, tros sep 1 ədəd 585 əyar 8 qr (Türkiyə) 800 manat dəst kitab sırğaüzük 1 ədəd 585 əyar 9 qr 990 manat olmaqla, ümumilikdə 9877 manat dəyərində qızıl-zinət əşyaları, 1 ədəd Lada VAZ 2106 markalı, ** BV *** dövlət qeydiyyat nişanlı, mülkiyyət sahibi X2 olan, 1992-ci il buraxılışlı, yaxşı vəziyyətdə, süd rəngli, 4000 manat dəyərində minik maşını, 3 baş inək 7500 manat dəyərində, 3 baş buzov 2400 manat dəyərində, 11 baş qoyun 3300 manat dəyərində, 1 baş qoç 500 manat manat dəyərində, ümumilikdə cəmi 13700 manat dəyərində əmlakı qalmışdır. «İnsan hüquqlarının və əsas azadlıqdarın müdafiəçi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi «Sporronqun və Lonnrotun İsveçrə qarşı» qərarında və bundan sonra qəbul etdiyi qərarlarda mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: mülkiyətçinin mülkiyyət hüququnun mövcüd olması, mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması, mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş verib-verməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların «de fakto» baş verməsi aydınlaşdırılmalıdır. Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak onların hər birinin ayrıca mülkiyyətidir. Mülki Məcəllənin 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin maddənin mənasına görə bu cür iddia qaldıran iddiaçılar bir-biri ilə üzvü əlaqədə olan 2 halı: tələb etdiyi əmlakın ona məxsus olmasını və başqasının həmin əmlaka qanunsuz yiyələnməsini sübut etmişdir. Məhkəmə tərəfindən iddiaçıya iddianın tam həcmdə təmin edilməsinə əsas verə bilən mötəbər sübutların təqdim edilməsi təklif olunsa da, iddiaçı bu barədə məhkəməyə heç bir dəlil-sübut təqdim edə bilməmişdir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə tədqiq olunmuş sübutlara və işin faktiki hallarına obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 mebel şfoner 2 ədəd yeni, 1 ədəd köhnə cəmi 3 ədəd 500 manat dəyərində, servant köhnə 1 ədəd 70 manat dəyərində, sandıq 2 ədəd köhnə, 1 ədəd yeni cəmi 3 ədəd 180 manat dəyərində, vedrə 4 ədəd 24 manat dəyərində, ləyən alminium 2 ədəd 30 manat dəyərində, döşək qoşa 2 ədəd 120 manat dəyərində, döşək tək 8 ədəd 240 manat dəyərində, yorğan 12 ədəd 360 manat dəyərində, yastıq 12 ədəd 120 manat dəyərində, döşəkçə 7 ədəd 60 manat dəyərində, adyal 17 ədəd 280 manat dəyərində, çaydan 8 ədəd 120 manat dəyərində, çaynik 12 ədəd 84 manat dəyərində, ümumilikdə 2188 manat dəyərində əşyalar naturada, olmadıqda onların dəyəri alınaraq İddiaçı verilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.2-ci maddəsinin tələblərinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddiaçının dövlət rüsümu ödəməkdən azad olunmasını nəzərə alaraq cavabdehdən 41 manat məbləğində dövlət rüsumu tutularaq dövlət gəlirlərinə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 mebel şfoner 2 ədəd yeni, 1 ədəd köhnə cəmi 3 ədəd 500 manat dəyərində, servant köhnə 1 ədəd 70 manat dəyərində, sandıq 2 ədəd köhnə, 1 ədəd yeni cəmi 3 ədəd 180 manat dəyərində, vedrə 4 ədəd 24 manat dəyərində, ləyən alminium 2 ədəd 30 manat dəyərində, döşək qoşa 2 ədəd 120 manat dəyərində, döşək tək 8 ədəd 240 manat dəyərində, yorğan 12 ədəd 360 manat dəyərində, yastıq 12 ədəd 120 manat dəyərində, döşəkçə 7 ədəd 60 manat dəyərində, adyal 17 ədəd 280 manat dəyərində, çaydan 8 ədəd 120 manat dəyərində, çaynik 12 ədəd 84 manat dəyərində, ümumilikdə 2188 (iki min bir yüz səksən səkkiz) manat dəyərində əşyalar naturada, olmadıqda onların dəyəri alınaraq İddiaçı verilsin. İddia tələbinin qalan hissəsi təmin edilməsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 41 (qırx bir) manat məbləğində dövlət rüsumu tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamədən tərəflərə təqdim edildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №2(013)-305/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-305/2025
27.02.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver