Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-724/2024 18.04.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi İsmayılov Tural Fəxrəddin oğlunun katibliyi, iddiaçı X1 və Cavabdeh iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı qızıl əmlak tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı X3 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən Yataq dəsti: - 1 ədəd güzgülü kamot 500 manat, yataq dəsti, tumba 2 ədəd, sandıq 1 ədəd, 1500 manat, paltar dolabı 1 ədəd 800 manat, xalça 3 ədəd 400 manat, lüstür 1 ədəd 100 manat, saat 2 ədəd 100 manat, pərdə 1 ədəd 300 manat. Qonaq dəsti: - güzgülü termo (kamot) 1 ədəd 500 manat, divan künc 1 ədəd 700 manat, 2 qapılı termo 1 ədəd 400 manat, 1 qapılı termo 1 ədəd 200 manat, stol və 6 ədəd stul 800 manat, jurnal masası 150 manat, lüstür 1 ədəd 180 manat, xalça 1 ədəd 400 manat, pərdə 1 ədəd 400 manat. Mətbəx: - mətbəx mebeli 800 manat, somavar çayniklə 150 manat, Tefal qazan dəsti (5 li) 200 manat, metal rəngli qazan dəsti (5 li) 300 manat, qril aparatı 250 manat, Tefal tava 1 ədəd 80 manat, ət çəkən 1 ədəd 250 manat, tozsoran 1 ədəd 350 manat, soyuducu Samsung markalı 1000 manat, televizor 1 ədəd 350 manat, soba 1 ədəd 350 manat, toster 1 ədəd 80 manat, xalça 1 ədəd 100 manat, servis dəsti ağ rəngli 1 ədəd 800 manat, servis dəsti dörd künc 1 ədəd 300 manat, 2 ədəd şirniyyat qabı 120 manat, 2 ədəd çərəz qabı 120 manat, 2 ədəd meyvə qabı 120 manat, 2 ədəd qənd qabı 120 manat, 1 ədəd güldan 120 manat, 1 ədəd şirəçəkən 200 manat, blender-mikser dəsti 1 ədəd 200 manat, ütü masası 1 ədəd 50 manat, ütü feni 1 ədəd 80 manat, bıçaq dəsti (sandıq) 1 ədəd 180 manat, qaşıq dəsti (sandıq) 1 ədəd 250 manat. Qızıl-zinət əşyaları: - qızıl dəsti sep klonu ilə 1 ədəd sırğa 1 ədəd, üzük 1 ədəd, qolbağı 1 ədəd 2500 manat, nişan üzüyü 1 ədəd 1200 manat, alyans nişan üzüyü 1 ədəd 250 manat, hədiyyə üzük 2 ədəd 500 manat, gümüş üzük-sırğa 1 ədəd 80 manat, telefon “Samsung Galaxy A51” 700 manat, Kompüter noutbuk “Pavilion X360” 1 ədəd 1639 manat olmaqla cəmi 21219 manat dəyərində əmlakların alınaraq ona verilməsi və ya, dəyərinin pulla ödənilməsi, bundan başqa mediyasiya xidməti üçün ödədiyi 61 manat rüsumun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X3 izahatında iddianı müdafiə etdiyini, Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə qurduqlarını, ailə münasibətlərinin tamamilə pozulduğunu, ailənin bərpasının mümkün olmadığını, uzun müddətdir ayrı ünvanlarda yaşadıqlarını, aralarında olan nikah aktı qeydinin Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-6566/2023 saylı qətnaməsinə əsasən pozulduğunu, ailə qurarkən apardığı cehiz əşyalarının və ona hədiyyə olunan qızıl-zinət əşyalarının yaşadığı evi tərk edərkən cavabdehə məxsus evdə qaldığını bildirdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında iddia tələbini qismən qəbul edərək, iddiaçı Z.İbadovaya məxsus bütün cehiz əşyalarının ona məxsus evdə olduğunu və nə zaman istəsə gəlib götürə bilcəyini, lakin tələb etdiyi qızıl-zinət əşyalarının iddiaçının özünün razılığı ilə birgə nikah dövründə onun tərəfindən satıldığını, ümumuyyətlə onun yaşadığı evdə heç bir qızıl-zinət əşyalarının olmadığını bildirdi və iddianın qanunauyğun həll edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə tərəflərin izahatlarını və çıxışlarını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, «İnsan hüquqlarının və əsas azadlıqdarın müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi «Sporronqun və Lonnrotun İsveçrə qarşı» qərarında və bundan sonra qəbul etdiyi qərarlarda mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: mülkiyətçinin mülkiyyət hüququnun mövcüd olması, mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması, mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş verib-verməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların «de fakto» baş verməsi aydınlaşdırılmalıdır. Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak onların hər birinin ayrıca mülkiyyətidir. Mülki Məcəllənin 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin maddənin mənasına görə bu cür iddia qaldıran iddiaçılar bir-biri ilə üzvü əlaqədə olan 2 halı: tələb etdiyi əmlakın ona məxsus olmasını və başqasının həmin əmlaka qanunsuz yiyələnməsini sübut etmişdir. Məhkəmə tərəfindən iddiaçıya iddia tələbinin tam həcmdə təmin edilməsinə əsas verə bilən mötəbər sübutların təqdim edilməsi təklif olunsa da, iddiaçı bu barədə məhkəməyə heç bir dəlil-sübut təqdim edə bilməmişdir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə tədqiq olunmuş sübutlara və işin faktiki hallarına obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh Yataq dəsti: - 1 ədəd güzgülü kamot 500 manat, yataq dəsti, tumba 2 ədəd, sandıq 1 ədəd, 1500 manat, paltar dolabı 1 ədəd 800 manat, xalça 3 ədəd 400 manat, lüstür 1 ədəd 100 manat, saat 2 ədəd 100 manat, pərdə 1 ədəd 300 manat. Qonaq dəsti: - güzgülü termo (kamot) 1 ədəd 500 manat, divan künc 1 ədəd 700 manat, 2 qapılı termo 1 ədəd 400 manat, 1 qapılı termo 1 ədəd 200 manat, stol və 6 ədəd stul 800 manat, jurnal masası 150 manat, lüstür 1 ədəd 180 manat, xalça 1 ədəd 400 manat, pərdə 1 ədəd 400 manat. Mətbəx: - mətbəx mebeli 800 manat, somavar çayniklə 150 manat, Tefal qazan dəsti (5 li) 200 manat, metal rəngli qazan dəsti (5 li) 300 manat, qril aparatı 250 manat, Tefal tava 1 ədəd 80 manat, ət çəkən 1 ədəd 250 manat, tozsoran 1 ədəd 350 manat, soyuducu Samsung markalı 1000 manat, televizor 1 ədəd 350 manat, soba 1 ədəd 350 manat, toster 1 ədəd 80 manat, xalça 1 ədəd 100 manat, servis dəsti ağ rəngli 1 ədəd 800 manat, servis dəsti dörd künc 1 ədəd 300 manat, 2 ədəd şirniyyat qabı 120 manat, 2 ədəd çərəz qabı 120 manat, 2 ədəd meyvə qabı 120 manat, 2 ədəd qənd qabı 120 manat, 1 ədəd güldan 120 manat, 1 ədəd şirəçəkən 200 manat, blender-mikser dəsti 1 ədəd 200 manat, ütü masası 1 ədəd 50 manat, ütü feni 1 ədəd 80 manat, bıçaq dəsti (sandıq) 1 ədəd 180 manat, qaşıq dəsti (sandıq) 1 ədəd 250 manat dəyərində, Telefon Samsunq (Galaxy A51) 700 manat dəyərində və kompyuter nodbuk (Pavilion X360) 1 ədəd 1639 manat dəyərində cehiz əşyaları naturada və ya dəyəri alınaraq iddiaçı X2 verilməlidir. İddia qalan hissələrdə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1 maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş 61 manat mediasiya xərci cavabdehə aid edilməlidir. Məhkəmə odur ki, şərh edilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrinə əsaslanaraq, q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh Yataq dəsti: - 1 ədəd güzgülü kamot 500 manat, yataq dəsti, tumba 2 ədəd, sandıq 1 ədəd, 1500 manat, paltar dolabı 1 ədəd 800 manat, xalça 3 ədəd 400 manat, lüstür 1 ədəd 100 manat, saat 2 ədəd 100 manat, pərdə 1 ədəd 300 manat. Qonaq dəsti: - güzgülü termo (kamot) 1 ədəd 500 manat, divan künc 1 ədəd 700 manat, 2 qapılı termo 1 ədəd 400 manat, 1 qapılı termo 1 ədəd 200 manat, stol və 6 ədəd stul 800 manat, jurnal masası 150 manat, lüstür 1 ədəd 180 manat, xalça 1 ədəd 400 manat, pərdə 1 ədəd 400 manat. Mətbəx: - mətbəx mebeli 800 manat, somavar çayniklə 150 manat, Tefal qazan dəsti (5 li) 200 manat, metal rəngli qazan dəsti (5 li) 300 manat, qril aparatı 250 manat, Tefal tava 1 ədəd 80 manat, ət çəkən 1 ədəd 250 manat, tozsoran 1 ədəd 350 manat, soyuducu Samsung markalı 1000 manat, televizor 1 ədəd 350 manat, soba 1 ədəd 350 manat, toster 1 ədəd 80 manat, xalça 1 ədəd 100 manat, servis dəsti ağ rəngli 1 ədəd 800 manat, servis dəsti dörd künc 1 ədəd 300 manat, 2 ədəd şirniyyat qabı 120 manat, 2 ədəd çərəz qabı 120 manat, 2 ədəd meyvə qabı 120 manat, 2 ədəd qənd qabı 120 manat, 1 ədəd güldan 120 manat, 1 ədəd şirəçəkən 200 manat, blender-mikser dəsti 1 ədəd 200 manat, ütü masası 1 ədəd 50 manat, ütü feni 1 ədəd 80 manat, bıçaq dəsti (sandıq) 1 ədəd 180 manat, qaşıq dəsti (sandıq) 1 ədəd 250 manat dəyərində, Telefon Samsunq (Galaxy A51) 700 manat dəyərində və kompyuter nodbuk (Pavilion X360) 1 ədəd 1639 manat dəyərində cehiz əşyaları naturada və ya dəyəri, həmçinin iş üzrə ödənilmiş 61 (altmış bir) manat mediasiya xərci alınaraq iddiaçı X2 verilsin. İddia qalan hissələrdə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada tərəflərə verildiyi gündən 01 (bir) ay müddətində Ağdam rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №2(013)-724/2024
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-724/2024
18.04.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver