Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-3928/2025 18.02.2026 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölümün qeyd edilməsi faktının müəyyən edilməsi barədə mülki işə 18 fevral 2026-cı ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi rayon məhkəməsinə ünvanladığı ərizəsində göstərmişdir ki, 1993-cü ildə Ağdam şəhərinin işğalından sonra məcburi köçkün kimi ailə üzvləri ilə birlikdə Ağcabədi rayonu, Bilağan kəndində məskunlaşmışdır. həyat yoldaşı X3 xx.xx.1998-ci ildə Ağcabədi rayonunun Bilağan kəndində vəfat etmiş və həmin kənd qəbristanlığında dəfn olunmuşdur. Ərinə ölüm haqqında şəhadətnamə almamışlar. Zərurətlə bağlı həyat yoldaşının ölüm şəhadətnaməsi tələb olunduğunu, ölüm haqqında şəhadətnamə almaq üçün Ağcabədi Regional “Asan Xidmət” X5 müraciət edən zaman ölümə əsas verən sənədlər olmadığından məhkəməyə müraciət etməsi tövsiyyə olunduğunu qeyd etməklə həyat yoldaşı X1 xx.xx.1998-ci ildə Ağcabədi rayonunun Bilağan kəndində ölməsi fatkının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi qismində məhkəmədə izahat verən Ərizəçi ərizəni müdafiə edərək əri Y.M.Məmmədovun avtoqəza nəticəsində vəfat etdiyini və Ağcabədi rayonunun Bilağan kənd qəbristanlığında dəfn olunduğunu qeyd etməklə ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs nümayəndəsinə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir səbəb göstərmədən məhkəmə baxışına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şahid qismində məhkəmədə izahat verən X6 Ərizəçi tanıdığını, onun əri Yunasifin çoxdan rəhmətə getdiyini və kənd qəbristanlığında dəfn olunduğunu bildirmişdir. Şahid qismində məhkəmədə izahat verən X2 qohumu və qonşusu Ərizəçi əri Yunasifin məzarını tanıdığını, Yunasif rəhmətə gedən zaman uşaq olduğunu bidirmişdir. Məhkəmədə elan olunmuş Ağcabədi Regional “Asan Xidmət” X4 xx.xx.2025-ci il tarixli 3-16-5/8-15-1019/25 saylı arayışından görünür ki, Ərizəçi əri Y.M.Məmmədovun ölümünə əsas verən zəruri sənədlər təqdim olunmadığından ölümün qeydə alınması birbaşa səlahiyyətləri olmadığını izah edərək məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Ağcabədi Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2025-ci il tarixli 05/70-679/69 saylı nikah şəhadətnaməsinin surətindən görünür ki, Y.M.Məmmədovla Ərizəçi arasında olan nikah xx.xx.1983-cü ildə Ağcabədi Rayon Boyat kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 03 nömrə ilə qeydə alınmışdır. Məzar daşının fotoşəkilindən görünür ki, Y.M.Məmmədov xx.xx.1998-ci ildə vəfat etmişdir. Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının Boyat kənd inzibati ətrazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli 365 saylı arayışından görünür ki, Y.M.Məmmədov xx.xx.1998-ci ildə vəfat etmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə baxışında müəyyən olunmuşdur ki, Ərizəçi əri Y.M.Məmmədov xx.xx.1998-ci ildə Ağcabədi rayonunun Bilağan kəndində avtoqəza nəticəsində vəfat etmiş və həmin kənd qəbristanlığında dəfn olunmuşdur. Faktın təsdiqi ölüm haqqında şəhadətnamə almaq üçün zəruri olduğundan, Ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki,ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin,yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə əsaslı olduğundan təmin edilsin. X1 xx.xx.1998-ci ildə Ağcabədi rayonunun Bilağan kəndində avtoqəza nəticəsində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №2(013)-3928/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-3928/2025
18.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver