Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-309/2025 18.02.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ölüm faktının müəyyən edilməsinə dair ərizə üzrə /maraqlı şəxs qismində Maraqlı şəxs/ mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək bibisi, X4 23 iyun 2000-ci il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsində göstərmişdir ki, X1 23 iyun 2000-ci il tarixdə Ağdam rayonu Sarıcalı kəndində xəstəlikdən vəfat etmiş və həmin kənd qəbirstanlığında dəfn edilmişdir. Bibisi uşaq vaxtından onu oğlu kimi böyütmüş və bibisinin ondan başqa heç kimi yoxdur. Ərizəyə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 1078 saylı Ağdam Rayon İHB-nın X9 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin arayışından görünür ki, bibisi Z.Əhmədova vəfat etdikdən sonra yeganə vərəsəsi özü qalmışdır. Hazırda mərhum bibisindən qalma miras əmlak üzərində sərəncam vermək hüquqlarını həyata keçirməsi üçün vərəsəlik haqqında şəhadətnamə almaq üçün müraciət edərkən bibisi Z.Əhmədovanın ölüm haqqında şəhadətnaməsi tələb edilmişdir. Bibisinin ölüm haqqında şəhadətnaməsi olmadığı üçün Maraqlı şəxsnə müraciət etmiş, ancaq ona verilmiş 19 dekabr 2024cü il tarixli, 1361-05/15 saylı arayışından görünür ki, arxivdə və avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, bibisinin ölümü haqqında heç bir məlumat aşkar olunmamış və ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Ona görə də hesab edir ki, X1nın 23 iyun 2000-ci il tarixdə vəfat etməsi faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etdi, təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, Zeynəb Əhmədova onun atasının bacısı olmuşdur. Zeynəb subay yaşamış, vərəsəsi olmamışdır. Zeynəb tibb bacısı işləmiş, ürəyində problemləri olmuşdur. Bibisi Zeynəb 1947-ci ildə anadan olmuş, 83 yaşında, 2000-ci ildə vəfat etmişdir. Bibisindən qalmış miras mülklə bağlı ona hazırkı faktın məhkəmə qaydasında müəyyən edilməsi lazımdır. Ərizəsinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq maraqlı şəxs qismində Maraqlı şəxs məhkəməyə nümayəndəsini göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində izahat verən X7 göstərdi ki, Ərizəçi tanıyır, ailədə 6 övlad olmuşlar. X1 subay və tək yaşadığından Surxayı uşaqlıqdan oğulluğa götürmüş, böyütmüşdür. Zeynəb özü də xəstə olmuşdur, tibb bacısı işləmişdir. Zeynəb 23 iyun 2000-ci il tarixdə Ağdam rayonu Sarıcalı kəndinə ölmüş, Sarıcalı kənd qəbirstanlığında dəfn edilmiş, yas mərasimləri keçirilmiş, həmin mərasimlərdə iştirak etmişdir. Zeynəbdən qalan miras əmlakları Surxay qəbul etmişdir. Ərizəçinin göstərdikləri həqiqətdir. Məhkəmə iclasında şahid qismində izahat verən X3 da bundan əvvəlki şahidlə eyni məzmunlu izahat verdi. Ağdam Rayon Polis Şöbəsi tərəfindən 10 noyabr 2014-cü il tarixdə verilmiş AZE ******** saylı Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxx 1978-ci ildə Ağdam Rayon Sarıcalı kəndində anadan olmuş, həmin kəndin qeydiyyatındadır. Ağdam Rayon İcra Hakimiyyəti Başçısının Çəmənli Kənd İƏD üzrə Nümayəndəliyinin 13 dekabr 2024-cü il tarixli, 1078 saylı arayışından görünür ki, nümayəndəliyin Sarıcalı kənd sakini Ərizəçi mərhumə X1 23 iyun 2000-ci ildə vəfat etmiş və aşağıdakı tərkibdə vərsəsi qalmışdır : 1. Ərizəçi /hazırkı ərizəçi/. Maraqlı şəxs 19 dekabr 2024-cü il tarixli arayışı ilə hazırkı ərizəçiyə bildirilmişdir ki, 23 iyun 2000-ci ildə Ağdam Rayonu Sarıcalı kəndində vəfat etmiş mərhumə X4 ölümü ilə bağlı Maraqlı şəxs arxivində və «Vətəndaşlıq vəziyyəti aktları» avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və Z.Əhmədovanın ölümü barədə heç bir məlumat aşkar olunmamışdır. 01 yanvar 2000-ci il tarixdə X6 tərəfindən verilmiş notariat vəsiyyətnaməsinin surətindən görünür ki, o, öləndən sonra özünə məxsus olan Sarıcalı kəndində yerləşən daşdan tikilmiş 2 gözdən ibarət 56 kv.m sahəsi olan evini, sahəsi 15 kv.m olan 1 kərpic daxalını, sahəsi 15 kv.m olan 1 daş daxalını və 1 ədəd darvazanı, 006 ha həyətyanı torpaqla birlikdə yaxın qohumu Ərizəçi vəsiyyət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Qeyd olunan Məcəllənin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi faktlardan biri də şəxsin müəyyən vaxtda müəyyən şəraitdə ölməsi faktıdır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019cu il tarixli, 03 saylı Qərarının 9-cu bəndində göstərilir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 saylı Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qərarın 9.3-cü bəndinə görə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Qərarın 9.4-cü bəndinə görə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Ərizəçi bildirir ki, müxtəlif səbəblərdən bibisinin ölümü ilə bağlı müvafiq şəhadətnamə almamış və ümumiyyətlə bu barədə aidiyyəti orqanlara müraciət etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi bibisi - X4 23 iyun 2000-ci il tarixdə Ağdam rayonu Sarıcalı kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən 1 /bir/ ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim : E.Bayramov
Məhkəmə qərarları › İş №2(013)-309/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-309/2025
18.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver