Məhkəmə qərarları › İş №2(013)-3954/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-3954/2025

05.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-3954/2025 05.02.2026 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi X9 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum həyat yoldaşı X1 07 iyul 2023-cü il tarixdə, Ağdam rayonunun Bənövşələr qəsəbəsində ölməsi faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məhkəməyə heç bir məlumat verməmiş, nə də ki, işin baxılmasının təxirə salınmasını xahiş etməmişdir. Ona görə də məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında işitrak edən Ərizəçi izahatında ərizəni müdafiə edərək, onun məcburi köçkün olduğunu, mərhum həyat yoldaşı X6 ilə rəsmi nikaha daxil olmaqla ailə qurduqlarını, həyat yoldaşının 07 iyul 2023-cü ildə Ağdam rayonu, Bənövşələr qəsəbəsində vəfat etdiyini və Ağdam rayonu Mirəşelli kənd qəbristanlığında dəfn edildiyini, lakin mərhum yoldaşı vəfat etdikdən sonra onun barəsində ölüm haqqında şəhadətnaməni almadığını, hazırda məcburi zərurətlə bağlı olaraq ölüm haqqında şəhadətnamənin tələb olunduğunu, bu barədə Maraqlı şəxsnə müraciət etsədə ölümün qeydə alınmasına əsas verən sənədlərin olmadığını, bu barədə aidiyyəti üzrə məkəməyə müraciət etməsinin tövsiyyə olunduğunu bildirdi və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X10 izahatında göstərdi ki, Ərizəçi onun qonşusudur. X6 ərizəçinin həyat yoldaşıdır. Zərif Edilova 07 iyul 2023cü il tarixdə, Ağdam rayonunun Bənövşələr qəsəbəsində vəfat etmiş və Ağdam rayonu, Mirəşelli kənd qəbristanlığında dəfn olunmuşdur. Özü şəxsən dəfn mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X5 izahatında göstərdi ki, Ərizəçi onun qonşusudur. X6 ərizəçinin həyat yoldaşıdır. Zərif Edilova 07 iyul 2023-cü il tarixdə, Ağdam rayonunun Bənövşələr qəsəbəsində vəfat etmiş və Ağdam rayonu, Mirəşelli kənd qəbristanlığında dəfn olunmuşdur. Özü şəxsən dəfn mərasimində iştirak etmişdir. Məhkəmə iş üzrə ərizəçinin və şahidlərin izahatlarını dinləyib, iş materiallarını araşıdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Ağdam rayonu Əlimədədli VVAQ şöbəsi tərəfindən verilmiş İV-JQ № 293772 “X2”nin surətindən görünür ki, X7 xx.xx.1956cı il tarixdə Ağdam rayonunun Xaçın-dərbənd, Əlimədətli kəndində doğulmuşdur. İş materiallarında olan Ağdam rayonu Əlimədədli kənd Sovetliyi tərəfindən verilmiş İİ-JQ seriyalı, № 280605 “X3”nin surətindən görünür ki, Ərizəçi ilə X7 arasında 01 odekabr 1978-ci il tarixdə, 40 nömrə ilə qeydə alınmış nikahları bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə “Edilov”, arvada “Edilova” soyadı verilmişdir. Maraqlı şəxs tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş arayışdan görünür ki, 07 iyul 2023-cü il tarixdə Ağdam rayonunun Bənövşələr qəsəbəsində vəfat etmiş X1 ölümü barədə, Maraqlı şəxs arxivində və “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlamalarda heç bir məlumat aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Ağdam rayon bölməsinin xx.xx.2025-ci il tarixli, 596 nömrəli arayışdan görünür ki, Ərizəçi Ağdam rayonu, Əliağalı kəndindən məcburi köçkün olmaqla, Ağdam rayonunun Bənövşələr qəsəbəsində müvəqqəti yaşayır. İş materiallarında olan Ağdam Rayon İH başçısının Əlimədətli kəndi üzrə İƏD nümayəndəliyinin xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X6 07 iyul 2023-cü il tarixdə, Ağdam rayonunun Bənövşələr qəsəbəsində vəfat etmiş və Ağdam rayonu, Mirəşelli kənd qəbristanlığında dəfn olunmuşdur. Məhkəmə ərizədə göstərilən predmetlə bağlı qanunvericiliyin aşagıdakı müvafiq normalarını qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikasının Konsitutisiyasını 60-cı maddəsinin İ bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə və inzibati qaydada müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cü il tarixli 03 №-li qərarının 4.1-ci bəndində qeyd edilmişdir ki, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Həmin qərarının 4.8-ci bəndində qeyd edilmişdir ki, ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, X1 07 iyul 2023-cü il tarixdə Ağdam rayonunun Bənövşələr qəsəbəsində ölməsi faktı müəyyən edilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 9.1.20ci maddəsinə əsasən məhkəməyə verilən iddialar üzrə məcburi köçkünlər dövlət rüsumunu ödəməkdən azaddırlar. Məhkəmə qeyd edir ki, ərizəçi Ağdam rayonundan məcburi köçkün olduğu üçün ərizə verərkən dövlət rüsumu ödəməmişdir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin edilsin. X1 07 iyul 2023-cü il tarixdə Ağdam rayonunun Bənövşələr qəsəbəsində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən surəti rəsmi qaydada tərəflərə verildiyi gündən sonra 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar