Məhkəmə qərarları › İş №2(013)-741/2024

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-741/2024

22.05.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-741/2024 22.05.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlak və ya dəyərinin tələbi barədə mülki işə 22 may 2024-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qiyməti 912 manat, əyarı 583, çəkisi 11,4 qram olan qolbaq, qiyməti 336 manat, əyarı 585, çəkisi 4,2 qram olan üzük, qiyməti 536 manat, əyarı 583, çəkisi 6,7 qram olan üzük, qiyməti 238,40 manat, əyarı 585, çəkisi 2,98 qram qolbağın ya onların dəyərinin, ödənilmiş 57 manat məbləğində dövlət rüsumunun və 50 manat mediasiya xərcinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı qismində məhkəmədə izahat verən İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, 2021-ci ildə Cavabdeh1 ərə getmiş və sonuncunun atası Əhədə məxsus Ağdam rayonunun Bənövşələr qəsəbəsində yerləşən evə gəlin köçmüşdür. xx.xx.2022-ci ildə dərya adlı uşağı olmuşdur. Ərə gedərkən ona anası tərəfindən qiyməti 912 manat, əyarı 583, çəkisi 11,4 qram olan qolbaq, qiyməti 336 manat, əyarı 585, çəkisi 4,2 qram olan üzük, qiyməti 536 manat, əyarı 583, çəkisi 6,7 qram olan üzük, qiyməti 238,40 manat, əyarı 585, çəkisi 2,98 qram qolbaq hədiyyə edilmişdir. Əri Əli və qayınatası Əhəd 2023-cü ilin yanvar ayında onun razılığı olmadan qızllarını ondan alaraq banka aparmış və Əhəd oradan kredit götürmüşdür. 2023-cü ilin axırlarında Əli ilə boşanmış və uşağı onun himaysində qalmışdır. Tələb etməsinə baxmayaraq mülkiyyətində olan əmlakları cavabdehlərin geri qaytarmadıqlarını qeyd etməklə iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2, üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsinə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir səbəb göstərmədən məhkəmə baxışına təkrarən gəlməmişlər. Məhkəmə cavabdehlərin və üçüncü şəxsin nümayəndəsinin iclasa gəlməməsinin səbəblərini üzrsüz hesab etmiş, həmçinin icraatı qəsdən yubatmaq məqsədi daşıdığını qeyd etməklə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə göstərilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. İddiaçı tərəfin təşəbbüsü ilə şahid qismində məhkəmədə ifadə verən X2 göstərmişdir ki, İddiaçı onun övladıdır. Bahara ərə getdiyi vaxt iki üzük və iki qolbaq hədiyyə etmişdir. Bahara məxsus olan Əlinin ailəsi tərəfindən verilmiş qızlları əlindən alınaraq satılmışdır. Onun Bahara hədiyyə verdiyi qızıllar isə sonuncunun əri və qayınatası tərəfindən əlindən alınmış və Əhəd banka girov qoyaraq kredit götürmüşdür. Məhkəmədə elan olunmuş AZ-İ № 461667 saylı şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə X3 arasında olan nikah Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən pozulmuş və bu barədə xx.xx.2023-cü ildə Tərtər Rayon Qeydiyyat Şöbəsində 130 nömrə ilə qeyd aparılmışdır. AZ-İV 706021 saylı şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə X1 xx.xx.2022-ci ildə Dərya adlı uşağı olmuşdur. "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit xətti üzrə (borc) və girov müqaviləsinin, qiymətləndirmə aktının və əlavə olunmuş sənədlərin surətindən görünür ki, həmin MMC Cavabdeh1 60 ay müddətinə 1330 manat borc vermiş, sonuncu isə öhdəliyin təminatı kimi əyarı 583, çəkisi 11,4 qram olan qolbaq, əyarı 585, çəkisi 4,2 qram olan üzük, əyarı 583, çəkisi 6,7 qram olan üzük, əyarı 585, çəkisi 2,98 qram qolbağı girov qoymuşdur. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 32 saylı rəydən görünür ki, İddiaçının tələb etdiyi əmlakların qiyməti onun iddia ərizəsində göstərdiyi qiymətlərlə eynilik təşkil edir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə baxışında məlum olmuşdur ki, qiyməti 912 manat, əyarı 583, çəkisi 11,4 qram olan qolbaq, qiyməti 336 manat, əyarı 585, çəkisi 4,2 qram olan üzük, qiyməti 536 manat, əyarı 583, çəkisi 6,7 qram olan üzük, qiyməti 238,40 manat, əyarı 585, çəkisi 2,98 qram qolbaq İddiaçı mülkiyyətindədir. Sözügedən qızıl əmlakları cavabdehlər tərəfindən iddiaçının əlindən almış və Cavabdeh1 "xxxx" MMC ilə xx.xx.2023-cü ildə kredit müqaviləsi bağlayarkən öhdəliyin təminatı kimi girov qoymuşdur. Belə olan halda iddiaçının həmin əmlakları, onlar olmadıqda isə dəyərini cavabdehlərdən tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 34.1-ci maddəsində qeyd olunmuşdur ki, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 660.1-ci maddəsində qeyd olunmuşdur ki, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləşdirilməyibsə hədiyyənin qəbul edildiyi ehtimal olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsində göstərilmişdir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən iddiaçının ödədiyi dövlət rüsumunun əvəzində cavabdehlərdən 57 manat və 50 manat mediasiya xidməti xərci müştərək qaydada alınaraq İddiaçı verilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddia əsaslı olduğundan təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada qiyməti 912 manat, əyarı 583, çəkisi 11,4 qram olan qolbaq, qiyməti 336 manat, əyarı 585, çəkisi 4,2 qram olan üzük, qiyməti 536 manat, əyarı 583, çəkisi 6,7 qram olan üzük, qiyməti 238,40 manat, əyarı 585, çəkisi 2,98 qram qolbaq, həmin əmlaklar olmadıqda onların dəyəri, ödənilmiş dövlət rüsumu əvəzində 57 (əlli yeddi) manat və 50 (əlli) manat mediasiya xidməti xərci alınaraq İddiaçı verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev İş № 2(013)-1391/2023 AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ (çıxarış) Ağdam Rayon Məhkəməsi 20 iyul 2023-cü il Ağdam rayonu Quzanlı qəsəbəsi Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı əmlak və ya dəyərinin tələbi barədə mülki işə 20 iyul 2023-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddia əsaslı olduğundan təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 qiyməti 500 manat olan bir ədəd 585 əyarlı, Rusiya istehsalı 06 qram çəkidə nişan üzüyü, qiyməti 380 manat olan bir ədəd 585 əyarlı, Rusiya istehsalı 05 qram çəkidə üzük, qiyməti 260 manat olan bir ədəd 585 əyarlı, Rusiya istehsalı olan 04 qram çəkidə üzük, qiyməti 200 manat olan bir ədəd 585 əyarlı, Rusiya istehsalı olan 03 qram çəkidə üzük, qiyməti 450 manat olan bir cüt 585 əyarlı, Rusiya istehsalı 06 qram çəkidə sırğa, qiyməti 330 manat olan bir ədəd boyunbağı (klonu ilə birlikdə), qiyməti 300 manat olan bir ədəd 585 əyarlı, Rusiya istehsalı 05 qram çəkidə qolbaq, qiyməti 180 manat olan 585 əyarlı, Rusiya istehsalı 03 qram çəkidə bir cüt uşaq sırğası, qiyməti 1050 manat olan servant, qiyməti 540 manat şifoner, qiyməti 880 manat divan - kreslo dəsti, 180 manat masa tipli böyük stol, 520 manat stol və onun 6 ədəd stulu (dəst), 80 manat ütü və ütü stolu, 700 manat yataq dəsti (tumboçkaları ilə), 450 manat güzgülü termo (stulu ilə), 400 manat uşaq üçün çarpayı (yataq dəsti ilə), 150 manat bir ədəd qoşa yorğan və bir ədəd qoşa döşək, qiyməti 180 manat 4 ədəd döşək və 4 ədəd yorğan, hər birinin qiyməti 20 manat olan 6 ədəd yastıq, hər birinin qiyməti 35 manat olan iki ədəd odeyal, hər birinin qiyməti 30 manat olan iki dəst çexol və soruq, qiyməti 70 manat olan uşaq üçün beşik (döşək və yorğanı ilə birlikdə), hər birinin qiyməti 20 manat olan üç ədəd süfrə, qiyməti 45 manat olan dəst divan üstü, onun döşək və yastığı, 35 manat olan bir ədəd divar saatı, hər birinin qiyməti 5 manat olan 4 ədəd karniz, 220 manat olan 4 ədəd pərdə, 30 manat dəst divan - kreslo örtüyü, hər birinin qiyməti 90 manat olan iki ədəd gəvə, 60 manat olan kilim, 50 manat iki ədəd sadə çilçıraq, 10 manat gecə lampası, 350 manat LC markalı televizor, 50 manat televizor altı, 380 manat ORSK markalı soyuducu, 180 manat nahar servis dəsti, hər birinin qiyməti 15 manat olan üç ədəd meyvə vazı, 35 manat qrafin dəsti (6 predmetli), 42 manat bakal dəsti (12 predmetli), hər birinin qiyməti 5 manat olan 4 ədəd qənd qabı, 40 manat 18 ədəd su stəkanı, 24 ədəd çay stəkanı və onun 24 ədəd nəlbəkisindən ibarət dəst, hər birinin qiyməti 5 manat olan iki ədəd padnos, 38 manat 24 predmetli boşqab dəsti, 20 manat olan bir dəst çaydan və onun çayniki, 125 manat olan 30 ədəddən ibarət qaşıq dəsti, 15 manat olan 12 ədəddən ibarət bıçaq dəsti, hər birinin qiyməti 2 manat olan 4 ədəd duz qabı, 16 manat olan iki ədəd kapron vanna, iki ədəd kapron vedrə, hər birinin qiyməti 20 manat olan iki ədəd güldan, 18 manat kofe fincanları dəsti, 65 manat olan elektrik ət çəkən maşın, 35 manat, elektrik şirəçəkən maşın, 75 manat qazan dəsti (6 ədəd müxtəlif ölçülü qazandan ibarət), 75 manat tuj qazan dəsti (4 qazandan ibarət), 80 manat tozsoran, qiyməti 1150 manat olan bir baş 4 yaşlı, yerli cins inək heyvanı, həmin əmlaklar olmadıqda onların dəyəri, ödənilmiş dövlət rüsumu əvəzində 74 (yetmiş dörd) manat və 51 (əlli bir) manat mediasiya xidməti xərci alınaraq İddiaçı verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Hakim Mahir Niftəliyev AZƏRBAYCAN RESPUBLİKASİ AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam rayonu Quzanlı qəsəbəsi Tel: (026) 32-5-05-97 Faks: (026) 32—5-05-97 İş № 2(013)-1391/2023 20 iyul 2023-cü il Ağdam rayonu Quzanlı kəndi vət. Cavabdeh1 və Cavabdeh2 Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(013)-1391/2023 saylı qətnaməsinin surəti Sizə göndərilir. Qoşma: 05 vərəqə. Hakim Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar