Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-3140/2025 02.10.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi X18 oğlunun katibliyi, Ərizəçi X3 və maraqlı şəxs X4 iştirakı ilə, Ərizəçi X3 mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə Ağdam Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi X8 mediasiya prosesində əldə olunmuş barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə müraciət edərək, maraqlı şəxs X12 ilə aralarında bağlanmış xx.xx.2025-ci il tarixli, MŞA/MT044/2025-00421 nömrəli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən X8 izahatında ərizəni müdafiə etdiyini, qızı X9 X12 ilə qeyri rəsmi nikaha daxil olaraq ailə qurduqlarını, qızının xx.xx.2008-ci il tarixdə vəfat etdiyini və həmin vaxtdan onun övladı X5 onun himayəsində yaşadığını, uşağın atasının övladı X6 himayəsinə götürməkdən imtina etdiyini, daha sonra Ağdam RİHB-nin Sərəncamı ilə onun nəvəsinə qəyyum təyin edildiyini, hazırda nəvəsi X5 ali məktəbə daxil olduğunu və həmin təhsil müəssisəsindən nəvəsinin onun himayəsində olmasını təsdiq edən məhkəmə qərarını tələb etdiklərini, bu barədə mediyasiya təşkilatına müraciət etdiyini, bağlanmış barışıq sazişinə əsasən, xx.xx.2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək onun himayəsinə verilməsi, himayəsində saxlanması barədə X12 ilə qarşılıqlı razılığa gəldiklərini bildirib, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən işdə maraqlı olan şəxs X12 izahatında X16 ilə qeyri rəsmi nikahlarından olan xx.xx.2008-ci il təvəllüdlü X5 X3 himayəsində olduğunu, doğulduğu vaxtdan uşağa onun baxdığını və qəyyumu olduğunu, bu barədə mediyasiya təşkilatında qarşılıqlı razılığa gəldiklərini, xx.xx.2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək onun himayəsinə verilməsinə etiraz etmədiyini və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Ağdam rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı №107469 nömrəli “X11”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X13 xx.xx.2008-ci ildə doğulmuşdur, onun atası- X10, anası- X14r. İş materiallarında olan Ağdam RİHB-nin Xındırıstan kənd İƏD üzrə İcra Nümayəndəliyi tərəfindən verilmiş AZ-İ seriyalı №297562 nömrəli “X15”nin surətindən görünür ki, X16 xx.xx.2008-ci ildə böyrək çatışmamazlığından ölmüşdür. İş materiallarında olan Ağdam RİHB-nin 08 iyul 2008-ci il tarixli, 136 nömrəli Sərəncamının surətindən görünür ki, azyaşlı X5 anası X16 xx.xx.2008-ci ildə vəfat etdiyindən, atası X10 övladının azyaşlının nənəsi X3 qəyyumluğuna verilməsinə razı olduğunu nəzərə alaraq, X3 xx.xx.2008-ci ildə doğulmuş X7 qəyyum təyin edilmişdir. İş materiallarında olan Ağdam 2 saylı Mediyasiya Təşkilatının X1 tərəfindən təsdiq edilmiş, X8 ilə X12 arasında bağlanmış xx.xx.2025-ci il tarixli, MŞA/MT044/2025-00421 nömrəli barışıq sazişinin 1-ci maddəsində birinci tərəf X8 şərtlərini irəli sürmüş, 2-ci maddəsindən göründüyü kimi, 2-ci tərəf mediyasiya təşkilatında könüllü iştirak edərək, 1-ci tərəfin verdiyi təkliflə tanış olmuş və bunlarla tam razlaşan 2-ci tərəf etiraz etməyərək, övladı X5 1-ci tərəfin himayəsinə (öhdəsinə) verilməsinə (saxlanmasına) razıdır, bu barədə qarşılıqlı razılaşmışlar. Tərəflər arasında digər mübahisə olmamışdır. 3. Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur. 5. Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, tərəflər hazırkı mübahisə ilə əlaqədar bir-birini bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə və birdəfəlik azad edirlər. 7. Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun: -28.1-ci maddəsinə əsasən, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. -28.2-ci maddəsinə əsasən, bu Qanunun 28.1-ci maddəsində qeyd edilən mübahisələr üzrə ilkin mediasiya sessiyasını tərəflərin qarşılıqlı razılaşdırdığı mediator və ya mediator təşkilatı aparır. Azərbaycan Respublikası MPM-nin: -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. -355-23.2-ci maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. -355-24-cü maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. -355-25.1-ci maddəsinə əsasən, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. -355-25.3-cü maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan, X8 ilə maraqlı şəxs X12 arasında mediasiya prosesində bağlanmış xx.xx.2025-ci il tarixli, MŞA/MT044/2025-00421 nömrəli barışıq sazişi təsdiq eilməlidir. İş üzrə Azərbaycan Respublikası MPM-nin 355-26-cı maddəsində sadalanmış hallar aşkar edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. X8 ilə maraqlı şəxs X12 arasında mediasiya prosesində bağlanmış xx.xx.2025-ci il tarixli, MŞA/MT044/2025-00421 nömrəli barışıq sazişi təsdiq edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinin Mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №2(013)-3140/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-3140/2025
02.10.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver