Məhkəmə qərarları › İş №2(013)-3413/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-3413/2025

03.11.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-3413/2025 03.11.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi X20 oğlunun katibliyi, Maraqlı şəxs X6 iştirakı ilə, Ərizəçi X8 mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə Ağdam Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi X15 mediasiya prosesində əldə olunmuş barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə müraciət edərək, maraqlı şəxs X13 ilə aralarında bağlanmış xx.xx.2025-ci il tarixli, MŞB/MT044/2025-00494 nömrəli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, ərizəçi X15 ilə X13 05 iyul 2013-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurduqlarını, birgə nikahlarından xx.xx.2013-cü il təvəllüdlü X16, xx.xx.2014-cü il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X10 adlı övladlarının olduğunu, Həyat yoldaşə Vüsal sadıqovun uşaqlara baxmadığını, özünün tək başına uşaqların tələbatlarını ödəyə bilmədiyini, aliment mübahisəsini həll etmək üçün mediyasiya təşkilatına müraciət etdiyini, bağlanmış barışıq sazişinə əsasən, birgə nikahdan olan xx.xx.2013-cü il təvəllüdlü X16, xx.xx.2014-cü il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X10 adlı övladlarının yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay, hər uşağa 230 manat olmaqla, cəmi 690 manat məbləgində alimentin xx.xx.2025-ci il tarixdən başlanılmaqla onun xeyirinə tutulması barədə razılığa gəldiklərini, lakin maraqlı şəxsin qeyd olunan barışıq sazişinin tələblərinə əməl etmədiyini bildirib ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Ərizəçi X15 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 355-25.2-ci maddəsinə əsasən işə ərizəçi olan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında iştirak edən işdə maraqlı olan şəxs X13 izahatında X15 ilə birgə nikahlarından olan xx.xx.2013-cü il təvəllüdlü X16, xx.xx.2014-cü il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X10 adlı övladlarının yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2025-ci il tarixdən başlanılmaqla, hər ay, hər uşağa 230 manat olmaqla, cəmi 690 manat məbləgində alimentin ondan tuitularaq T.Sadıqovanın xeyirinə ödənilməsi barədə qarşılıqlı razılığa gələrək barışıq sazişı bağladıqlarını, övladlarının saxlanması üçün lazım olan məbləğdə alimenti ödəməyə hazir olduğunu bildirdi və ərizənin qanunauyğun həll edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə maraqlı şəxsin izahatını dinləyib, iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Ağdam rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ sariyalı № 375634 “X14”dən görünür ki, X13 ilə X17 arasında 05 iyul 2013-cü il tarixdə, 11 nömrə ilə qeydə alınmış nikahları bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə “Sadıqov”, arvada “Sadıqova” soyadı verilmişdir. Belə ki, iş materiallarında olan: Ağdam rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı № 396541 nömrəli “Doğum haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X16 xx.xx.2013-cü ildə doğulmuşdur, onun atası- X13, anası- X11r. İş materiallarında olan: Ağdam rayon, Əhmədağalı kənd İƏD üzrə İcra Nümayəndəliyi tərəfindən verilmiş AZ-İV seriyalı № 396543 nömrəli “Doğum haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X9 xx.xx.2014-cü ildə doğulmuşdur, onun atası- X13, anası- X11r. İş materiallarında olan: Ağdam rayon, Əhmədağalı kənd İƏD üzrə İcra Nümayəndəliyi tərəfindən verilmiş AZ-İV seriyalı № 396542 “Doğum haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X10 qeyri rəsmi nikahlarından doğulan xx.xx.2016-cı ildə doğulmuşdur, onun atası- X13, anası- X11r. İş materiallarında olan: Ağdam 2 saylı Mediyasiya Təşkilatının X1 tərəfindən təsdiq edilmiş, X15 ilə X13 arasında bağlanmış xx.xx.2025-ci il tarixli, MŞB/MT044/2025-00494 nömrəli barışıq sazişinin 1-ci maddəsində birinci tərəf T.Sadıqova şərtlərini irəli sürmüş, 2-ci maddəsindən göründüyü kimi, 2-ci tərəf mediyasiya təşkilatında könüllü iştirak edərək, 1-ci tərəfin verdiyi təkliflə tanış olmuş və bunlarla tam razlaşan 2-ci tərəf etiraz etməyərək, birgə nikahdan olan xx.xx.2013-cü il təvəllüdlü X16, xx.xx.2014-cü il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X4 1-ci tərəfin himayəsində saxlanması, onların yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2025-ci il tarixdən başlanılmaqla, hər ay, hər uşaq üçün 230 manat olmaqla, cəmi 690 manatməbləgində alimentin ondan tutularaq X12 ödənilməsi barədə qarşılıqlı razılaşmışlar. 3. Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur. 5. Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, tərəflər hazırkı mübahisə ilə əlaqədar bir-birini bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə və birdəfəlik azad edirlər. 7. Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. 8. Əgər Saziş məhkəmə tərəfindən təsdiq edilmişdirsə, Sazişin məcburi icrası məhkəmənin qərarına əsasən həyata keçirilə bilər. 10. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. «Mediasiya haqqında» Azərbaycan Respublikasının Qanununun: -28.1-ci maddəsinə əsasən, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. -28.2-ci maddəsinə əsasən, bu Qanunun 28.1-ci maddəsində qeyd edilən mübahisələr üzrə ilkin mediasiya sessiyasını tərəflərin qarşılıqlı razılaşdırdığı mediator və ya mediator təşkilatı aparır. Azərbaycan Respublikası MPM-nin: -355-23.1-ci maddəsinə əsasən, «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. -355-23.2-ci maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. -355-24-cü maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. -355-25.1-ci maddəsinə əsasən, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. -355-25.3-cü maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. -355-26.2-ci maddəsinə əsasən, barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan, təmin edilməli, xx.xx.2013cü il təvəllüdlü X16, xx.xx.2014-cü il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X10 adlı uşaqların saxlanması üçün hər ay, hər uşaq üçün 230 manat olmaqla, cəmi 690 manat məbləğində alimentin ödənilməsi barədə tərəflərin qarşılıqlı razılaşması nəzərə alınmalıdır. Alimentin tutulmasına tərəflərin barışıq sazişində razılaşdığı vaxtdan xx.xx.2025-ci il tarixdən başlanılmalıdır. İş üzrə Azərbaycan Respublikası MPM-nin 355-26-cı maddəsində sadalanmış hallar aşkar edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizəçi X15 ilə maraqlı şəxs X13 arasında mediasiya prosesində bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi alimentlə bağlı hissəsi təsdiq edilsin. xx.xx.2013-cü il təvəllüdlü X7, xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 230 manat, cəmi 690 manat aliment X5 tutularaq X12 ödənilsin. Alimentin tutulmasına 15 oktyabr 2025-ci il tarixdən başlansın. Qətnamənin alimentlə bağlı hissəsi dərhal icra edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar