Məhkəmə qərarları › İş №2(014)-1009/2024

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1009/2024

12.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1009/2024 12.09.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X*, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi" tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi" tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək, *8.07.*98*-ci il tarixdə Ağdaş şəhərində anadan olmuş X2 *7.02.*993-cü il tarixdə Ağdaş şəhərində epillepsiya xəstəliyi ilə vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi Maraqlı şəxsnə qarşı “şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi" tələbinə dair iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək bildirmişdir ki, iddia ərizəsində dəqiqləşdirmə aparılaraq *8.07.*98*-ci il tarixdə Ağdaş şəhərində anadan olmuş X2 *7.02.*993-cü il tarixdə Ağdaş şəhərində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsində göstərilir ki, ərizəçi işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Sədrlik edən Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin dəqiqləşdirilməsi barədə ərizəsini mümkün hesab etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, qızı X4 *8.07.*98*-ci il tarixdə Ağdaş şəhərində anadan olmuşdur. O, *7.02.*993-cü il tarixdə Ağdaş şəhərində epillepsiya xəstəliyi ilə ölmuş və Ağdaş şəhəri M.İsayev küçəsində yerləşən qəbirstanlığında (89 nömrəli Ağdaş rayonu bələdiyyəsinin arayışı və 3 ədəd fotoşəkil) dəfn edilmişdir. Hüzürləri düşdüyü üçün qızının rəhmətə getməsini dövlət qeydiyyatına aldıra bilməmişdir. Sonrada maraqlı olan Maraqlı şəxsnə müraciət edərək qızı *8.07.*98*-ci il tarixdə Ağdaş şəhərində anadan olmuş X2 ölümünü qeyd etdirmək istəyəndə ona “Vətəndaşlıq alınmasından imtina edilmiş və ona məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Hətta Ağdaş RMXna müraciət etsə də, ona Ağdaş rayon məhkəməsinə müraciət etməyi tövsiyyə edilmişdir. Bu səbəbdən məcbur olub məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək məhkəmədən ərizənin təmin edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin *85.5-ci maddəsinə əsaslanaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X5 bildirdi ki, Ərizəçi onun bacısıdır. Bacısının 3 övladı var idi, onlardan Anara *2 yaşında *7.02.*993-cü il tarixdə evdə sudurgası olduğundan rəhmətə getmişdir. Anara rəhmətə gedəndən sonra onlara xəbər verilmişdir. Yevlaxda yaşadığı üçün qəbristanlığa getməmişdir.Lakin yasda iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 bildirdi ki, ərizəçi onun qonşusudur. Ərizəçinin hazırda 2 övladı vardır. Bir övladı da rəhmətə getmişdir. Övladının adını xatırlamır. Həmin rəhmətə gedən uşağın **-*2 yaşı var idi. İş materiallarında olan Ağdaş RİHB-nın Ağdaş şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş, 2*.06.2024-cü il tarixli **83 saylı arayışdan məlum olur ki, Ərizəçi ünvan 1 ünvanda yaşayır. İş materiallarında olan “Tibbi ərazi bölmələrinin İdarəetmə birliyi” Publik hüquqi şəxs “Ağdaş rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxs tərəfindən verilmiş *2.06.2024-cü il tarixli *8-*-22/-A-442-42-360/2024 saylı məktubundan görünür ki, Ərizəçi övladı *8.07.*98*-ci il təvəllüdlü X2 *7.02.*993-cü il tarixdə evdə vəfat etdiyini bildirmişdir. Vətəndaşın ölümündən uzun müddət keçdiyi üçün tərəflərindən qeydiyyata alına bilmir. Bu səbəbdən Ağdaş rayon Məhkəməsinə müraciət etməyini tövsiyyə olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş ** iyun 2024-cü il tarixli 3-*6- 5/8-752/2024 saylı məktubundan görünür ki, *8.07.*98*-ci ildə Ağdaş şəhərində anadan olan övladı X2 ölümünü təsdiq edən sənədin olmaması nəzərə alınaraq ərizənin təmin edilməsi mümkün olmamışdır. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. İş materiallarında olan Ağdaş rayon Ağdaş Bələdiyyəsi tərəfindən verilmiş *0.06.2024-cü il tarixli 89 saylı arayışdan məlum olur ki, Ərizəçi mərhum qızı X4 *8.07.*98*-ci ildə anadan olmuş, *7.02.*993-cü il tarixdə vəfat etmişdir. Mərhum Ağdaş şəhəri M.İsayev küçəsində yerləşən qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan Ağdaş rayon VVAQ şöbəsi tərəfindən verilmiş 04.08.*98*-ci il tarixli doğum hqqında şəhadətnamənin surətindən görünür ki, X6 *8 iyun *98*-ci ildə Ağdaş şəhərində anadan olmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2 və 307.2.3-cü maddələrinə müvafiq olaraq, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, *8.07.*98*-ci il tarixdə Ağdaş şəhərində anadan olmuş X2 *7.02.*993-cü il tarixdə Ağdaş şəhərində vəfat etməsi faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, Ərizəçi ərizəsi əsaslıdır və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli, *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5ci maddəsinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qaydaların 8.2-ci maddəsinin tələbinə görə, ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. *8.07.*98*-ci il tarixdə Ağdaş şəhərində anadan olmuş X2 *7.02.*993-cü il tarixdə Ağdaş şəhərində ölməsi faktı müəyyən olunsun. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mərhum X2 ölümünün qeydə alınması üçün əsasdır. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən * ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar