Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1010/2024 09.09.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı şəxsin ölümüş elan edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Ağdaş rayon Cüvə kənd sakini X3 ilə 20*2-ci ildə rəsmi nikah qeyd etdirmədən evlənərək ailə qurmuşdur. Nikahı 07 iyun 20*6-cı il tarixdə Maraqlı şəxsndə rəsmiləşdirmişdir. Birgə nikahdan iki övladı - 03 sentyabr 20*3-cü il təvəllüdlü X4 və 20 may 20*5-ci il təvəllüdlü X5 anadan olmuşdur. Əri 0* may 2024-cii ildə işləmək üçün Ukrayna Respublikasının Donesk vilayətinə getmişdir. O, 24 may 2024cü il tarixdə həmin vilayətin döyüş bölgəsində yerləşən Yenakiyevo şəhərində odlu silah gülləsindən aldığı xəsarət nəticəsində vəfat etmişdir. Mərhumun ölüm faktı Yenakiyevo şəhər qeydiyyat şöbəsində qeydə alınmış və bu barədə adına ölüm haqqında şəhadətnamə verilmişdir. Mərhumun cənazəsi Azərbaycana gətirilmiş və Ağdaş rayonu Cüvə kənd qəbirstanlığında dəfn edilmişdir. Mərhum əri Azərbaycan Respublikasının vətəndaşı olduğuna görə Ölüm haqqında şəhadətnamənin Maraqlı şəxsndə qeydiyyata alınması üçün maraqlı orqan Maraqlı şəxsnə müraciət edəndə oradan bildirdilər ki, şəhadətnamə rus dilində tərtib edildiyindən Azərbaycan dilinə tərcümə olunmalı və notariat qaydada təsdiq edilməlidir. O, həmin şəhadətnaməni Maraqlı şəxsnə təqdim edəndə ona oradan bildirdilər ki, ölüm haqqında şəhadətnamə Rusiya Federasiyası, Donesk Xalq Respublikasının Ədliyyə Nazirliyinin Yenakiyevo şəhər ədliyyə idarəsi tərəfindən verimişdir. Lakin Azərbaycan dövləti RF Donesk Xalq Respublikasını rəsmi qaydada tanımadığına görə həmin şəhadətnaməni etbarlı hesab edə və Azərbaycan dilinə tərcimə edərək təsdiq edə bilmir. Ərinın adına verilmiş ölüm haqqında şəhadətnamə Azərbaycan Respublikası tərəfindən tanınmadığından onun ölüm faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Ərinin 24 may 2024-cü il tarixdə Ukrayna Respublikası Donesk vilayətinin Yenakiyevo şəhərində vəfat etməsi, həmin şəhadətnamə, ölüm səbəbi barədə arayış, gömrük sənədləri, onun nəşinin Ağdaş rayonunun Cüvə kənd qəbirstanlığında dəfn olunması barədə arayış və digər sənədlərlə təsdiq olunur. Ərinin ölüm faktının müəyyən edilməsi ona onun ölümündən sonra miras qalmış əmlakla əlaqədar vərəsəlik hüququnun əmələ gəlməsi və dövlət tərəfindən ailə başçısını itirmiş azyaşlı uşaqlara verilən müavinətin alması üçün üçün lazımdır. Ərizəçi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, məhkəmədə maraqlı orqan Maraqlı şəxsnə qarşı şəxsin ölmüş elan edilməsi faktının müəyyən edilməsi tələbi ilə müraciət etmişdir. Belə ki, ərizə tərtib edilərkən yanlışlığa yol verərək tələbində X2 ata adı səhvən Sultan kimi qeyd edilmişdir. Eyni zamandan Maraqlı şəxs olduğu halda maraqlı orqan kimi yazılmışdır. Hesab edir ki, həmin yanlışlıqlar düzəldilməsi üçün tələbi dəqiqləşdirilməli, Maraqlı şəxsnə qarşı 23.*0.*982-ci il tarixdə Ağdaş rayonu Cüvə kəndində anadan olmuş X2 24 may 2024-cü il tarixdə ölməsi etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in *85.5-ci maddəsinə əsasən cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid* ifadə verərək göstərdi ki, Bağdan onun qardaşı, ərizəçi isə onun qardaşı Bağdanın arvadıdır. Bağdan Ukraynaya işləmək üçün getmiş və orada kafedə atışma zamanı ölmüşdür. Daha sonra onun meyiti Azərbaycana gətrilərək dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadə verərək göstərdi ki, Bağdanı tanıyır. Bağdan Ukraynaya işləmək üçün getmiş və orada kafedə atışma zamanı ölmüşdür. Daha sonra onun meyiti Azərbaycana gətrilərək dəfn edilmişdir. İşin materiallarında olan AZE № *7874653 seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 23.*0.*982-ci il tarixdə Ağdaş rayonu, Cüvə kəndində anadan olmuşdur. İşin materiallarında olan Maraqlı şəxs tərəfindən arayışdan görünür ki, X3 ilə X* 07 iyun 20*6-cı il tarixdə *84 nömrəli akt qeydi ilə nikahlarını Maraqlı şəxsndə qeydə aldırmışlar. İşin materiallarında olan xx.xx.2024-cü il tarixdə verilmiş DNR № 39205* nömrəli şəhadətnamədən görünür ki, 23.*0.*982-ci il tarixdə doğulmuş X3 xx.xx.2024-cü il tarixdə ölmüşdür. İşin materiallarında olan xx.xx.2024-cü il tarixdə verilmiş 7*9 nömrəli ölümün səbəbi barədə arayışdan görünür ki, 23.*0.*982-ci il tarixdə doğulmuş X3 xx.xx.2024-cü il tarixdə boğazına güllə dəyməsi nəticəsində ölmüşdür. İşin materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış № 3-*6-5/8- M-736/2024 saylı, 05 iyun 2024-cü il tarixli məktubdan görünür ki, 23.*0.*982-ci il tarixdə Ağdaş rayonu, Cüvə kəndində anadan olmuş X2 ölümü haqqında şəhadətnamə olmadıqda ərizənin təmin edilməsi mümkün olmamış və məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İşin materiallarında olan Ağdaş rayon Qolqəti bələdiyyəsi tərəfindən verilmiş 06 iyun 2024-cü il tarixli, 23 saylı arayışdan görünür ki, X2 nəşi 28 may 2024-cü il tarixdə Qolqəti bələdiyyəsinin ərazisində yerləşən Cüvə kənd qəbirstanlığında dəfn olunmuşdur. Beləliklə, məhkəmədə ərizəçinin izahatından, şahidlərin ifadələrindən və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçinin əri X3 23.*0.*982-ci il tarixdə Ağdaş rayonu, Cüvə kəndində anadan olmuşdur. X3 işləmək üçün Ukrayna Respublikasının Donetsk vilayətinin Yenakievo şəhərinə getmiş və 24 may 2024-cü il tarixdə həmin şəhərdə yeməkxanada olan zaman boğazına güllə dəyməsi nəticəsində ölmüş, onun ölümü haqqında Donetsk Xalq Respublikası tərəfindən xx.xx.2024-cü il tarixdə, 7*9 nömrəli ölümün səbəbi barədə arayış və xx.xx.2024-cü il tarixdə, DNR № 39205* nömrəli şəhadətnamə verilmişdir. Bundan sonra X2 meyiti Azərbaycana gətrilmiş və Ağdaş rayonu, Cüvə kənd qəbiristanlığında dəfn edilmiş, lakin ərizəçi ərinin ölümünə dair sənədləri Qeydiyyat şöbəsinə təqdim etsə də, həmin sənədləri verən orqan Azərbaycan Respublikası ərazisində tanınmadığından onun ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi ərizəçi qızının ölümü haqqında şəhadətnaməsini başqa qaydada ala bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3**-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi əri 23 oktyabr *982-ci il tarixdə doğulmuş X2 24 may 2024-cü il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.* və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*7.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*7.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 307, 3** və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilsin. Ərizəçi oğlu 23 oktyabr *982-ci il tarixdə doğulmuş X2 24 may 2024-cü il tarixdə ölməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-1010/2024
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1010/2024
09.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver