Məhkəmə qərarları › İş №2(013)-84/2024

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-84/2024

29.01.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-84/2024 29.01.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi İsmayılov Tural Fəxrəddin oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ərizənin təsviri hissəsində göstərilən qızıl-zinət əşyalarının naturada və ya onların pul ilə dəyəri olan cəmi 12020 manat pulun, həmçinin birgə nikah dövründə əldə edilmiş ümumi dəyəri 7500 manat olan 6 baş mal-qaranın ona çatası, yəni ½ hissəsinin naturada və ya pulla dəyəri olan 3750 manat pulun, qiyməti 10000 manat olan “Mersedes Benz 240” markalı, **-OM-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin ½ hissəsi olan 5000 manat məbləğində pulun və dövlət rüsumu qismində ödədiyi 153 manatşn cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında iddianı müdafiə etdiyini, Cavabdeh ilə rəsmi nikaha daxil olaraq ailə qurduqlarını, birgə nikahdan iki övladlarının olduğunu, daha sonra Ağdam rayon məhkəməsinin 17 avqust 2023-cü il tarixli qətnaməsinə əsasən boşandıqlarını, evdən gedən zaman ona toylarında hədiyyə olunan qızıl-zinət əşyalarını cavabdehin evində qaldığını, bundan başqa birgə nikah dövründə əldə etdikləri 6 baş mal-qara və qiyməti 10000 manat olan “Mersedes Benz 240” markalı, **-OM-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin də cavabdehdə qaldığını, həmin əşyaları cavabdehdən tələb etsədə verməkdən imtina etdiyini bildirdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil da İddiaçı ilə eyni məzmunlu izahatında iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında iddia tələbinin əsasız olduğunu, İddiaçı onun xalası oğlu ilə ona xəyanət etmiş və bunun üstü açılmasından qorxaraq o evdə olmadığı zaman evdən çıxıb getdiyini, İddiaçı gedərkən bütün sənədlərini, evdə olan pulu və iddia tələbində göstərilən ona məxsus qızıl-zinət əşyalarını özü ilə apardığını, iddiaçının ərizədə göstərdiyi malqaranın ümumiyyətlə olmadığını, “Mersedes Benz 240” markalı, **-OM-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin isə ona məxsus olmadığını bildirdi və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nümayəndə izahatında göstərdi ki, o, Cavabdeh atasıdır, İddiaçı oğlunun xalası oğlu ilə oğluna xəyanət etmiş və bunun üstü açılmasından qorxaraq evdən çıxıb getdiyini, İddiaçı gedərkən bütün sənədlərini, evdə olan pulu və qızıl-zinət əşyalarını aparıb, mal-qaraları yoxdur, “Mersedes Benz 240” markalı, **-OM-*** dövlət qeydiyyat nişanlı minik avtomobil onun özünə məxsusdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında göstərdi ki, o, Cavabdeh anasıdır, İddiaçı oğlunun xalası oğlu ilə oğluna xəyanət etmiş və bunun üstü açılmasından qorxaraq heç kimə dəmədən evdən çıxıb getmiş və gedərkən bütün sənədlərini, evdən olan pulu və qızıl-zinət əşyalarını özü ilə aparıb, malqaraları yoxdur, avtomobil onun həyat yoldaşına məxsusdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, o, Cavabdeh qardaşıdır, o, cavabdehlər ilə bir evdə yaşamır, lakin bir ailə üzvü kimi bilir ki, İddiaçı qardaşının və onun xalası oğlu ilə qardaşına xəyanət etmiş və bunun üstü açılmasından qorxaraq heç kimə dəmədən evdən çıxıb getmiş və gedərkən bütün sənədlərini, evdən olan pulu və qızıl-zinət əşyalarını özü ilə aparıb, Cavabdeh mal-qarası yoxdur, avtomobil atasına məxsusdur. Məhkəmə iş üzrə tərəflərin izahatlarını və şahidlərin izahatlarını və çıxışlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddiaçı iddia ərizəsində göstərmişdir ki, onun cavabdehdə bir ədəd 800 manat dəyərində çəkisi 3,5 qram, 583 əyarlı briliyant qaşlı nişan üzüyü, bir ədəd 880 manat dəyərində 8 qram, 750 əyarlı sırqa üzük dəsti, bir ədəd 1600 manat dəyərində 20 qram, 583 əyarlı sep, bir ədəd 1760 manat dəyərində çəkisi 22 qram, 583 əyarlı sep, bir ədəd 800 manat dəyərində çəkisi 10 qram, 585 əyarlı qolbağı, bir ədəd 200 manat dəyərində çəkisi 2,5 qram, 585 əyarlı üzük və bir ədəd dəyəri 80 manat çəkisi 1 qram, 583 əyarlı sırqadan ibarət cəmi 4520 manat dəyərində qızıl zinət əşyaları qalmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, “Mersedes Benz 240” markalı, **-OM-*** dövlət qeydiyyat nişanlı minik avtomobil alqı satqı müqaviləsi əsasən xx.xx.2016-cı ildən xx.xx.2017-ci ilə qədər Ağdam rayon Əfətli kənd sakini Cavabdeh mülkiyyətində olmuşdur. Uçot bazasının məlumatına əsasən Cavabdeh mülkiyyətində hal-hazıradək nəqliyyət vasitəsi qeydiyyatdan keçmir. İş materiallarına əlavə edilmiş Ağdam rayon məhkəməsinin 16(013)-27/2023 nömrəli xx.xx.2023-cü il tarixli müvvəqəti təminat tədbirinin görülməsinə dair qərardadının icrası ilə əlaqədar xx.xx.2023-cü il tarixdə Ağdam rayon İcra və Probasiya Şöbəsinin İcra məmurları tərəfindən tərtib edildiyi A.Ş.Alışzadə, N.V.Qarayev, Cavabdeh, Nümayəndə və E.L.Fərhadov tərəfinfən imzalanmış aktın surətindn görünür ki, Cavabdeh məxsus evdə, İddiaçı iddia ərizəsində göstərdiyi bir ədəd 800 manat dəyərində çəkisi 3,5 qram, 583 əyarlı briliyant qaşlı nişan üzüyü, bir ədəd 880 manat dəyərində 8 qram, 750 əyarlı sırqa üzük dəsti, bir ədəd 1600 manat dəyərində 20 qram, 583 əyarlı sep, bir ədəd 1760 manat dəyərində çəkisi 22 qram, 583 əyarlı sep, bir ədəd 800 manat dəyərində çəkisi 10 qram, 585 əyarlı qolbağı, bir ədəd 200 manat dəyərində çəkisi 2,5 qram, 585 əyarlı üzük və bir ədəd dəyəri 80 manat çəkisi 1 qram, 583 əyarlı sırqadan ibarət qızıl zinət əşyalarına, cavabdeh ilə birgə nikah dövründə əldə edilmiş 6 baş iri buynuzlu mal-qara həyətin tövləsində aşkar edilməmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi «Sporronqun və Lonnrotun İsveçrə qarşı» qərarında və bundan sonra qəbul etdiyi qərarlarda mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: mülkiyətçinin mülkiyyət hüququnun mövcüd olması, mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması, mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş verib-verməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların «de fakto» baş verməsi aydınlaşdırılmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra - Ailə Məcəlləsi) 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ailə Məcəlləsinin 35-ci maddəsinə əsasən nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak onların hər birinin ayrıca mülkiyyətidir. Mülki Məcəllənin 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin maddənin mənasına görə bu cür iddia qaldıran iddiaçılar bir-biri ilə üzvü əlaqədə olan 2 halı: tələb etdiyi əmlakın ona məxsus olmasını və başqasının həmin əmlaka qanunsuz yiyələnməsini sübut etmişdir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddianın qanuni əsası olmadığına görə həmin iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iş üzrə ödənilmiş 153 manat məbləğində dövlət rüsumu iddia təmin edilmədiyindən iddiaçıya aid edilsin. Odur ki, şərh edilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı cavabdehdən bir ədəd 800 manat dəyərində çəkisi 3,5 qram, 583 əyarlı briliyant qaşlı nişan üzüyü, bir ədəd 880 manat dəyərində 8 qram, 750 əyarlı sırqa üzük dəsti, bir ədəd 1600 manat dəyərində 20 qram, 583 əyarlı sep, bir ədəd 1760 manat dəyərində çəkisi 22 qram, 583 əyarlı sep, bir ədəd 800 manat dəyərində çəkisi 10 qram, 585 əyarlı qolbağı, bir ədəd 200 manat dəyərində çəkisi 2,5 qram, 585 əyarlı üzük və bir ədəd dəyəri 80 manat çəkisi 1 qram, 583 əyarlı sırqadan ibarət qızıl zinət əşyalarının naturada və ya onları dəyəri 4520 manat pulun, cavabdeh ilə birgə nikah dövründə əldə etdilmiş ümumi dəyəri 7500 manat olan 6 baş iri buynuzlu mal qaranın iddiaçıya çatası ½ hissəsinin naturada və ya onların dəyəri olan 3750 manat pulun, cavabdeh ilə birgə nikah dövründə əldə etdilmiş qiyməti 10000 manat olan “Mersedes Benz 240” markalı **-OM-*** dövlət qeydiyyat nişanlı avtomobilin ½ hissəsi olan 5000 manat məbləğində pulun və ödənilmiş 153 manat dövlət rüsumunun alınınb iddiaçıya verilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. İş üzrə ödənilmiş 153 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə təqdim edildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar