Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-78/2024 24.01.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı nümayəndəsi – qardaşı X3, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlak və ya dəyərinin, birgə nikah dövründə əldə edilmiş avtomobilin dəyərinin bölünməsi tələbi barədə mülki işə 24 yanvar 2024-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində Cavabdeh əyarı 583, çəkisi 3 qram, qiyməti 240 manat olan qızıl üzük, əyarı 583, çəkisi 26 qram, qiyməti 2080 manat olan qızıl boyunbağı, əyarı 583, çəkisi 9 qram, qiyməti 720 manat olan qızıl dəsti (sırğa-üzük), əyarı 583, çəkisi 6 qram, qiyməti 480 manat olan qızıl qolbaq, qiyməti 3500 manat olan mebel dəsti (çarpayı, iki tumba, makiaj masası, şkaf, divan, jurnal stolu, bir ədəd stol, altı ədəd stul), qiyməti 60 manat soba, qiyməti 400 manat olan soyuducu, qiyməti 50 manat olan şirəçəkən maşın, qiyməti 80 manat olan paltaryuyan maşın, qiyməti 40 manat olan ətçəkən maşın, qiyməti 300 manat olan televizor, qiyməti 30 manat olan ütü, hər birinin qiyməti 50 manat olan səkkiz ədəd yorğan, hər birinin qiyməti 60 manat olan beş ədəd döşək, hər birinin qiyməti 30 manat olan altı ədəd yastıq,hər birinin qiyməti 35 manat olan iki nahar dəsti, hər birinin qiyməti 25 manat iki çay dəsti, hər birinin qiyməti 10 manat olan üç ədəd xrustal güldan, qiyməti 15 manat olan çaydan, qiyməti 3 manat olan çaynik, qiyməti 20 manat olan xrustal vaza, qiyməti 25 manat olan samovar, hər dəstinin qiyməti 80 manat olan iki dəst pərdə, hər birinin qiyməti 140 manat olan üç ədəd xalça, hər dəstinin qiyməti 20 manat olan iki dəst yataq örtüyü, həmin əmlaklar olmadıqda onların dəyərinin, birgə nikah dövründə aldıqları «KİA Sorento» markalı ** FY *** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin yarısı olan 10000 (on min) manat məbləğin, mediasiya xidməti üçün ödədiyi 50 manat və dövlət rüsumu kimi ödənilmiş 100 manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi qismində məhkəmədə izahat verən N.M.Fətəliyev iddianı müdafiə edərək bildirmişdir ki, bacısı Minayə 2001-ci ildə Cavabdeh ərə getmiş və onların iki uşağı olmuşdur. Təxminən 3 ay bundan əvvəl Minayə ilə İsa faktiki olaraq ayrılmış və Minayə uzun illər İsa ilə bir evdə yaşadığı Bakı şəhərində yerləşən özlərinə məxsus evdən çıxmışdır. Hazırda Minayə uşaqları ilə birlikdə başqa ünvanda yaşayır. Nişan və toyu vaxtı Minayəyə əyarı 583, çəkisi 3 qram, qiyməti 240 manat olan qızıl üzük, əyarı 583, çəkisi 26 qram, qiyməti 2080 manat olan qızıl boyunbağı, əyarı 583, çəkisi 9 qram, qiyməti 720 manat olan qızıl dəsti (sırğa-üzük), əyarı 583, çəkisi 6 qram, qiyməti 480 manat olan qızıl qolbaq hədiyyə edilmişdir. Bundan başqa Mİnayənin qiyməti 3500 manat olan mebel dəsti (çarpayı, iki tumba, makiaj masası, şkaf, divan, jurnal stolu, bir ədəd stol, altı ədəd stul), qiyməti 60 manat soba, qiyməti 400 manat olan soyuducu, qiyməti 50 manat olan şirəçəkən maşın, qiyməti 80 manat olan paltaryuyan maşın, qiyməti 40 manat olan ətçəkən maşın, qiyməti 300 manat olan televizor, qiyməti 30 manat olan ütü, hər birinin qiyməti 50 manat olan səkkiz ədəd yorğan, hər birinin qiyməti 60 manat olan beş ədəd döşək, hər birinin qiyməti 30 manat olan altı ədəd yastıq,hər birinin qiyməti 35 manat olan iki nahar dəsti, hər birinin qiyməti 25 manat iki çay dəsti, hər birinin qiyməti 10 manat olan üç ədəd xrustal güldan, qiyməti 15 manat olan çaydan, qiyməti 3 manat olan çaynik, qiyməti 20 manat olan xrustal vaza, qiyməti 25 manat olan samovar, hər dəstinin qiyməti 80 manat olan iki dəst pərdə, hər birinin qiyməti 140 manat olan üç ədəd xalça, hər dəstinin qiyməti 20 manat olan iki dəst yataq örtüyündən ibarət cehiz əşyaları olmuşdur. Minayə İsa ilə yaşadığı evdən çıxarkən qızıl və cehiz əşyaları orada qalmışdır. Bundan başqa Minayə ilə İsa birgə nikah dövründə «KİA Sorento» markalı ** FY *** nömrəli avtomobil əldə etdiklərini qeyd etməklə iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh qismində məhkəmədə izahat verən Cavabdeh iddianı qismən etiraf edərək göstərmişdir ki, 2001-ci ildə Minayə ilə evlənmiş və təxminən 4 ay bundan əvvəl Minayə acıq edərək iki uşağını da götürüb evdən getmişdir. Minayə onun ikinci arvadı olmaqla birinci arvadından olan üç uşağının da böyüməsinə əziyyət çəkmişdir. Minayənin iddia ərizəsində tələb etdiyi qızıl və cehiz əşyaları mövcud olmuşdur. Cehizlər hazırda onun yaşadığı evdədir. Qızıl əşyalarını Minayə evdən çıxarkən özü ilə aparmışdır. Birgə nikah dövründə «KİA Sorento» markalı ** FY *** nömrəli avtomobil almışlar. Həmin avtomobili 23000 manata sataraq əldə olunmuş pulu ailənin borclarının ödənilməsinə sərf etdiklərini qeyd etməklə iddianın qismən, yəni cehiz əşyaları tələbinə dair hissədə təmin olunmasını xahiş etmişdir. Məhkəmədə elan olunmuş Vİİ-JQ № 390104 saylı şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı olan nikah arasında xx.xx.2001-ci ildə Ağdam Rayon Qeydiyyat Şöbəsində 114 nömrə ilə qeydə alınmışdır. AZ-İ № 322294 və AZ-İ № 322295 saylı doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı xx.xx.2002-ci idə Pərviz və Nərgiz adlı iki uşağı olmuşdur. AD № 997612 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surəti və Ağdam Rayon Polis X5 Polisi Bölməsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, 2012-ci il buraxılışlı KİA Sorento minik markalı ** FY *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci ildən xx.xx.2023-cü il tarixə qədər Cavabdeh mülkiyyətində olmuş, xx.xx.2023-cü ildən isə Ağdam rayonunun Seyidli kəndində qeydiyyatda olan X1 mülkiyyətindədir. «X2» MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı iddia ərizəsində tələb etdiyi əmlakların qiymətləri sözügedən rəydə olan qiymətlərlə eynilik təşkil edir. 2012-ci il buraxılışlı KİA Sarento minik markalı ** FY *** dövlət qeydiyyat nişanlı avtomobilin təxmini bazar dəyəri 22000 manat, likvid dəyəri 20000 manat təşkil edir. Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(013)-3019/2023 saylı qərardadı və məhkəmə bildirişlərinin surətindən görünür ki, hazırda həmin məhkəmənin icraatında İddiaçı Cavabdeh qarşı nikahın pozulması barədə mülki iş var, iş üzrə tərəflərə barışmaq üçün üç ay vaxt verilərək məhkəmə baxışı 27 mart 2024-cü il tarixə saat 14:00-a təxirə salınmışdır. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə baxışında məlum olmuşdur ki, İddiaçı ərə gedərkən ona əyarı 583, çəkisi 3 qram, qiyməti 240 manat olan qızıl üzük, əyarı 583, çəkisi 26 qram, qiyməti 2080 manat olan qızıl boyunbağı, əyarı 583, çəkisi 9 qram, qiyməti 720 manat olan qızıl dəsti (sırğaüzük), əyarı 583, çəkisi 6 qram, qiyməti 480 manat olan qızıl qolbaq, qiyməti 3500 manat olan mebel dəsti (çarpayı, iki tumba, makiaj masası, şkaf, divan, jurnal stolu, bir ədəd stol, altı ədəd stul), qiyməti 60 manat soba, qiyməti 400 manat olan soyuducu, qiyməti 50 manat olan şirəçəkən maşın, qiyməti 80 manat olan paltaryuyan maşın, qiyməti 40 manat olan ətçəkən maşın, qiyməti 300 manat olan televizor, qiyməti 30 manat olan ütü, hər birinin qiyməti 50 manat olan səkkiz ədəd yorğan, hər birinin qiyməti 60 manat olan beş ədəd döşək, hər birinin qiyməti 30 manat olan altı ədəd yastıq, hər birinin qiyməti 35 manat olan iki nahar dəsti, hər birinin qiyməti 25 manat iki çay dəsti, hər birinin qiyməti 10 manat olan üç ədəd xrustal güldan, qiyməti 15 manat olan çaydan, qiyməti 3 manat olan çaynik, qiyməti 20 manat olan xrustal vaza, qiyməti 25 manat olan samovar, hər dəstinin qiyməti 80 manat olan iki dəst pərdə, hər birinin qiyməti 140 manat olan üç ədəd xalça, hər dəstinin qiyməti 20 manat olan iki dəst yataq örtüyü hədiyyə edilmişdir. Tərəflər arasında olan nikah münasibətləri faktiki olaraq pozulmuş, İddiaçı nikahın pozulması üçün məhkəməyə müraciət etmiş, onun tələb etdiyi yuxarıda qeyd olunan əmlaklar Cavabdeh qanunsuz istifadəsində qalmışdır. Ona görə də İddiaçı həmin əmlakları Cavabdeh tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 34.1-ci maddəsində qeyd olunmuşdur ki, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 660.1-ci maddəsində qeyd olunmuşdur ki, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləşdirilməyibsə hədiyyənin qəbul edildiyi ehtimal olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsində göstərilmişdir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki işə baxılarkən məlum olmuşdur ki, xx.xx.2001-ci ildə nikaha daxil olmuş tərəflər birgə nikah dövründə, yəni xx.xx.2021-ci ildə 2012-ci il buraxılışlı KİA Sorento minik markalı ** FY *** dövlət qeydiyyat nişanlı avtomobil əldə etmişlər. Həmin avtomobil xx.xx.2021-ci ildən xx.xx.2023-cü il tarixə qədər mülkiyyət hüququ üzrə cavabdehin adına qeydə alınmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixdə sözügedən avtomobil üzərində İddiaçı razılığı olmadan sərəncam vermişdir. İddiaçı qiyməti 20000 manat olan KİA Sorento minik markalı ** FY *** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin yarısını Cavabdeh tələb etməsi qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1-ci maddəsində göstərilmişdir ki, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına olmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 32.3-cü maddəsində göstərilmişdir ki, nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər(arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Həmin Məcəllənin 33.1-ci maddəsində qeyd olunmuşdur ki, ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Cavabdeh qismində məhkəmədə izahat verən Cavabdeh İddiaçı iddia ərizəsində tələb etdiyi qızıl əşyalarını evdən çıxarkən özü ilə apardığını bildirsə də bu halı təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən iddiaçının mediasiya xidmətinə ödədiyi 50 manat və iddia ərizəsi ilə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 100 manat Cavabdehdan alınaraq İddiaçı verilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddia əsaslı olduğundan təmin edilsin. Cavabdeh əyarı 583, çəkisi 3 qram, qiyməti 240 manat olan qızıl üzük, əyarı 583, çəkisi 26 qram, qiyməti 2080 manat olan qızıl boyunbağı, əyarı 583, çəkisi 9 qram, qiyməti 720 manat olan qızıl dəsti (sırğa-üzük), əyarı 583, çəkisi 6 qram, qiyməti 480 manat olan qızıl qolbaq, qiyməti 3500 manat olan mebel dəsti (çarpayı, iki tumba, makiaj masası, şkaf, divan, jurnal stolu, bir ədəd stol, altı ədəd stul), qiyməti 60 manat soba, qiyməti 400 manat olan soyuducu, qiyməti 50 manat olan şirəçəkən maşın, qiyməti 80 manat olan paltaryuyan maşın, qiyməti 40 manat olan ətçəkən maşın, qiyməti 300 manat olan televizor, qiyməti 30 manat olan ütü, hər birinin qiyməti 50 manat olan səkkiz ədəd yorğan, hər birinin qiyməti 60 manat olan beş ədəd döşək, hər birinin qiyməti 30 manat olan altı ədəd yastıq, hər birinin qiyməti 35 manat olan iki nahar dəsti, hər birinin qiyməti 25 manat iki çay dəsti, hər birinin qiyməti 10 manat olan üç ədəd xrustal güldan, qiyməti 15 manat olan çaydan, qiyməti 3 manat olan çaynik, qiyməti 20 manat olan xrustal vaza, qiyməti 25 manat olan samovar, hər dəstinin qiyməti 80 manat olan iki dəst pərdə, hər birinin qiyməti 140 manat olan üç ədəd xalça, hər dəstinin qiyməti 20 manat olan iki dəst yataq örtüyü, həmin əmlaklar olmadıqda onların dəyərinin, birgə nikah dövründə aldıqları «KİA Sorento» markalı ** FY *** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin yarısı olan 10000 (on min) manat məbləğin, mediasiya xidməti üçün ödənilmiş məbləğ əvəzində 50 (əlli) manat və dövlət rüsumu əvəzində 100 (yüz) manat alınaraq İddiaçı verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №2(013)-78/2024
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-78/2024
24.01.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver