Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-3350/2024 28.12.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölümün qeyd edilməsi faktının müəyyən edilməsi barədə mülki işə 28 dekabr 2024-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi rayon məhkəməsinə ünvanladığı ərizəsində mərhum atası 1910-cu ildə Azərbaycan Respublikasının (AR SSR) keçmiş DQMV-nin Ağdərə (Mardakert) rayonunda doğulmuş, X1 xx.xx.1991-ci il tarixində Ağdam rayonu Sırxavənd kəndində vəfat etməsi faktının müəyyən edilməsi və onun adına ölüm haqqında şəhadətnamə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəməyə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53cü maddəsinə əsasən tələbin həcminin azaldılması ilə bağlı ərizə təqdim edərək mərhum atası X1 xx.xx.1991-ci ildə Ağdam rayonunun Sırxavənd kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi qismində məhkəmədə izahat verən Ərizəçi ərizəni müdafiə edərək bildirmişdir ki, atası Nəbi Həsənov xx.xx.1991-ci il tarixdə Ağdam rayonunun Sırxavənd kəndində vəfat etmiş və Ağdam rayonunun Sırxavənd kənd qəbristanlığında dəfn olunmuşdur. Atasının ölüm haqqında şəhadətnaməsini almaq üçün aidiyyəti orqanlara müraciət etmiş, atasının adına ölümə əsas verən zəruri sənədlər olmadığından məhkəməyə müraciət etməsi izah edilmişdir. N.Ş.Həsənovun ölüm haqqında şəhadətnaməsini almaq üçün faktın müəyyən edilməsi zərurəti yarandığını qeyd etməklə ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs nümayəndəsinə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məlum olmayan səbəblərdən gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şahid qismində məhkəmədə izahat verən X3 qonşusu Ərizəçi atası N.Ş.Həsənovun 1991-ci ilin payız ayında xəstəlikdən vəfat etdiyini və Ağdam rayonunun Sırxavənd kənd qəbristanlığında dəfn olunduğunu, dəfn mərasimində iştirak etdiyini, N.Ş.Həsənovun qəbrinin özünün qazdığını bildirmişdir. Şahid qismində dindirilmiş X2 həmkəndlisi N.Ş.Həsənovun 1991-ci ilin noyabr ayında xəstəlikdən vəfat etdiyini və Ağdam rayonunun Sırxavənd kənd qəbristanlığında dəfn olunduğunu bildirmişdir. Məhkəmədə elan olunmuş Maraqlı şəxs xx.xx.2024-cü il tarixli 1264-05/15 saylı arayışından görünür ki, Ərizəçi atası N.Ş.Həsənovun ölümünə əsas verən zəruri sənədlər təqdim olunmadığından ölümün qeydə alınması birbaşa səlahiyyətləri olmadığını izah edərək məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə baxışında müəyyən olunmuşdur ki, Ərizəçi atası N.Ş.Həsənov xx.xx.1991-ci ildə Ağdam rayonu, Sırxavənd kəndində xəstəlikdən vəfat etmiş və Ağdam rayonunun Sırxavənd kənd qəbristanlığında dəfn olunmuşdur. Faktın təsdiqi ölüm haqqında şəhadətnamə almaq üçün zəruri olduğundan, Ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki,ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin,yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə əsaslı olduğundan təmin edilsin. 1910-cu ildə Azərbaycan Respublikasının (AR SSR) keçmiş DQMV-nin Ağdərə (Mardakert) rayonunda anadan olmuş X1 xx.xx.1991-ci ildə Ağdərə ( indiki Ağdam) rayonu, Sırxavənd kəndində xəstəlikdən vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №2(013)-3350/2024
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-3350/2024
28.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver