Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-3109/2025 24.11.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi barədə mülki işə 24 noyabr 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi rayon məhkəməsinə ünvanladığı ərizəsində göstərmişdir ki, anası X4 1979cu ildə Ağdam rayonunun Şıxbabalı kəndində vəfat etmiş və həmin kəndin qəbristanlığında dəfn olunmuşdur. Anasının ölümünü qeyd etdirməmiş və ölüm haqqında şəhadətnamə almamışlar. Şəhid qardaşının vərəsəlik işi ilə əlaqədər onlardan ölüm haqqında şəhadətnamə tələb edilmişdir. Anasına ölüm haqqında şəhadətnamə almaq üçün aidiyyəti orqanlara müraciət etmişdir. Maraqlı şəxsndən ona anasının ölümünə əsas verən sənədlər olmadığından ölümün qeydə alınması bir başa səlahiyyətləri olmadığının və məhkəməyə müraciət etməli olduğu izah edildiyini, anasına ölüm haqqında şəhadətnamə almaq üçün faktın təsdiq olunması zərurətini yarandığını qeyd etməklə anası X1 1979-cu ildə Ağdam rayonunun Şıxbabalı kəndində vəfat etməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi qismində məhkəmədə izahat verən Ərizəçi ərizəni müdafiə edərək və anası Nuridə Səfərovanın avtomobil vurması nəticəsində vəfat etdiyini bildirərək tələbinin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs nümayəndəsinə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məlum olmayan səbəblərdən gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şahid qismində məhkəmədə izahat verən X2 göstərmişdir ki, Nuridə Səfərova onun bacısı olmuş, 1979-cu ildə Ağdam rayonunun Şıxbabalı kəndində avtomobil vurması nəticəsində vəfat etmişdir. Şahid qismində məhkəmədə dindirilmiş X3 göstərmişdir ki, Nuridə onun həmkəndlisi olmuş və vəfat etmişdir. Məhkəmədə elan olunmuş Maraqlı şəxs xx.xx.2025-ci il tarixli 914-05/15 saylı arayışından görünür ki, Ərizəçi anası N.Z.Səfərovanın ölümünə əsas verən zəruri sənədlər təqdim olunmadığından ölümün qeydə alınması birbaşa səlahiyyətləri olmadığını izah edərək məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. AZ-İİİ № 912669 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi N.Z.Səfərovanın oğludur. Ağdam Rayon İcra Hakimiyyətinin Şıxbabalı kənsd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli 132 saylı arayışından görünür ki, N.Z.Səfərova 1956-cı ildə Ağdam rayonunun Şıxbabalı kəndində anadan olmuş və 1979-cu ildə həmin kənddə vəfat etmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə baxışında müəyyən olunmuşdur ki, Ərizəçi anası N.Z.Səfərova 1979-cu ildə Ağdam rayonunun Şıxbabalı kəndində vəfat etmişdir. Faktın təsdiqi ölüm haqqında şəhadətnamə almaq üçün zəruri olduğundan, Ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki,ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin,yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə əsaslı olduğundan təmin edilsin. X1 1979-cu ildə Ağdam rayonunun Şıxbabalı kəndində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №2(013)-3109/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-3109/2025
24.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver