Məhkəmə qərarları › İş №2(013)-3158/2024

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-3158/2024

14.11.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-3158/2024 14.11.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi ilə, Ərizəçi mediasiya prosesində əldə olunmuş barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə Ağdam Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Biləsuvar rayonu, Cəbrayıl qəsəbəsində yerləşən 11 saylı Mediyasiya təşkilatında Maraqlı şəxs ilə aralarında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞC/MT020/2024-01263 saylı Barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır: Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2010-cu il tarixdə Ağdam Rayon Qeydiyyat Şöbəsində №61 ilə qeydə alınmış nikahları bağlanmışdır. Onların birgə nikahdan xx.xx.2011-ci il təvəllüdlü X8 adlı övladları dünyaya gəlmişdir. Tərəflər arasında olan narazılıqlara görə ailə münasibətləri pozulmuşdur. Onlar arasındakı nikah formal xarakter daşıyır. Odur ki, ərizəçi mediyasiya təşkilatına müraciət etmiş və aralarında olan nikahın pozulması, xx.xx.2011-ci il təvəllüdlü X8 adlı övladlarının ananın himayəsində saxlanması və uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 150 manat sabit pul məbləğdə alimentin Ərizəçi tutularaq Maraqlı şəxs xeyrinə ödənilməsi barədə, tərəflər qarşılıqlı razılığa gəlmişlər. Ərizə icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Ərizəçi xx.xx.2024-cü il tarixdə məhkəməyə teleqram daxil olmuş və ərizəçi teleqramında, xx.xx.2024-cü il tarixə təyin edilmiş məhkəmə baxışı iclasında iş xidməti ilə bağlı iştirak edə bilməyəcəyini, mediyasiya təşkilatında bağladığları barışıq sazişinin şərtləri ilə razı olduğunu, iclasın onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs xx.xx.2024-cü il tarixdə məhkəməyə teleqram daxil olmuş və ərizəçi teleqramında, məhkəmə baxışı iclasında üzürlü səbəblərdən iştirak edə bilməyəcəyini, mediyasiya təşkilatında bağladığları barışıq sazişinin şərtləri ilə razı olduğunu, iclasın onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Ağdam Rayon Qeydiyyat Şöbəli tərəfindən verilmiş X2 görünür ki, Ərizəçi ilə X9 xx.xx.2010-cu il tarixdə rəsmi nikaha daxil olmuş və onlar arasında №61 ilə qeydə alınmış nikahları bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Əliyev, arvada Əliyeva soyadı verilmişdir. İş materiallarında olan: Ağdam Rayon Qeydiyyat Şöbəli tərəfindən verilmiş AZ- İİ seriyalı № 788651 nömrəli X3 surətindən görünür ki, X8 xx.xx.2011-ci ildə doğulmuş, atası- Ərizəçi, anası- Maraqlı şəxsdır. İş materiallarında olan: X1 tərəfindən təsdiq edilmiş, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞC/MT020/2024-01263 nömrəli barışıq sazişinin 1-ci maddəsində birinci tərəf Ərizəçi şərtlərini irəli sürmüş, bununla tam razlaşan 2-ci tərəf xx.xx.2011-ci il təvəllüdlü X4 ananın himayəsində saxlanmasına, yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 150 manat sabit pul məbləğində alimentin Ərizəçi tutularaq Maraqlı şəxs ödənilməsi, 1-ci tərəfin övladı xx.xx.2011-ci il təvəllüdlü X8 ilə istənilən vaxt görüşməsi və telefon vasitəsi ilə danışması barədə qarşılıqlı razılaşmışlar. 3. Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur. 5. Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, tərəflər hazırkı mübahisə ilə əlaqədar bir-birini bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə və birdəfəlik azad edirlər. 7. Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. 8. Əgər Saziş məhkəmə tərəfindən təsdiq edilmişdirsə, Sazişin məcburi icrası məhkəmənin qərarına əsasən həyata keçirilə bilər. 10. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun: -28.1-ci maddəsinə əsasən, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. -28.2-ci maddəsinə əsasən, bu Qanunun 28.1-ci maddəsində qeyd edilən mübahisələr üzrə ilkin mediasiya sessiyasını tərəflərin qarşılıqlı razılaşdırdığı mediator və ya mediator təşkilatı aparır. Azərbaycan Respublikası MPM-nin: -4.5-ci maddəsinə əsasən, tərəflərin hər hansı mübahisə ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya prosesində iştirakını tələb edən müqavilə, müqavilə şərti, yaxud hər hansı digər sənəddə şərt (mediasiyaya dair qeyd-şərt) olduğu halda, həmin qaydaya riayət edildikdən sonra mübahisə məhkəmənin həllinə verilə bilər. -4.6-cı maddəsinə əsasən, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. -355-23.2-ci maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. -355-24-cü maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. -355-25.1-ci maddəsinə əsasən, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. -355-25.2-ci maddəsinə əsasən, məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. -355-25.3-cü maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. -355-25.4-cü maddəsinə əsasən, qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. -355-26.1-ci maddəsinə əsasən, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. -355-26.2-ci maddəsinə əsasən, barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan, təmin edilməli, xx.xx.2011-ci il təvəllüdlü X8 adlı uşağın saxlanması üçün hər ay 160 manat sabit pul məbləğində alimentin ödənilməsi barədə tərəflərin qarşılıqlı razılaşması nəzərə alınmalıdır. Həmin barışıq sazişinin həmçinin yuxarıda sadalanan bütün digər şərtləri təsdiq edilməlidir. İş üzrə Azərbaycan Respublikası MPM-nin 355-26-cı maddəsində sadalanmış hallar aşkar edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizəçi ilə maraqlı şəxs X10 arasında mediasiya prosesində bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin bir hissəsi, yəni alimentin tutulması və uşaqla ünsiyyətdə olması hissəsi təsdiq edilsin. xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment Ərizəçi tutularaq X7 ödənilsin. Alimentin tutulmasına xx.xx.2024-cü il tarixli barışıq sazişində göstərilən xx.xx.2025-ci il tarixdən başlansın. Ərizəçi övladı xx.xx.2011-ci il təvəllüdlü X8 ilə istənilən vaxt görüşməsinə və telefonla danışması hüququ müəyyən edilsin. Barışıq sazişinin qalan hissəsinin, yəni boşanma və uşağın himayədə saxlanması ilə bağlı hissəsinin təsdiq edilməsindən imtina olunsun. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar