Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-962/2025 05.06.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölümün qeyd edilməsi faktının müəyyən edilməsi barədə mülki işə 05 iyun 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi rayon məhkəməsinə ünvanladığı ərizəsində göstərmişdir ki, xx.xx.1985-ci ildə X3 ilə evlənmiş, 1993-cü ildə qaçqın duşən zaman ailə üzvləri ilə birlikdə Ağdam rayonunun Quzanlı qəsəbəsində məskunlaşmışdır. Arvadı Ş.S.Ağayeva xx.xx.2020-ci ildə Bakı şəhəri Suraxanı rayonunda vəfat etmiş və Bakı şəhəri Suraxanı rayonu Koroğlu qəbristanlığında dəfn olunmuşdur. Arvadının ölüm haqqında şəhadətnaməsini almaq üçün aidiyyəti orqanlara müraciət etmiş, arvadının adına ölümə əsas verən zəruri sənədlər olmadığından məhkəməyə müraciət etməsi izah edildiyini qeyd etməklə X1 xx.xx.2020-ci ildə vəfat etməsinin məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi qismində məhkəmədə izahat verən Ərizəçi ərizəni müdafiə edərək bildirmişdir ki, arvadı Şəfiqə Ağayeva xx.xx.2020-ci ildə 44 günlük vətən müharibəsi ərəfəsində Bakı şəhərində Covid 19 xəstəliyindən vəfat etmişdir. Həmin vaxt başı qarışdığından arvadının ölümünü qeyd etdirməmişdir. Hazırda Ş.S.Ağayevanın ölümünü qeyd etdirmək üçün faktın təsdiq olunması zərurəti yarandığını qeyd etməklə ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şahid qismində məhkəmədə izahat verən X2 qayını Ərizəçi arvadı Ş.S.Ağayevanın 2020-ci ildə Bakı şəhərində xəstəlikdən vəfat etdiyini bildirmişdir. Şahid qismində dindirilmiş X4 atasının əmisi Ərizəçi arvadı Ş.S.Ağayevanın 2020-ci ildə Bakı şəhərində xəstəlikdən vəfat etdiyini bildirmişdir. Məhkəmədə elan olunmuş Maraqlı şəxs xx.xx.2025-ci il tarixli 30-05/15 saylı arayışından görünür ki, Ərizəçi arvadı Ş.S.Ağayevanın ölümünə əsas verən zəruri sənədlər təqdim olunmadığından ölümün qeydə alınması birbaşa səlahiyyətləri olmadığını izah edərək məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İİİ-JQ № 471782 saylı nikah şəhadətnaməsinin surətindən görünür ki, Ərizəçilə Ş.S.Ağayeva arasında olan nikah xx.xx.1985-ci ildə Ağdam Rayon İcra Hakimiyyəti başçısının Göytəpə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 30 nömrə ilə qeydə alınmışıdır. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə baxışında müəyyən olunmuşdur ki, Ərizəçinın arvadı Ş.S.Ağayeva xx.xx.2020-ci ildə Bakı şəhəri Suraxanı rayonunda xəstəlikdən vəfat etmiş və Bakı şəghəri Suraxanı rayonu Koroğlu qəbristanlığında dəfn olunmuşdur. Faktın təsdiqi ölüm haqqında şəhadətnamə almaq üçün zəruri olduğundan, Ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki,ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin,yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə əsaslı olduğundan təmin edilsin. X1 xx.xx.2020-ci ildə Bakı şəhəri Suraxanı rayonunda xəstəlikdən vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №2(013)-962/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-962/2025
05.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver