Məhkəmə qərarları › İş №2(013)-611/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-611/2025

27.01.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-611/2025 27.01.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi /Maraqlı şəxs/ X2 X3 X4 ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə mürəciət edərək Maraqlı şəxs ilə Mediasiya Şurasında bağlanmış 11 iyul 2024-cü il tarixli, MŞB/MTO39/2024-00646 saylı Barışıq Sazişinin X4 qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsində qeyd edir ki, Maraqlı şəxs ilə 17 dekabr 2016-cı ildə rəsmi olaraq ailə həyatı qurmuş, rəsmi nikahlarından övladları anadan olmamışdır. Münasibətləri pozulduğu üçün nikahları Ağdam Rayon Məhkəməsinin 25 iyul 2024-cü il tarixli, 2(013)-1687/2024 saylı Qətnaməsinə əsasən pozulmuşdur. Qızıl və cehiz əşyaları tələbi ilə Mediatora müraciət etmiş, mediasiya reyestrində M- 00402 nömrəli qeydiyyatdan keçmiş, mediator F.Səlimovun iştirakı ilə xx.xx.2024-cü il tarixli barışıq sazişi imzalanmışdır. Sazişə əsasən N.Süleymanov qızıl-zinət və mətbex mebeli, divan, kreslo dəyəri 3250 manat pulun 2024-cü il avqust ayından başlayaraq hər ayın son həftəsində, avqust ayı da daxil olmaqla 6 aya 500 manat ödəniş etməklə və son ayda 250 manat ödəməklə, cəmi 3250 manat pulu ona ödəməyə razılıq vermişdir. Qeyd olunan barışığın şərtlərini qarşılıqlı razılıq və anlaşma ilə qəbul etmiş, bu barışıq sazişi təsdiq edildiyi halda doğuracaq hüquqi nəticələr tərəflərə aydın olmuş və tərəflər könüllü olaraq bu sazişi imzalamışlar. Lakin Maraqlı şəxs barışıq sazişində nəzərdə tutulan məbləği yalnız bir ay ödəmişdir. İkinci tərəf Saziş şərtlərinə əməl etməyərək «Mediasiya Haqqında» Azərbaycan Respublikası Qanununun tələblərini icra etməmişdir. Ona görə də hesab edir ki, Maraqlı şəxs ilə aralarında olan Mediasiya Sessiyasının 11 iyul 2024-cü il tarixli, MŞB/MTO39/2024-00646 saylı Barışıq Sazişi məhkəmə tərəfindən təsdiq edilməlidir. Əizəsinin təmin edilməsini xahiş edir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə etdi, barışıq sazişinin icra edilməsi üçün məhkəmədən bu barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş, SMS bildirişlə məlumatlandırılmış, lakin məhkəmə iclasına gəlməmiş və məhkəməyə etiraz və ya mülahizə bildirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Ərizəyə əlavə edilmiş AA ******* saylı Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1996-cı il təvəllüdlüdür. Ağdam RİH Başçısının Qardağlı Kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 5-31-6/3-2- 790/2024 saylı, 20 dekabr 2024-cü il tarixli arayışdan görünür ki, Ərizəçi nümayəndəliyin Qaradağlı kəndində qeydiyyatdadır. Ağdam Rayon Məhkəməsinin 25 iyul 2024-cü il tarixli, 2(013)-1687/2024 saylı Qətnaməsinin surətindən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi aralarında Ağdam Rayon Qeydiyyat Şöbəsində 17 dekabr 206-cı il tarixdə bağlanmış 245 saylı nikah qeydi pozulmuşdur. Mediator F.Səlimov tərəfindən təsdiq edilmiş, hazırkı Ərizəçi ilə maraqlı tərəf olan Maraqlı şəxs aralarında bağlanmış 11 iyul 2024-cü il tarixli Barışıq Sazişinin 1-ci, 2-ci bəndlərindən görünür ki, birinci tərəf Ərizəçi ikinci tərəf ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar və birgə nikahlarından övladları olmamış, tərəflər uzun müddət bir yerdə yaşamış və normal münasibətləri olmuşdur. Sonradan tərəflər arasında olan münasibətləri pisləşmiş və ikinci tərəf Maraqlı şəxs boşanmaq üçün Ağdam Rayon Məhəkəməsinə müraciət etmişdir. Hazırkı tələb qızıl-zinət və mətbəx mebeli, divan, kreslo olmaqla dəyəri təxminən 3250 manat təşkil edir. İkinci tərəfə təklifi budur ki, ya tələb olunan əmlakları, ya da onun dəyəri olaraq 3250 manatı ona ödəniş etsin. İkinci tərəf Maraqlı şəxs birinci tərəf Ərizəçi ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar və birgə nikahlarından övladları anadan olmamışdır. Tərəflər uzun müddət bir yerdə yaşamış və normal münasibətləri olmuşdur. Sonradan tərəflər arasında olan münasibətləri pisləşmiş və hazırda boşanma ilə bağlı proses Ağdam Rayon Məhəkəməsinə icraatındadır. Tərəflərlə aparılmış söhbətlər və proflaktik tədbirlər nəticəsində birinci tərəfin tələb etdiyi Qızıl-zinət və mətbəx mebeli, divan, kreslo, dəyəri təxminən 3250 manat mebelin pulunu birinci tərəfə ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin şərti olaraq birinci tərəf Ərizəçi təklif etmişdir ki, aralarında olan mebel və qızıl-zinət əşyalarının dəyəri 3250 manat pul məbləğini 2024-cü il avqust ayından başlayaraq hər ayın son həftəsində avqust ayı da daxil olmaqla 6 aya 500 manatdan ödəniş etməyi və son ayda 250 manat ödəməklə cəmi 3250 manat pulu ödəməyi qarşı tərəf Ərizəçi təklif etmiş, Ərizəçi təkliflə razılaşmışdır. X1 şərtləri izah olunmuş, tərəflər arasında digər mübahisə yoxdur. Göründüyü kimi tərəflər Barışıq Sazişi ilə qızıl-zinət və cehiz əşyaları barədə qarşılıqlı razılığa gəlmişlər, razılaşmışlar ki, saziş könüllü icra ediləcək, könüllü icra edilmədiyi təqdirdə tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Ərizəçi hazırkı müraciətindən görünür ki, Maraqlı şəxs sazişin şərtlərinə əməl etmir, razılaşma üzrə yalnız 1 ay ödəniş etmiş, sonra razılaşmanı pozmuş, bu səbəbdən də ərizəçi məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. “Mediasiya Haqqında” Azərbaycan Respublikasının Qanununun 28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Həmin Qanunun 28.2-ci maddəsinə əsasən bu Qanunun 28.1-ci maddəsində qeyd edilən mübahisələr üzrə ilkin mediasiya sessiyasını tərəflərin qarşılıqlı razılaşdırdığı mediator və ya mediator təşkilatı aparır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.5-ci maddəsinə əsasən tərəflərin hər hansı mübahisə ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya prosesində iştirakını tələb edən müqavilə, müqavilə şərti, yaxud hər hansı digər sənəddə şərt (mediasiyaya dair qeyd-şərt) olduğu halda həmin qaydaya riayət edildikdən sonra mübahisə məhkəmənin həllinə verilə bilər. Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya Haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Qeyd olunan Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında Mediasiya Prosesində bağlanmış 11 iyul 2024-cü il tarixli, MŞB/MTO39/2024-00646 saylı BARİŞİQ SAZİŞİ təsdiq edilsin : Maraqlı şəxs - qızıl-zinət və mətbəx mebeli, divan, kreslonun ümumi dəyəri 3250 manat alınıb Ərizəçi verilsin. Qətnamədən 1 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : E.Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar