Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1008/2025 05.06.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X5, Ərizəçi nümayəndəsi Nümayəndə iştirakları ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi" tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi " tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1976-ci il tarixdə Ağdaş rayonu Pirəzə kəndində anadan olmuş X2 27 dekabr 2024cü il tarixdə Ağdaş rayonu Pirəzə kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, yoldaşı X6 xx.xx.1976-ci il tarixdə (pasportun surəti) Ağdaş rayonu Pirəzə kəndində anadan olmuşdur. O, xx.xx.2024-cü il tarixdə Ağdaş rayonu Pirəzə kəndində ölmüş və Ağdaş rayonu Pirəzə kənd qəbirstanlığında (11 nömrəli Ağdaş rayonu Pirəzə kənd bələdiyyəsinin arayışı və 4 ədəd fotoşəkil) dəfn edilmişdir. Başları qarışıq olduğu üçün yoldaşının rəhmətə getməsini dövlət qeydiyyatına aldıra bilməmişdir. Sonrada maraqlı orqan Maraqlı şəxsnə müraciət edib yoldaşı xx.xx.1976-cı il tarixdə Ağdaş rayonu Pirəzə kəndində anadan olmuş X2 ölümünü qeyd etdirmək istəyəndə ona “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci maddəsinə əsasən ölümün qeydə alınmasından imtina edilmiş və ona məhkəməyə müraciət etməyi tövsiyyə edildi. Hətta Ağdaş RMX-na müraciət etsə də ona Ağdaş rayon məhkəməsinə müraciət etməyi tövsiyyə edildi. Bu səbəbdən məcbur olub məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi Nümayəndə ərizəsinə uyğun izahat verərək bildirdi ki, X6 bacısının yoldaşı olmuşdur. Məhəmmədiyə 2024-cü ilin dekabr ayının 24-də qan xərcəngindən rəhmətə getmişdir. Rəhmətə gedən vaxt sahə həkimləri gəlib baxmışdır. Təxminən 2-3 ay xəstə yatmışdır. Vəfat etdikdən sonra Pirəzə kənd qəbirstanlığında dəfn edilmişdir. Həmin faktın təsdiq olunması əmlak məsələlərinin həlli üçün əhəmiyyətlidir. Ona görə də ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Maraqlı şəxs rəisi ədliyyə müşaviri Teymur Mustafayev 08 may 2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, mülki işə qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını və müvafiq qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadə verərək bildirdi ki, X6 onun sinif yoldaşı olub. 2024-cü ilin dekabr ayının 27-də rəhmətə gedib. Vəfat etdikdən sonra Pirəzə kənd qəbirstanlığında dəfn edilmişdir. Xəstəlikdən rəhmətə getmişdir. Rəhmətə gedən zaman yanında o və sahə həkimi olmuşdur. X2 ölüm faktını təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilən X11 ifadə verərək bildirdi ki, X6 onun xalası oğludur. 27 dekabr 2024-cü ildə rəhmətə getmişdir. Rəhmətə gedən vaxt yanında bacısı, anası və yoldaşı var idi. Məhəmmədiyyə 20-25 gün xəstə yatmışdır. X2 ölüm faktını təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilən X12 ifadə verərək bildirdi ki, X6 onun dostu idi. 27 dekabr 2024-cü il tarixdə rəhmətə getmişdir. Vəfat edərkən o, Məhəmmədiyyənin yanında olmuşdur. Pirəzə kənd qəbirstanlığında dəfn olunmuşdur. Yas mərasimində iştirak etmişdir. X2 ölüm faktını təsdiq edir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan Ağdaşı RPŞ tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli AZE 09777207 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.1976-ci il tarixdə Ağdaş rayon, Pirəzə kəndində anadan olmuşdur. İş materiallarında olan fotoşəkillərdən görünür ki, X3 məxsus qəbir daşı var, qəbir daşının üzərində doğum tarixi xx.xx.1976, ölüm tarixi xx.xx.2024 qeyd edilmişdir. İş materiallarında olan “Tibbi ərazi Bölmələrini idarəetmə birliyi” Publik hüquqi şəxs “Ağdaş Rayon Mərkəzi xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş 17 mart 2025ci il tarixli 18-1-22/2-Ə-204-42-180/2025 saylı məktubdan görünür ki, Ərizəçi həyat yoldaşı mərhum X2 xx.xx.2024-cü il tarixdə evində vəfat etdiyi gündən uzun müddət keçdiyi üçün tərəflərindən qeydiyyata alına bilmir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-16- 5/8-15-326/2025 saylı məktubundan görünür ki, xx.xx.1976-cı ildə Ağdaş rayonu Pirəzə kəndində anadan olan əriniz X2 ölümünü təsdiq edən sənədin olmaması nəzərə alınaraq ərizənizin təmin edilməsi mümkün deyil. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. İş materiallarında olan Ağdaş rayon İHB-nın Pirəzə kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 14 mart 2025-ci il tarixli 5-32-12/2-110/2025 saylı arayışdan görünür ki, Ərizəçi Ağdaş rayon Pirəzə kəndində qeydiyyatdadır və hazırda Pirəzə kəndində yaşayır. İş materiallarında olan Ağdaş rayon İHB-nın Pirəzə kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 17 mart 2015-ci il tarixli AZ-İİ 027733 saylı nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X6 ilə X13 arasındakı nikah 17 mart 2015-ci il tarixdə 05 saylı qeydi ilə qeydə alınmışdır. İş materiallarında olan Ağdaş rayon Pirəzə kənd soveti tərəfindən verilmiş 7 oktyabr 1976-cı il tarixli İV-356944 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X6 12 sentyabr 1976-cı il tarixdə anadan olmuşdur. X1, anası X4r. İş materiallarında olan Ağdaş rayon Pirəzə Bələdiyyəsi tərəfindən verilmiş 21 fevral 2025-ci il tarixli 11 saylı arayışdan görünür ki, Ağdaş rayon Pirəzə kəndində qeydiyyatda olmuş mərhum X6 xx.xx.2024-cü il tarixində vəfat etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2 və 307.2.3-cü maddələrinə müvafiq olaraq, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, xx.xx.1976-cı il tarixdə Ağdaş rayonunun Pirəzə kəndində anadan olmuş X2 27 dekabr 2024-cü il tarixdə Ağdaş rayonu Pirəzə kəndində vəfat etməsi faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, Ərizəçi ərizəsi əsaslıdır və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5ci maddəsinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qaydaların 8.2-ci maddəsinin tələbinə görə, ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 12 sentyabr 1976-cı il tarixdə Ağdaş rayonunun Pirəzə kəndində anadan olmuş X2 27 dekabr 2024-cü il tarixdə Ağdaş rayonunun Pirəzə kəndində ölməsi faktı müəyyən olunsun. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mərhum X2 ölümünün qeydə alınması üçün əsasdır. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №2(014)-1008/2025
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1008/2025
05.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver