Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-682/2024 14.10.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin ölmüş elan edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi qardaşı X1 (hərbi əməliyyatlar zamanı) ölmüş elan edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq maraqlı şəxs Ağdam rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məhkəməyə heç bir məlumat verməmiş, nə də ki, işin baxılmasının təxirə salınmasını xahiş etməmişdir. Ona görə də məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinə uyğun izahat verib ərizəsini müdafiə edərək bildirmişdir ki, qardaşı X1 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən mübarizəyə 1993-cü ildə könüllü olaraq qoşularaq, N saylı hərbi hissənin tərkibində döyüşlərdə iştirak etdiyini, yaralandığını, daha sonra təkrar döyüşlərə qayıtsada, hərbi əməliyyatlar zamanı itgin düşdüyünü, bu vaxta qədər onun barəsində heç bir məlumat əldə edilmədiyini, ona görə də qardaşı İ.İzmayılovun məhkəmə qaydasında ölmüş edilməsi zərurətinin yarandığını, belə ki, qardaşının ölmüş elan edilməsi və onun adına ölüm haqqında şəhadətnamənin və şəhid statusunun verilməsi, onun ailə üzvü və şəhid ailəsi kimi onlara dövlət tərəfindən gələcəkdə və indi təyin ediləcək sosial müavinətin və prezident təqaüdünün alınması məqsədini daşıdığını bildirərək, xx.xx.1964-cü il tarixdə Ağdam rayonunda anadan olmuş qardaşı X1 ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 göstərmişdir ki, ərizəçini həmkəndli kimi tanıyır, ona qarşı düşmənçiliyi, qohumluğu və ədavəti yoxdur. Ərizəçi qardaşı X4 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyini, döyüşlər zamanı yaralandığını, daha sonra isə hərbi əməliyyatlar zamanı itgin düşdüyünü, bu vaxta qədər onun barəsində heç bir xəbər çıxmadığını, harada olması, yəni itkin düşməsi və ölməsi barədə heç bir məlumat yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, ərizəçinin qohumudur, ona qarşı düşmənçiliyi, qohumluğu və ədavəti yoxdur. Ərizəçi qardaşı X4 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyini, döyüşlər zamanı yaralandığını, daha sonra isə hərbi əməliyyatlar zamanı itgin düşdüyünü, bu vaxta qədər onun barəsində heç bir xəbər çıxmadığını, harada olması, yəni itkin düşməsi və ölməsi barədə heç bir məlumat yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 göstərmişdir ki, ərizəçini həmkəndli kimi tanıyır, ona qarşı düşmənçiliyi, qohumluğu və ədavəti yoxdur. Ərizəçi qardaşı X4 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyini, döyüşlər zamanı yaralandığını, daha sonra isə hərbi əməliyyatlar zamanı itgin düşdüyünü, bu vaxta qədər onun barəsində heç bir xəbər çıxmadığını, harada olması, yəni itkin düşməsi və ölməsi barədə heç bir məlumat yoxdur. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 4/2-464 saylı Arxiv Arayışı-ndan görünür ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli, 187 nömrəli əmrində (soyad ismayılov, ata adı Məhəməd yazılmışdır), Ağdam RHK-dan göndərilmiş, hərbi mükəlləfiyyətli X2 4-cü MAT-ın şəxsi heyyətinin siyahısına daxil edilərək, bütün növ təchizatlarla təmin olunması barədə məlumatın olması, Şəxsi Heyət Baş İdarəsindən Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə daxil olmuş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş Azərbaycan Respublikası vətəndaşlarının siyahısı qovluğunda xx.xx.1964-cü il təvəllüdlü, Ağdam rayonunda anadan olmuş, N nömrəli hərbi hissənin qulluqçusu, X1 xx.xx.1993-cü il tarixdə Ağdam rayonunun Çəmərli kəndində itkin düşməsi barədə məlumat qeyd olunmuşdur. İş materiallarında olan X16 Komitəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş məlumatdan görünür ki, 22 dekabr 1964-cü ildə Ağdam rayonunda anadan olmuş, 15 sentyabr 1993-cü il tarixdən, olduğu yer barədə məlumat olmayan cənab X4 üçün 4 iyul 1996-cı il tarixdə BQXK-da axtarış sorğusu açılmış və hazırkı vaxta qədər yuxarıda adı qeyd olunan itkin şəxsə dair açılmış işin hələ də bağlanmamış hesab edilir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin çıxarışınin notaril qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 22 dekabr 1964-cü ildə Ağdam rayonunda anadan olmuşdur, onun atası İzmayılov Məhəmməd ---- milliyəti Asetin, anası isə X5r, milliyəti Azərbaycanlı. İş materiallarında olan Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən X6, qardaşı X3 şəhid statusunun verilməsi ilə bağlı müraciətinə cavab olaraq göndərilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, X1 itkin düşməsi və ya ölümünə dair müvafiq hərbi hissənin arayışı Səfərbərlik və Hərbi xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsində aşkar edilməmişdir. Lakin Azərbaycan Respublikası Əsr və İtkin düşmüş, Girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının siyahısında X1 xx.xx.1993-cü ildə itkin düşməsi barədə məlumatın olduğu, həmin şəxsə azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı itkin düşmüş və ölmüş hesab edilməsi barədə məhkəmənin müvafiq qərarı olduğu tıəqdirdə şəhid statusunun verilməsi məsələsinə baxıla biləcəyi qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ağdam rayon Polis Şöbəsi-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X6, qardaşı X4 Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş Azərbaycan Respublikası vətəndaşlarının siyahısı qovluğunda 1968-ci sırada X1 Ağdam rayonunun Çəmənli kəndində itkin düşməsi barədə məlumat qeyd olunması göstərilmişdir. İş materiallarında olan AZE seriyalı, № 0******* Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1959-cu il tarixdə Ağdam şəhərində anadan olmuşdur. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.2-ci maddəsinə şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə xüsusi içraat qaydasında baxır. Həmin Məcəllənin 312-ci maddəsinin tələblərinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 313-cü maddəsinin tələblərinə əsasən ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. Həmin Məcəllənin 315.2-ci maddəsinin tələblərinə əsasən şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sadalanan qanunvericilik aktı normalarını hazırki mülki işə tətbiq edən məhkəmə belə qənaətə gəlir ki, Ərizəçi xx.xx.1964-cü il tarixdə Ağdam rayonunda anadan olmuş qardaşı X1 1993-cü ilin sentyabr ayından hazırkı vaxta kimi harada olması barədə heç bir məlumat olmadığından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla ərizəçinin xahişi əsaslı hesab edilərək təmin olunmalı, onun xx.xx.1964-cü il tarixdə Ağdam rayonunda anadan olmuş qardaşı X4 ölmüş elan edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213-214, 216- 220, 227, 233, 312-316 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1964-cü il tarixdə Ağdam rayonunda anadan olmuş qardaşı X4 ölmüş elan edilsin. Qətnamə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №2(013)-682/2024
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-682/2024
14.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver