Məhkəmə qərarları › İş №2(014)-10/2024

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-10/2024

22.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-10/2024 22.01.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, İddiaçı "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı ipotekaya qoyulmuş əmlaka və torpaq sahəsinə tutma yönəldilməsi və kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı ipotekaya qoyulmuş əmlaka və torpaq sahəsinə tutma yönəldilməsi və kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Ağdaş filialı və Cavabdeh2 arasında xx.xx.2009-cu ildə bağlanmış 10 nömrəli kredit müqaviləsinə əsasən Bank Cavabdeh2 12 ay müddətinə 80.000 manat məbləğində kredit vermişdir. Müqavilənin şərtlərinə görə kredit üzrə istifadə olunmuş vəsaitə 20 % illik faiz borcu hesablanmalı və hər ay Banka ödənilməli idi. Cavabdeh2 kredit vəsaitindən istifadə etmiş, müqavilənin şərtlərini pozmuş, kredit üzrə əsas borcu və faizləri vaxtında və lazımi qaydada ödəməmişdir. Cavabdeh2 xx.xx.2013-cü il tarixinə banka 53.724 manat əsas borcu, 37.900 manat faiz borcu və 9.000 manat dəbbə pulu, cəmi borcu 100.624 manat təşkil edir. Borcalanın kredit öhdəliklərinin təmin edilməsi məqsədi ilə Bankla Cavabdeh2 arasında xx.xx.2009-cu il tarixli, 10 nömrəli İpoteka müqaviləsi bağlanmış və Cavabdeh2 mülkiyyətində olan Ağdaş şəhəri, M.İsayev küçəsində olan 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 160.28 kv.m yaşayış, 136.68 kv.m köməkçi sahədən ibarət 35 nömrəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinin 7.1.1-ci bəndində qeyd olunmuşdur ki, “İpoteka verən xx.xx.2006-cı il tarixli, 2216 nömrəli kredit müqaviləsi və bu Müqavilə ilə öz üzərinə götürdüyü öhdəlikləri vaxtında yerinə yetirmədikdə yaxud yerinə yetirməkdən imtina etdikdə İpoteka saxlayan ipoteka ilə təmin edilmiş öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərrac vasitəsi ilə satılması üçün tədbirlər görmək hüququna malikdir. Cavabdeh2 kreditin vaxtında qaytarılması haqqında bank tərəfindən dəfələrlə xəbərdar olunmuşdur, lakin buna baxmayaraq bu günə kimi kredit borcunun və kreditə hesablanmış faizlərin ödənilməsi üçün tədbirlər görülməmişdir. Cavabdeh2 borcu ödəmək qabiliyyəti yoxdur. Buna görə də Cavabdeh2 mülkiyyətində olan, borcun təminatı kimi ipotekaya qoyulmuş əmlak açıq hərracdan satılmalı və əldə olunmuş vəsait borcun ödənilməsinə yönəldilməlidir. Qeyd olunanlara əsasən Cavabdeh2 iddiaçı "xxxx" ASC-nın xeyrinə 53.724 manat əsas borc, 37.900 manat faiz borcu və 9.000 manat dəbbə pulu, cəmi 100.624 manat məbləğində borcun tutulması, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 Ağdaş şəhəri, M.İsayev küçəsində olan 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 160.28 kv.m yaşayış, 136.68 kv.m köməkçi sahədən ibarət 35 nömrəli fərdi yaşayış evindən çıxarılmaları, ipotekaya qoyulmuş Ağdaş şəhəri, M.İsayev küçəsində olan 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 160.28 kv.m yaşayış, 136.68 kv.m köməkçi sahədən ibarət 35 nömrəli fərdi yaşayış evi ilkin satış qiymətini müəyyən etməklə açıq hərracdan satılması və əldə olunmuş vəsaitin kredit borcunun ödənilməsinə yönəldilməsi, hərracdan satılmış yaşayış evinin dəyəri banka olan borcu ödəmədikdə, borcun qalan hissəsinin Cavabdeh2 tutulması və dövlət rüsumu kimi ödənilmiş 30 manatın tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. ünvan 1 qətnaməsi ilə Cavabdeh2 "xxxx" ASC-nin xeyrinə 53.724 manat məbləğində əsas borc, 37.900 manat məbləğində faiz borcu və 9.000 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 100.624 manat məbləğində borcun tutulması, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 Ağdaş şəhəri, M.Musayev küçəsində olan 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 160.28 kv.m yaşayış, 136.68 kv.m köməkçi sahədən ibarət 35 nömrəli fərdi yaşayış evindən çıxarılmaları, ipotekaya qoyulmuş Ağdaş şəhəri, M.Musayev küçəsində olan 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 160.28 kv.m yaşayış, 136.68 kv.m köməkçi sahədən ibarət 35 nömrəli fərdi yaşayış evi ilkin satış qiymətinin müəyyən etməklə açıq hərracdan satılması və əldə olunmuş vəsaitin kredit borcunun ödənilməsinə yönəldilməsi, hərracdan satılmış yaşayış evinin dəyərinin banka olan borcu ödəmədikdə, borcun qalan hissəsinin Cavabdeh2 tutulması, dövlət rüsumu kimi ödənilmiş 30 manatın cavabdehlərdən tutulması qət edilmişdir. Sonradan Cavabdeh1 məhkəməyə qiyabi qətnamənin ləğv edilməsinə dair ərizə ünvanlayaraq ünvan 1 qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin 2(014)-556/2013 saylı, 02 mart 2023-cü il tarixli qərardadı ilə ünvan 1 qətnaməsi ləğv edilmişdir. Sonradan "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək iddiaçının əsl iddiaçı olan "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatı ilə əvəz edilməsini xahiş etmiş və məhkəmə tərəfindən iddiaçı əsl iddiaçı ilə əvəz edilmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi Nümayəndə iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəməyə ərizə ünvanlayaraq rayon ərazisində olmadığını bildirərək mülki iş üzrə məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, cavabdehlər gəlməmələrinin səbəbləri barədə heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehlərin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan 16 oktyabr 2009-cu il tarili, QF 0109 saylı müqavilənin surətindən görünür ki, Cavabdeh2 ilə "xxxx" MMC-nin Gəncə filialı arasında Ağdaş şəhəri, M.İsayev küçəsində yerləşən və Cavabdeh2 məxsus 35 nömrəli fərdi yaşayış evinin qiymətinin müəyyənləşdirilməsi üçün müqavilə bağlanmışdır. İşin materiallarında olan 16 oktyabr 2009-cu il tarixində yerinə yetirilmiş işin təhviltəslim aktının surətindən görünür ki, xx.xx.2009-cu il tarixli, QF 109 saylı müqaviləyə əsasən daşınar və daşınmaz əmlakın qiymətləndirilməsi üçün 230,51 manat məbləğində vəsait tələb olunmuşdur. İşin materiallarında olan "xxxx" MMC-nin Gəncə filialının QF 0109 saylı ekspert rəyinin surətindən görünür ki, Ağdaş şəhəri, M.İsayev küçəsində yerləşən və Cavabdeh2 məxsus 35 saylı fərdi yaşayış evinin (daşınmaz əmlak) 16 oktyabr 2009-cu il tarixə likvid qiyməti 90.000 manat müəyyən edilmişdir. İşin materiallarında olan xx.xx.2008-ci il tarixli, MH seriyalı, № ******* saylı çıxarışın surətindən görünür ki, Ağdaş şəhəri, M.İsayev küçəsində mülkiyyətdə olan 0,06 ha torpaqq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 160.28 kv.m yaşayış, 136,68 kv.m köməkçi sahədən ibarət 35 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabın 179 nömrəli vərəqində ********* nömrə ilə qeydiyyata alınmışdır. İşin materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Daşınmaz Əmlakın Texniki Pasportunun surətindən görünür ki, Ağdaş şəhəri, M.İsayev küçəsi, ev 35 Cavabdeh2 adına yülkü edilmiş və **********62-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İşin materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş MH seriyalı, ******* saylı Çıxarışın surətindən görünür ki, 80.000 manat məbləğində kreditin təminatı olaraq Ağdaş şəhəri, M.İsayev küçəsi 35 saylı yaşayış evi 12 ay müddətinə "xxxx" SKB Ağdaş filialına yüklü edilmişdir. İşin materiallarında olan ləğv prosesində olan "xxxx" ASC tərəfindən Cavabdeh2 ünvanlanmış xx.xx.2012-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh2 bank tərəfindən kredit müqaviləsinə əsasən borcun ödənilməsi ilə bağlı xəbərdar olunmuşdur. İşin materillarında olan "xxxx" ASC ilə Cavabdeh2arasıında bağlanmış 13 oktyabr 2009-cuil tarixli, 10 nömrəli ipoteka müqaviləsinin surəindən görünür ki, Cavabdeh2 "xxxx" ASC tərəfindın 20 faizlə 12 ay ödəmək şərti ilə 80.000 manat məbləğində kredit verilmiş və kreditin təminatı olaraq Cavabdeh2 məxsus Ağdaş şəhəri, M.İsayev küçəsində mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən 35 nömrəli 160.28 kv.m yaşayış, 136,68 kv.m köməkçi sahədən ibarət daşınmaz əmlak ipoteka ilə yüklü edilmişdir. İşin materiallarında olan ünvan 1 qətnaməsindən görünür ki, Cavabdeh2 "xxxx" ASC-nin xeyrinə 53.724 manat məbləğində əsas borc, 37.900 manat məbləğində faiz borcu və 9.000 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 100.624 manat məbləğində borcun tutulması, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 Ağdaş şəhəri, M.Musayev küçəsində olan 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 160.28 kv.m yaşayış, 136.68 kv.m köməkçi sahədən ibarət 35 nömrəli fərdi yaşayış evindən çıxarılmaları, ipotekaya qoyulmuş Ağdaş şəhəri, M.Musayev küçəsində olan 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 160.28 kv.m yaşayış, 136.68 kv.m köməkçi sahədən ibarət 35 nömrəli fərdi yaşayış evi ilkin satış qiymətinin müəyyən etməklə açıq hərracdan satılması və əldə olunmuş vəsaitin kredit borcunun ödənilməsinə yönəldilməsi, hərracdan satılmış yaşayış evinin dəyərinin banka olan borcu ödəmədikdə, borcun qalan hissəsinin Cavabdeh2 tutulması, dövlət rüsumu kimi ödənilmiş 30 manatın cavabdehlərdən tutulması qət edilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/3355 saylı rəyindən görünür ki, rəyin təqdiqat hissəsində göstərilənlərə əsasən təqdim edilmiş hesabdan çıxarış məlumatları 13 oktyabr 2009-cu il tarixli 10 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla müqavilə müddətinin bitdiyi xx.xx.2010-cu il tarixə Cavabdeh2 "xxxx" ASC-yə olan borcu 87.457,61 manat məbləğində müəyyən edilir, o cümlədən əsas kredit borcu 76.000 manat, faiz borcu 11457,61 manat. xx.xx.2010-cu il tarixdən xx.xx.2023-cü il tarixədək illik 5% dərəcəsi ilə hesablanan faiz borcu 27.477,4 manat təşkil edir. xx.xx.2023-cü il tarixə Cavabdeh2 "xxxx" ASC-yə olan borcu 75.959,02 manat məbləğində müəyyən edilir, o cümlədən əsas kredit borcu 38474 manat, faiz borcu 10.007,62 manat, faiz borcu 5% ilə 27.477,4 manat. Bank tərəfindən kredit müqaviləsi üzrə hesablanan cərimənin hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən hazırki ekspertiza zamanı Borcalana qeyd olunan kredit müqaviləsi üzrə cərimə hesablanmamışdır. İddiaçı "xxxx" ASC Cavabdeh2 arasında 13 oktyabr 2009-cu il tarixdə bağlanmış kredit müqaviləsinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər” haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli fərmanının təsiri altına düşüb-düşməməsinin müəyyən edilməsi ekspert mühasibin səlahiyyətinə aid deyildir. İşin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Ağdaş şəhəri, M.İsayev küçəsində yerləşən 35 saylı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə likvid dəyəri təqribən (56000-10%) 50000,0 manat məbləğində müəyyən edilmişdir. İşin materiallarında olan mədaxil qəbzlərindən görünür ki, "xxxx" ASC Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2009-cu il tarixli, 10 nömrəli kredit müqaviləsinə əsasən bank Cavabdeh2 20 faizlə 12 ay müddətinə 80.000 manat məbləğində kredit vermişdir. Kredit öhdəliklərinin təmin edilməsi məqsədi ilə həmin tarixdə Cavabdeh2 arasında ipoteka müqaviləsi bağlanmış və Ağdaş şəhəri, M.İsayev küçəsində olan 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 160.28 kv.m yaşayış, 136.68 kv.m köməkçi sahədən ibarət 35 nömrəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Cavabdeh2 üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və onun banka ümumilikdə 100.624 manat məbləğində borcu yaranmışdır. Hazırda iş məhkəmənin icraatında davam etdiyi müddət ərzində cavabdehlər tərəfindən ödənişlər olunmuş və borcun məbləği ekspert rəyinə əsasən xx.xx.2023-cü il tarixə əsas kredit borcu üzrə 38474 manat, faiz borcu üzrə 10.007,62 manat və faiz borcu 5% ilə 27.477,4 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 298.1-ci maddəsinə əsasən, girov qoyulmuş əşyanın satılması nəticəsində götürülmüş məbləğdən, tutmanın həmin əşyaya yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər tutulduqdan sonra, girov saxlayanın tələbləri ödənilir, qalan məbləğ girov qoyana verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 298.2-ci maddəsinə əsasən, əgər girov qoyulmuş əşyanın satışından götürülən məbləğ girov saxlayanın tələbini ödəmək üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əşyasından almaq hüququna malikdir. Bu halda girov saxlayanın girova əsaslanan üstünlük hüququ yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.2-ci maddəsinə əsasən satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracda satmaq hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinin tələbinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.3-cü maddəsinə əsasən əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsinin tələbinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-in 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Odur ki, məhkəmə iddia ərizəsində göstərilən 9000 manat dəbbə pulunu yüksək hesab etdiyindən onu azaltmağı məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının 24 fevral 2023-cü il tarixədək qüvvədə olan Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının 24 fevral 2023-cü il tarixədək qüvvədə olan Mülki Məcəlləsinin 741-ci maddəsinə əsasən əgər Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 367-ci maddəsinə müvafiq olaraq müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Azərbaycan Respublikasının “İpoteka haqqında” Qanununun 26.1.3-cü maddəsinin tələbinə əsasən ipoteka qoyan öz vəzifələrini icra edə bilmədiyi aşkar olarsa, ipoteka saxlayan məhkəmə qaydasında ipoteka predmetinin ona verilməsini tələb edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsində qeyd edilir ki, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə tutma ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə yönəldilə bilər. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutuma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə yönəldilməsi hüququnu yaradır. Bu Qanunun 41.1-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.4-cü maddəsinə görə, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının “İpoteka haqqında” Qanununun 59.3-cü maddəsinin tələbinə əsasən İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsində qeyd edilir ki, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli qərardadının 20-ci bəndinə əsasən Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının hakimlərindən ibarət məhkəmə tərkibi mübahisəli məsələ ilə bağlı təqdimat vermiş məhkəmə tərkibi ilə razılaşaraq hesab edir ki, “İpoteka haqqında” Qanunun tələbi baxımından ipoteka predmetlərinin ilkin satış qiyməti məhz likvid qiymətlə müəyyən edilməlidir. Hazırkı iş üzrə ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı məhkəmə xx.xx.2023cü il tarixli ekspert rəyi ilə həmin əmlakın likvid dəyərinin 50000 manat olması ilə razılaşmır və hesab edir ki, tərəflər arasında bağlanmış ipoteka müqaviləsində göstərilmiş 90000 manat məbləği daha ağlabatandır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya və Mülki kollegiyaları “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 22 iyun 2023-cü il tarixli, 02/2023 saylı Qərardadının 1-ci hissəsinə əsasən tərəflər arasında ipoteka müqaviləsi 2018-ci il 28 dekabr tarixinədək bağlanmışdırsa, ipoteka qoyulmuş fərdi yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda “ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsindən ən geci bir ay ərzində çıxarılmalarına dair” iddia tələblərinə mahiyyəti üzrə baxılmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 38474 manat əsas borc, 10007,62 manat faiz borcu və 1000 manat məbləğində cərimə borcu, 30 manat dövlət rüsumu, cəmi 49511,62 manat pul alınaraq "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatının xeyrinə verilməli, tutma Ağdaş şəhəri, M.İsayev küçəsində olan 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 160.28 kv.m yaşayış, 136.68 kv.m köməkçi sahədən ibarət 35 nömrəli fərdi yaşayış evinə yönəldilməli, ipoteka predmeti olan Ağdaş şəhəri, M.İsayev küçəsində olan 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 160.28 kv.m yaşayış, 136.68 kv.m köməkçi sahədən ibarət 35 nömrəli fərdi yaşayış evi açıq hərracda satılmalı və satışdan əldə edilən vəsait hesabına tələb edilən borc ödənilməli, vəsaitin ödənişlərin məbləğindən artıq qalan hissəsi Cavabdeh2 qaytarılmalı, ipoteka predmetinin hərracda satışından əldə olunmuş vəsait kredit borcunun tam ödənilməsi üçün kifayət etmədiyi halda qalan borc məbləği Cavabdeh2 tutulmalı, ipoteka predmetinin ilkin satış qiyməti 90000 (doxsan min) manat məbləğində müəyyən edilməli, Ağdaş şəhəri, M.İsayev küçəsində olan 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 160.28 kv.m yaşayış, 136.68 kv.m köməkçi sahədən ibarət 35 nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdən və o, satıldıqdan 1 ay sonra Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 Ağdaş şəhəri, M.İsayev küçəsində olan 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 160.28 kv.m yaşayış, 136.68 kv.m köməkçi sahədən ibarət 35 nömrəli fərdi yaşayış evindən çıxarılmalı, iddia qalan hissədə təmin edilməməli, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 300 manat ekspertiza xərci tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; VÖEN **********; Hesab AZ34CTRE********************) ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-in 217.4-ci maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 38474 manat əsas borc, 10007,62 manat faiz borcu və 1000 manat məbləğində cərimə borcu, 30 manat dövlət rüsumu, cəmi 49511,62 manat borc alınaraq "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatının xeyrinə verilsin. Tutma Ağdaş şəhəri, M.İsayev küçəsində olan 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 160.28 kv.m yaşayış, 136.68 kv.m köməkçi sahədən ibarət 35 nömrəli fərdi yaşayış evinə yönəldilsin. İpoteka predmeti olan Ağdaş şəhəri, M.İsayev küçəsində olan 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 160.28 kv.m yaşayış, 136.68 kv.m köməkçi sahədən ibarət 35 nömrəli fərdi yaşayış evi açıq hərracda satılsın və satışdan əldə edilən vəsait hesabına tələb edilən borc ödənilsin. Vəsaitin ödənişlərin məbləğindən artıq qalan hissəsi Cavabdeh2 qaytarılsın. İpoteka predmetinin hərracda satışından əldə olunmuş vəsait kredit borcunun tam ödənilməsi üçün kifayət etmədiyi halda qalan borc məbləği Cavabdeh2 tutulsun. İpoteka predmetinin ilkin satış qiyməti 90000 (doxsan min) manat məbləğində müəyyən edilsin. Ağdaş şəhəri, M.İsayev küçəsində olan 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 160.28 kv.m yaşayış, 136.68 kv.m köməkçi sahədən ibarət 35 nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdən və o, satıldıqdan 1 ay sonra Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 Ağdaş şəhəri, M.İsayev küçəsində olan 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 160.28 kv.m yaşayış, 136.68 kv.m köməkçi sahədən ibarət 35 nömrəli fərdi yaşayış evindən çıxarılsınlar. İddia qalan hissədə təmin edilməsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 300 manat ekspertiza xərci tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; VÖEN **********; Hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar