Məhkəmə qərarları › İş №2(013)-917/2024

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-917/2024

24.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-917/2024 24.05.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi İsmayılov Tural Fəxrəddin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1963-cü ildə Ağdam rayonu, Xıdırlı kəndində anadan olmuş, evli, iki uşaq atası, Azərbaycan respublikası vətəndaşı, Ağdam rayonu, Xıdırlı kəndində qeydiyyatda olub, Mingəçevir şəhəri, M.Maqomayev küçəsi, ev 12, mənzil 27-də yaşamış X2 xx.xx.2023-cü il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq maraqlı şəxs Mingəçevir regional “Asan xidmət” mərkəzində Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məhkəməyə heç bir məlumat verməmiş, nə də ki, işin baxılmasının təxirə salınmasını xahiş etməmişdir. Ona görə də məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında işitrak edən Ərizəçi izahatında ərizəni müdafiə edərək, mərhum əri X2 xx.xx.2023-cü il tarixdə vəfat etdiyini və Bərdə rayonu, Kətəlparaq kənd qəbristanlığında dəfn edildiyini, lakin mərhum vəfat etdikdən sonra onun barəsində ölüm haqqında şəhadətnaməni almadıqlarını, hazırda məcburi zərurətlə bağlı olaraq ölüm haqqında şəhadətnamənin tələb olunduğunu, bu barədə Mingəçevir regional “Asan xidmət” mərkəzində Qeydiyyat Şöbəsinə müraciət etsədə ölümün qeydə alınmasına əsas verən sənədlərin olmadığını, bu barədə aidiyyəti üzrə məkəməyə müraciət etməsinin tövsiyyə olunduğunu bildirdi və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X9 ifadəsində göstərdi ki, X6 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir, və o, Bərdə rayonu, Kətəlparaq kənd qəbristanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadəsində göstərdi ki, X6 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir, və o, Bərdə rayonu, Kətəlparaq kənd qəbristanlığında dəfn olunmuşdur. Məhkəmə iş üzrə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşıdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Mingəçevir regional “Asan xidmət” mərkəzində Qeydiyyat Şöbəsi-nin Ərizəçi ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X2 ölümü barədə şəhadətnamənin verilməsi ilə bağlı müraciətə baxılmış, lakin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlamalarda heç bir məlumat aşkar edilməmişdir. İş materiallarında olan A3 seriyalı, № 580528 nömrəli, xx.xx.1963-cü il tarixdə verilmiş “X4”nin surətindən görünür ki, X6 xx.xx.1963-cü il tarixdə Ağdam rayonu, Xıdırlı kəndində anadan olmuşdur. Onun atası X7, anası isə X1r. İş materiallarında olan Vİ-JQ seriyalı, № 350460 nömrəli “X5”nin surətindən görünür ki, X6 ilə X3 arasında xx.xx.1994-cü il tarixdə, 01 nömrə ilə qeydə alınmış nikahları bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə “İbrahimov”, arvada “İbrahimova” soyadı verilmişdir. İş materiallarında olan Bərdə rayonu Kətəlparaq kənd Bələdiyyəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş arayışdan görünür ki, X6 xx.xx.2023-cü il tarixdə vəfat etmiş və Kətəlparaq kənd qəbristanlığında dəfn edilmişdir. Məhkəmə ərizədə göstərilən predmetlə bağlı qanunvericiliyin aşagıdakı müvafiq normalarını qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikasının Konsitutisiyasını 60-cı maddəsinin İ bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə və inzibati qaydada müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, X2 xx.xx.2023-cü il tarixdə ölməsi faktı müəyyən edilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəməyə verilən iddialar üzrə şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər dövlət rüsumunu ödəməkdən azaddırlar. Məhkəmə qeyd edir ki, iddiaçı məcburi köçkün olduğuı üçün ərizə verərkən dövlət rüsumu ödəməmişdir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin edilsin. X2 xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən surəti rəsmi qaydada tərəflərə verildiyi gündən sonra 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar