Məhkəmə qərarları › İş №2(014)-1009/2025

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1009/2025

05.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1009/2025 05.06.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X6, Ərizəçi nümayəndəsi X10 iştirakları ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi" tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi " tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 18 yanvar 1984-cü il tarixdə Ağdaş rayonu Aşağı Qəsil kəndində anadan olmuş X7 23 aprel 1984-cü il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, oğlu X14 18 yanvar 1984-cü il tarixdə Ağdaş rayonu Aşağı Qəsil kəndində anadan olmuşdur. Oğlu, 23 aprel 1984-cü il tarixdə ölmüş və Ağdaş rayonu Aşağı Qəsil kənd qəbirstanlığında dəfn edilmişdir. Sonradan ona məlum olmuşdur ki, oğlunun rəhmətə getməsini dövlət qeydiyyatına aldıra bilməmişdir. Sonrada maraqlı orqan Maraqlı şəxsnə müraciət edib oğlu X7 ölümünü qeyd etdirmək istəyəndə ona “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci maddəsinə əsasən ölümün qeydə alınmasından imtina edilmişdir Bu səbəbdən məcbur olub məhkəməyə müraciət etmişdir. Bütün qeyd etdiklərini nəzərə alaraq 18 yanvar 1984cü il tarixdə Ağdaş rayonu Aşağı Qəsil kəndində anadan olmuş X7 23 aprel 1984-cü il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında Ərizəçi ərizəsinə uyğun izahat verərək bildirdi ki, oğlu X14 18 yanvar 1984-cü il tarixdə anadan olmuşdur, 3 ayı tamam olduqdan sonra rəhmətə getmişdir. Uşaq xəstəxanada rəhmətə getmişdir. Cavan olduğundan uşağın ölüm haqqında şəhadətnaməsini almalı olduğunu bilməmişdir. Heç kimdə ona bu barədə məlumat verməmişdir. Hazırda torpaq pulu almaq üçün həmin sənəd ona lazımdır. Ona görə də ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Maraqlı şəxs rəisi ədliyyə müşaviri Teymur Mustafayev 08 may 2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, mülki işə qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını və müvafiq qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid ifadə verərək bildirdi ki, Gülsuma onun qaynının yoldaşıdır. Gülsumanın 4 övladı olmuşdur. 1-i doğulandan 3 ay sonra, 1-i isə doğulduğu vaxt rəhmətə getmişdir. Uşağın adını xatırlamır. Rəhmətə getdikdən onu kənd qəbrstanlığında dəfn etmişlər. Onun ölüm faktını təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadə verərək bildirdi ki, Gülsuma onun qardaşının yoldaşıdır. Hazırda 2 uşağı var, lakin 4 uşağı olub. X14 1984-cü ilin yanvar ayında anadan olmuş, həmin ilin aprel ayında rəhmətə getmişdir. Rəhmətə getdikdən sonra uşağı kənd qəbrstanlığında dəfn etmişlər. Uşağın adını özü qoymuşdur. Onun ölüm faktını təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadə verərək bildirdi ki, Gülsuma onun qonşusudur. Onu gəlin gələn vaxtdan tanıyır. Hazırda Gülsumanın iki uşağı var. 1984-cü ildə dünyaya gələn övladı 4 aydan sonra rəhmətə getmişdir. Rəhmətə getdikdən sonra kənd qəbirstanlığında dəfn olunmuşdur. X7 ölüm faktını təsdiq edir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-16- 5/8-15-İ-316/2025 saylı məktubundan görünür ki, xx.xx.1984-cü ildə Ağdaş rayonu Aşağı Qəsil kəndində anadan olan əriniz X7 ölümünü təsdiq edən sənədin olmaması nəzərə alınaraq ərizənizin təmin edilməsi mümkün deyil. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. İş materiallarında olan “Tibbi ərazi Bölmələrini idarəetmə birliyi” Publik hüquqi şəxs “Ağdaş Rayon Mərkəzi xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş 12 mart 2025ci il tarixli 18-1-22/2-İ-195-42-169/2025 saylı məktubdan görünür ki, Ərizəçi oğlu mərhum X7 xx.xx.1984-cü il tarixdə evində vəfat etdiyi gündən uzun müddət keçdiyi üçün tərəflərindən qeydiyyata alına bilmir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 28 fevral 2025-ci il tarixli 3- 16-5/8-69-İ-258/2025 saylı doğum haqqında arayışın surətindən görünür ki, X14 18 yanvar 1984-cü il tarixdə anadan olmuşdur. X3, anası Ərizəçidır. İş materiallarında olan Qəsil kənd soveti tərəfindən verilmiş 10 aprel 1963-cü il tarixli 219923 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 2 mart 1956-cı il tarixdə anadan olmuşdur. X1, anası X5r. İş materiallarında olan Şəmsabad kənd soveti tərəfindən verilmiş 17 noyabr 1957-ci il tarixli 285901 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx xxxxxx 1956-cı il tarixdə anadan olmuşdur. İş materiallarında olan Ağdaş rayon Şəmsabad kənd soveti tərəfindən verilmiş 25 oktyabr 1978-ci il tarixli 250011 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə X13 arasındakı nikah 25 oktyabr 1978-ci il tarixdə 16 saylı qeydi ilə qeydə alınmışdır. İş materiallarında olan Ağdaş RİHB-nın Qulbəndə kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 11 mart 2025-ci il tarixli 5-32-12/2-99/2025 saylı arayışdan görünür ki, xx.xx.1956-cı il təvəllüdlü Ərizəçi həqiqətən də hal-hazırda Ağdaş rayon Aşağı Qəsil kəndində yaşayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2 və 307.2.3-cü maddələrinə müvafiq olaraq, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, 18 yanvar 1984-cü il tarixdə Ağdaş rayonunun Aşağı Qəsil kəndində anadan olmuş X7 23 aprel 1984-cü il tarixdə Ağdaş rayonu Aşağı Qəsil kəndində vəfat etməsi faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, Ərizəçi ərizəsi əsaslıdır və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5ci maddəsinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qaydaların 8.2-ci maddəsinin tələbinə görə, ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 18 yanvar 1984-cü il tarixdə Ağdaş rayonunun Aşağı Qəsil kəndində anadan olmuş X7 23 aprel 1984-cü il tarixdə ölməsi faktı müəyyən olunsun. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mərhum X7 ölümünün qeydə alınması üçün əsasdır. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar