Məhkəmə qərarları › İş №2(013)-3234/2024

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-3234/2024

28.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-3234/2024 28.12.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölümün qeyd edilməsi faktının müəyyən edilməsi barədə mülki işə 28 dekabr 2024-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi rayon məhkəməsinə ünvanladığı ərizəsində mərhum oğlu X3 xx.xx.1992-ci ildə Ağdam şəhərində ermənilərin atdığı mərminin partlaması nəticəsində ölməsi faktının qeyd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi qismində məhkəmədə izahat verən Ərizəçi ərizəni müdafiə edərək bildirmişdir ki, oğlu Səyyaf Quliyev xx.xx.1992-ci il tarixdə təhsil aldığı məktəbdə yerləşən əsgərlərə yemək apararkən ermənilərin atdığı mərmi partlaması nəticəsində vəfat etmiş və xx.xx.1992-ci ildə Ağdam rayonunun Uzundərə qəbristanlığında dəfn olunmuşdur. Oğlunun ölüm haqqında şəhadətnaməsini almaq üçün aidiyyəti orqanlara müraciət etmiş, oğlunun adına ölümə əsas verən zəruri sənədlər olmadığından məhkəməyə müraciət etməsi izah edilmişdir. S.R.Quliyevin ölüm haqqında şəhadətnaməsini almaq üçün faktın müəyyən edilməsi zərurəti yarandığını qeyd etməklə ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs nümayəndəsinə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məlum olmayan səbəblərdən gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şahid qismində məhkəmədə izahat verən X2 qayını oğlu S.R.Quliyevin xx.xx.1992ci ildə əsgərlərə yemək apararkən 6 nömrəli məktəbin həyətində ermənilərin atdığı mərminin partlaması nəticəsində vəfat etdiyini və xx.xx.1992-ci ildə Ağdam rayonunun Uzundərə qəbristanlığında dəfn olunduğunu bildirmişdir. Şahid qismində dindirilmiş X4 qardaşı oğlu S.R.Quliyevin xx.xx.1992-ci ildə əsgərlərə yemək apararkən 6 nömrəli məktəbin həyətində ermənilərin atdığı mərminin partlaması nəticəsində vəfat etdiyini və xx.xx.1992-ci ildə Ağdam rayonunun Uzundərə qəbristanlığında dəfn olunduğunu bildirmişdir. Məhkəmədə elan olunmuş Maraqlı şəxs xx.xx.2024-cü il tarixli 1204-05/15 saylı arayışından görünür ki, Ərizəçi oğlu S.R.Quliyevin ölümünə əsas verən zəruri sənədlər təqdim olunmadığından ölümün qeydə alınması birbaşa səlahiyyətləri olmadığını izah edərək məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, ərizə qismən təmin edilməlidir. Məhkəmə baxışında müəyyən olunmuşdur ki, Ərizəçi oğlu S.R.Quliyev xx.xx.1992ci ildə Ağdam şəhərində vəfat etmiş və Ağdam rayonunun Uzundərə qəbristanlığında dəfn olunmuşdur. Faktın təsdiqi ölüm haqqında şəhadətnamə almaq üçün zəruri olduğundan, Ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. S.R.Quliyevin ermənilər tərəfindən atılan mərminin partlaması nəticəsində ölməsini təsdiq etmək üçün kifayət qədər sübutlar təqdim edilməmişdir. Ona görədə məhkəmə hesab edir ki, ərizə həmin hissədə təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki,ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin,yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə qismən təmin edilsin. X3 xx.xx.1992-ci ildə Ağdam şəhərində vəfat etməsi faktı müəyyən edilsin. X1 ermənilərin atdığı mərminin partlaması nəticəsində ölməsi hissəsi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar