Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-788/2025 16.04.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölümün qeyd edilməsi faktının müəyyən edilməsi barədə mülki işə 16 aprel 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi rayon məhkəməsinə ünvanladığı ərizəsində göstərmişdir ki, atası X7 xx.xx.1920-ci ildə Ağdam rayonunda anadan olmuş, xx.xx.1987-ci ildən ünvan 1 ünvanında qeydiyyatda olmuş, xx.xx.1989-cu ildə Şuşa şəhərində vəfat etmiş və Ağdam rayonunun Qarağacı kənd qəbristanlığında dəfn olunmuşdur. Atasına ölüm haqqında şəhadətnamə almaq üçün Şuşa Şəhər Qeydiyyat Şöbəsinə müraciət etdiyini, şəhadətnamə verməkdən imtina olunduğunu, atasının mülkiyyətində olan evdən ona düşən payı almaq üçün faktın müəyyən edilməsi zərurəti yarandığını qeyd etməklə X3 xx.xx.1989-cu ildə Şuşa şəhərində ölməsi faktıın müəyyən edilməsi və ölüm haqqında şəhadətnamənin verilməsinin Maraqlı şəxs1nə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəməyə tələbin həcminin azaldılması ilə bağlı ərizə təqdim edərək atası X5 xx.xx.1989-cu ildə Şuşa şəhərində xəstəlikdən vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi qismində məhkəmədə izahat verən Ərizəçi ərizəni müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs1 nümayəndəsinə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir səbəb göstərmədən məhkəmə baxışına gələmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şahid qismində məhkəmədə ifadə verən X8 göstərmişdir ki, Ərizəçi onun ərinin dayısı qızıdır. 1986-cı ildə ərə getmişdir. Tailənin atası 1989-cu ildə vəfat etmiş və Ağdam rayonunun Qarağacı qəbristanlığında dəfn olunmuşdur. Həmin vaxt himayəsində körpə uşağı olduğundan İdrisin yas mərasiminə getməmişdir. İdris yaşlı adam olmuş və yəqin ki, xəstəlikdən vəfat etmişdir. Şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, Tailə ilə dayı və bibi nəvəsi kimi qohumdur. Tailənin atası 1989-cu ildə vafat etmiş və Ağdam rayonu Qarağacı qəbristanlığında dəfn olunmuşdur. Məhkəmədə elan olunmuş Maraqlı şəxs1 xx.xx.2024-cü il tarixli 3-15-5/8-15-xxxx/2024 saylı məktubundan görünür ki, Ərizəçi atası İ.C.Həsənovun ölümünə əsas verən zəruri sənədlər təqdim olunmadığından ölümün qeydə alınması birbaşa səlahiyyətləri olmadığını izah edərək məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS üzrə məlumat şöbəsinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, X7 xx.xx.1920-ci ildə Ağdam rayonunda anadan olmuşdur. AZ-İ № 460161 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin srətindən görünür ki, X1 Tailə İdris qızının atasıdır. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə baxışında müəyyən olunmuşdur ki, Ərizəçi atası İ.C.Həsənov xx.xx.1989cu ildə Şuşa şəhərində xəstəlikdən vəfat etmiş və Ağdam rayonu Qarağacı kənd qəbristanlığında dəfn olunmuşdur. Faktın təsdiqi ölüm haqqında şəhadətnamə almaq üçün zəruri olduğundan, Ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki,ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin,yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə əsaslı olduğundan təmin edilsin. X3 xx.xx.1989-cu ildə Şuşa şəhərində xəstəlikdən vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №2(013)-788/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-788/2025
16.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver