Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-918/2024 11.06.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanov Elman Seymur oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlakın evdən çıxarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə məxsus 1 ədəd paltar şkafı, 2 mədəd servant, 1 ədəd divan, 6 ədəd stul, 1 ədəd stol, 1 ədəd Riffel markalı paltaryuyan maşın, mətbəx mebeli, 1 ədəd Riffel markalı tozsoran, 1 ədəd Riffel markalı ətçəkən, 1 ədəd qoşa çarpayı, 2 ədəd döşək (tək), 1 ədəd döşək (qoşa), 2 ədəd yorğan (tək), 1 ədəd yorğan (qoşa), 2 ədəd yastıq, 1 ədəd yataq örtüsü, 2 ədəd güzgü, 5 ədəd gül qabı, 5 ədəd meyvə qabı, 6 ədəd bakal, 7 ədəd qazan, 5 ədəd qənd qabı, 6 ədəd su stəkanı, 12 ədəd stəkan, 1 ədəd servis, qaşıq, 1 ədəd çaydan, 1 ədəd çaynik, 1 ədəd sandıq, uşaq çarpayısı, 2 ədəd servant, 6 ədəd balaca bakal, 1 ədəd Altus markalı paltar maşını, 1 ədəd qalaksi markalı ütüdən ibarət əmlakların ünvan 1ində yerləşən İddiaçı məxsus evdən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığına görə məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında iddia tələbini müdafiə edərək, oğlu X1 cavabdehlə xx.xx.2018-ci il tarixdə rəsmi nigah bağlayaraq ailə qurduqlarını, daha sonra aralarında olan nikah aktı qeydinin Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-1213/2023 saylı qətnaməsinə əsasən pozulduğunu, cavabdehin Ağcabədi rayonu, Hacılar kəndində yaşamasına baxmayaraq gəlin gəldiyi zaman gətirdiyi əmlakların dəfələrlə edilən xəbərdarlığa baxmayaraq ona məxsus ünvan 1ində yerləşən evdən çıxartmadığını bildirdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iş üzrə iddiaçının izahatlarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 1i ünvanda yerləşən ümumi sahəsi 93.9 kvadratmetr sahədən ibarət 1 mərtəbəli, 2 otaqdan evi İddiaçı tam mülkiyyətinə verilmiş və bu barədə daşınmaz əmlakın Dövlət reyestrində 4 nömrəli reyestr kitabının 69 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(013)-1213/2023 saylı qətnaməsinin surətindən görünür ki, X3 ilə Cavabdeh arasında olan Bərdə regional “asan xidmət” mərkəzində Qeydiyyat Şöbəsində xx.xx.2018-ci il tarixdə, 1140 sayla qeyd edilmiş nikah akt qeydi pozulmuşdur. İş materiallarında olan Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(013)-2486/2023 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh X2 qarşı, xx.xx.2019-cu il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X4 adlı övladları ilə birlikdə gəlin köçdüyü X1 qeydiyyatda olduğu Ağdam rayonu, Rzalar kəndində yerləşən 3 otaqdan mətbəxdən ibarət fərdi yaşayış evinə köçürülməyi və orada yaşayış hüququnun verilməsi tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. İş materiallarında olan Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(013)-291/2024 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh X2 qarşı, xx.xx.2019-cu il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X4 adlı övladları ilə birlikdə Ağdam rayonu, Rzalar kəndində yerləşən evə köçürülməyi və orada yaşayış hüququnun verilməsi tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. İş materiallarında olan Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(104)-1011/2024 saylı qətnaməsinin surətindən görünür ki, Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(013)-291/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. «İnsan hüquqlarının və əsas azadlıqdarın müdafiəçi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- Mülki Məcəllə) 152.1 maddəsinə əsasən, mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157.8 maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Mülki Məcəllənin 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Mövcud mübahisə ilə əlaqədar məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı məxsus evdə yaşayış hüququ əldə etmədiyindən və hazırda həmin evdə yaşamadığından, həmçinin cavabdehə məxsus cehiz əşyalarının mübahisəli evdə qalmasının iddiaçının hüquqlarını məhdudlaşdıran hal olduğundan iddia tələbi təmin edilməklə həmin əşyalar iddiaçıya məxsus evdən çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh məxsus əmlaklar Ağdam rayonu, Rzalar kəndində yerləşən İddiaçı məxsus evdən çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 50 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə odur ki, şərh edilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrinə əsaslanaraq, q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh məxsus 1 ədəd paltar şkafı, 2 mədəd servant, 1 çədəd divan, 6 ədəd stul, 1 ədəd stol, 1 ədəd Riffel markalı paltaryuyan maşın, mətbəz mebeli, 1 ədəd Riffel markalı tozsoran, 1 ədəd Riffel markalı ətçəkən, 1 ədəd qoşa çarpayı, 2 ədəd döşək (tək), 1 ədəd döşək qoşa, 2 ədəd yorğan (tək), 1 ədəd yorğan (qoşa), 2 ədəd yastıq, 1 ədəd yataq örtüsü, 2 ədəd güzgü, 5 ədəd gül qabı, 5 ədəd meyvə qabı, 6 ədəd bakal, 7 ədəd qazan, 5 ədəd qənd qabı, 6 ədəd su stəkanı, 12 ədəd stəkan, 1 ədəd servis, qaşıq, 1 ədəd çaydan, 1 ədəd çaynik, 1 ədəd sandıq, uşaq çarpayısı, 2 ədəd servant, 6 ədəd balaca bakal, 1 ədəd Altus markalı paltar maşını, 1 ədəd qalaksi markalı ütüdən ibarət əmlakların ünvan 1ində yerləşən İddiaçı məxsus evdən çıxarılsın. Qətnamədən surəti rəsmi qaydada tərəflərə verildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №2(013)-918/2024
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-918/2024
11.06.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver