Məhkəmə qərarları › İş №2(014)-1007/2025

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1007/2025

01.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1007/2025 01.07.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X3, Ərizəçi nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “şəxsin ölməsi faktının müəyyən edilməsi" tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “şəxsin ölməsi faktının müəyyən edilməsi" tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək, həyat yoldaşı xx.xx.1955-ci il tarixdə anadan olmuş X1 xx.xx.2009-cu il tarixdə Ağdaş şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum həyat yoldaşı X4 ilə xx.xx.1982-ci il tarixdə rəsmi nikaha girmişdir. Birgə nikahlarından 2 övladları var. Onların hər biri yetkinlik yaşına çatmış, övladlarından biri Almaniya Respublikasında digəri isə işğaldan azad olunmuş Qarabağ bölgəsində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Həyat yoldaşı xx.xx.2009-cu il tarixdə Ağdaş şəhərində vəfat etmiş, lakin başları onun dəfn işlərinə qarışdığı üçün vaxtında ölüm haqqında şəhadətnamə ala bilməmişdir. O hazırda Türkiyə Respublikasında Adana şəhərində yaşayır, bacısı Nümayəndə etibarnamə əsasında məhkəmə iclaslarında çıxış edəcəkdir. Belə ki, o Türkiyədə yenidən nikaha daxil olmaq istəyir, lakin subaylıq arayışı ala bilmədiyi üçün yenidən nikaha daxil ola bilmir. Həyat yoldaşının ölüm haqqında şəhadətnaməsi olacağı halda o subaylıq arayışı alaraq yenidən Türkiyədə nikaha daxil ola bilməyəcək. Ölüm haqqında şəhadətnamə alınması üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin ölüm faktını təsdiq edən tibbi sənəd olmadığı üçün mərhum həyat yoldaşı X1 adına ölüm haqqında şəhadətnamə verilmədi. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi Nümayəndə ərizəni müdafiə edərək bildirdi ki, bacısı Türkiyədə yaşayır, onun yoldaşı infarktdan rəhmətə getmişdir. Evi sel basdığından ölüm haqqında sənəd itmişdir. Onlar dəfn mərasiminə gəlib çatmışlar. Bacısının yoldaşı Maşad qəbrstanlığında dəfn olunmuşdur. Ölüm faktını təsdiq edən şahidləri də vardır. Ona görə də ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Maraqlı şəxs rəisi ədliyyə müşaviri Teymur Mustafayev 06 may 2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, mülki işə qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını və müvafiq qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadə verərək bildirdi ki, Əlihəsən Hacıyev bacısının rəhmətlik həyat yoldaşıdır. Əlhəsən infarkt xəstəliyindən 2009-cu ilin noyabr ayında xəstəxanada rəhmətə getmişdir. Onu xəstəxanaya aparanlardan biri də o olmuşdur. Ağdaş qəbristanlığında dəfn olunmuşdur. Dəfn mərasimində iştirak etmişdir. Onun ölüm faktını təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadə verərək bildirdi ki, Hacıyev Əlhəsəni uşaqlıqdan tanımışdır. Onunla qonşu olmuşdur. Rusiya Federasiyasında yaşayıb. Ağdaş şəhərində pinəçi işləmişdir. Əlhəsən Ağdaş xəstəxanasında 2009-cu ilin noyabr ayında rəhmətə getmişdir. Maşad qəbristanlığında dəfn olunmuşdur. Dəfn və yas mərasimində iştirak etmişdir. Onun ölüm faktını təsdiq edir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını və şahidlərin ifadələrini dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan Ağdaş RPŞ tərəfindən verilmiş 23 sentyabr 2005-ci il tarixli AZE 03059592 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X13 22 mart 1943-cü il tarixdə Ağdaş şəhərində anadan olmuş, Ağdaş şəh., M.Şeyxzadə küç ¾-də qeydiyyatda olmuşdur. İş materiallarında olan fotoşəkildən görünür ki, X2 məxsus qəbir daşı var, qəbir daşının üzərində doğum tarixi xx.xx.1955, ölüm tarixi xx.xx.2009 qeyd edilmişdir. İş materiallarında olan Ağdaş şəhər, Ağdaş Bələdiyyəsi tərəfindən verilmiş 06 mart 2025-ci il tarixli 69 saylı arayışdan görünür ki, Nümayəndə mərhum bacısı Ərizəçi həyat yoldaşı X6 xx.xx.1955-ci ildə anadan olmuş, xx.xx.2009-cu ilin dekabr ayında vəfat etmişdir. Mərhum Ağdaş rayon Maşad qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan “Tibbi ərazi Bölmələrini idarəetmə birliyi” Publik hüquqi şəxs “Ağdaş Rayon Mərkəzi xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş 05 fevral 2025ci il tarixli 18-1-22/2-M-69-xx-xx/2025 saylı məktubdan görünür ki, vəkalətnamə ilə nümayəndəsi olduğunuz bacınız Ərizəçi həyat yoldaşı X1 2009-cu il tarixdə vəfat etdiyini bildirmişsiniz. Vətəndaşın ölümündən uzun müddət keçdiyi üçün tərəflərindən qeydiyyata alına bilmir. İş materiallarında olan “Tibbi ərazi Bölmələrini idarəetmə birliyi” Publik hüquqi şəxs “Ağdaş Rayon Mərkəzi xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş 02 iyul 2025-ci il tarixli 18-1-22/2-960/2025 saylı məktubdan görünür ki, Ərizəçi həyat yoldaşı X1 2009-cu il tarixdə “Ağdaş RMX” PHŞ-də vəfat etdiyini bildirmişdir. “Ağdaş RMX” PHŞ-nin Arxiv bölməsi tərəfindən 2008-ci il, 2009-cu il və 2010-cu il tarixlərdə ölüm hallarının qeyd olunduğu tibbi sənədlər araşdırılmış, X1 ölüm şəhadətnaməsi tərəflərindən bu illərdə rəsmiləşdirilməmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-16- 5/8-M-289/2025 saylı məktubundan görünür ki, xx.xx.1955-ci ildə Ağdaş şəhərində anadan olan əriniz X1 ölümünü təsdiq edən sənədin olmaması nəzərə alınaraq ərizənizin təmin edilməsi mümkün deyil. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. İş materiallarında olan Cardam kənd soveti tərəfindən verilmiş 21 iyul 1963-cü il tarixli A3-567241 saylı doğum şəhadətnamənin surətindən görünür ki, X9 15 iyul 1963-cü il tarixdə anadan olmuşdur. X7, anası Ədilova Hamayə qızıdır. İş materiallarında olan 22 aprel 1982-ci il tarixdə verilmiş nikah haqqında şəhdətnamənin surətindən görünür ki, xx.xx.1955-ci il tarixdə anadan olmuş X4 ilə X9 22 aprel 1982-ci il tarixdə 349 saylı akt ilə nikahlarını rəsmi qeydə aldırmışlar. Nikah bağlandıqdan sonra ərə Hacıyev, arvada Hacıyeva soyadı verilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2 və 307.2.3-cü maddələrinə müvafiq olaraq, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, xx.xx.1955-ci il tarixdə anadan olmuş X1 xx.xx.2009-cu il tarixdə Ağdaş şəhərində vəfat etməsi faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, Ərizəçi ərizəsi əsaslıdır və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5ci maddəsinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qaydaların 8.2-ci maddəsinin tələbinə görə, ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1955-ci il tarixdə anadan olmuş X1 xx.xx.2009-cu il tarixdə Ağdaş şəhərində ölməsi faktı müəyyən olunsun. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mərhum X1 ölümünün qeydə alınması üçün əsasdır. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar