Məhkəmə qərarları › İş №2(013)-655/2024

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-655/2024

16.05.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-655/2024 16.05.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlak və ya dəyərinin tələbi barədə mülki işə 16 may 2024cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində Cavabdeh 800 manat dəyərində nişan üzüyü və 550 manat dəyərində «Samsung S 2» markalı telefonun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı qismində məhkəmədə izahat verən İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, 2019-cu ildə dörd ay Cavabdehla ər-arvad kimi yaşamış, lakin nikahı rəsmiləşdirməmişlər. Arazla yaşadığı vaxt ərzində anası ona 700 manat vermişdir. Araz onu döyərək anasının ona verdiyi 700 manat məbləği onun əlindən almışdır. Bundan başqa Araz ona məxsus 800 manat dəyərində nişan üzüyü və 550 manat dəyərində «Samsung S 2» markalı telefonu onun əlindən almışdır. Tələb etməsinə baxmayaraq cavabdehdən əmlaklarını geri ala bilmədiyini qeyd etməklə iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh qismində məhkəmədə izahat verən Cavabdeh iddianı etiraf etməyərək göstərmişdir ki, 2019-cu ildə Nüşabə ilə dörd ay ər-arvad kimi yaşamış, lakin rəsmi nikahı olmamışdır. İddiaçının əlindən 700 manat almamışdır. Nüşabənin 800 manat dəyərində nişan üzüyü və 550 manat dəyərində «Samsung S 2» markalı telefonu olmamışdır. Nüşabənin əlindən heç nə almamış və hazırki iddia böhtan xarakterli olmuşdur. İddiaçıun tələb etdiyi əmlakların onun sahibliyində olmadığını qeyd etməklə iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsassız olduğundan rədd olunmalıdır. Belə ki, iddiaçı tərəf 800 manat dəyərində nişan üzüyü və 550 manat dəyərində «Samsung S 2» markalı telefonun mövcudluğunu və onların cavabdehin qanunsuz sahibliyində olmasını məhkəmədə sübut edə bilməmişdir. Göstərilən səbəbdən İddiaçı tələbi təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsində göstərilmişdir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göründüyü kimi iddiaçı öz tələblərini məhkəmədə əsaslandıra bilməmiş, qanunvericilik isə həmin vəzifəni tərəfin üzərinə qoymuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı 800 manat dəyərində nişan üzüyü və 550 manat dəyərində «Samsung S 2» markalı telefonun və ya onların dəyərinin alınaraq ona verilməsi barədə tələbi əsassız olduğundan rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar