Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1058/2024 19.08.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ X9 Ənvər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X*, Ərizəçi iştirakları ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “Ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “Ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 27 avqust *952-ci ildə Ağdaş rayonunda doğulmuş, Ağdaş şəhəri, C.Məmmədquluzadə küçəsi *4 saylı ünvanda yaşamış X2 25 noyabr 2023-cü il tarixdə Ağdaş şəhəri, C.Məmmədquluzadə küçəsi *4 saylı ünvanda infarktdan ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni belə əsaslandırmışdır ki, onun əri, 27 avqust *952-ci il təvəllüdlü X6 onkoloji xəstəlikdən əziyyət çəkmiş və yataq xəstəsi olmuşdur. Mübariz Kərimov 25 noyabr 2023-cü il tarixdə yaşadıqları Ağdaş şəhəri, C.Məmmədquluzadə küçəsi *4 ünvanında infarkt səbəbindən ölmüş və Ağdaş şəhəri, M.İsayev küçəsində yerləşən qəbiristanlıqda dəfn edilmişdir. O, ərinin ölümünü dövlət qeydiyyatına aldırmadığından 25 aprel 2024-cü il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə müraciət etmiş və ona cavab olaraq vətəndaşın ölümündən uzun müddət keçdiyinə görə qeydiyyata alınmasının mümkün olmadığı bildirilmiş və məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Həmçinin ölümün dövlət qeydiyyatına alınması üçün Maraqlı şəxsnədə müraciət etmiş, yenə də məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Məhkəmə iclasında Ərizəçi iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirdi ki, mərhum əri Mübariz Kərimov onkoloji xəstəlikdən əziyyət çəkmiş, 202*-ci ildə əməliyyat olunaraq mədəsi götürülmüşdür. Daha sonra əri insult keçirdiyindən, dünyasını dəyişən günə qədər yataq xəstəsi olmuşdur. 2* noyabr 2023-cü il tarixdə Mübariz Kərimov infarkt keçirmiş, 25 noyabr 2023-cü il tarixdə isə ölmüşdür. Əri öldüyü zaman X*3 çağırmışlar və X*3 əməkdaşları gələrək ölümü təsdiq etmişlər. Bir müddət sonra o, ölüm haqqında tibbi şəhadətnamə almaq üçün Ağdaş rayon Mərkəzi Xəstəxanasına müraciət etmiş, lakin ona şəhadətnamə alınması üçün gec müraciət etməsi bildirilmişdir. Bundan sonra o, Səhiyyə Nazirliyinə ərizə ilə müraciət etmiş və ona cavab olaraq məhkəməyə müraciət etməsi bildirilmişdir. Mərhum əri 2023-cü ilin noyabr ayında ölmüş, ölüm haqqında şəhadətnamənin alınması üçün xəstəxanaya 2024-cü ilin yanvar ayının sonları, fevral ayının əvvəlləri müraciət etmişdir. Qeyd olunanların nəzərə alınaraq ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin *85.5-ci maddəsinə əsaslanaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X7 izahat verərək bildirdi ki, Ərizəçi ilə qonşudur, eyni zamanda oğlu Fəridlə də dostdurlar. 23 noyabr 2023-cü il tarixdə Fərid ona zəng edərək atasının öldüyünü bildirərək onlara gəlməsini xahiş etmişdir. O, Fəridgilə getdikdə Mübarizin artıq öldüyünü görmüşdür. Həmin vaxt X*3 çağırmışlar və həkimlər gələrək Mübariz Kərimovun ölmünü təsdiq etmişlər. Həmçinin həmin vaxt evdə xeyli sayda insan olmaqla, molla kimi tanıdıqları İnqilab da orada olmuşdur. Mübariz Kərimov xeyli müddət idi xəstəlikdən əziyyət çəkirdi və yataqda yatırdı. X*2 şəhəri, M.İsayev küçəsində yerləşən qəbiristanlıqda dəfn edilmiş, dəfn və yas mərasimlərində də iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X3 izahat verərək bildirdi ki, mərhum Mübariz Kərimov bacısı Simuzərin əri olmuşdur. Mübariz bir neçə il əvvəl mədəsindən əməliyyat olmuş və xəstə olmaqla yatırdı. Son bir ildə Mübarizin ürəyində narahatlıq olmuş və infarkt keçirdiyindən ölmüşdür. Öldüyü zaman X*3 çağırılmış və ölümü təsdiqlənmişdir. Mübariz Kərimov öldüyü zaman qohumlar da orada olmuşdur. Mübariz Ağdaş şəhəri ərazisində yerləşən qəbiristanlıqda dəfn edilmiş, qadın olduğu üçün dəfndə iştirak etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X5 izahat verərək bildirdi ki, Ərizəçi ilə qonşu olmaqla illərlə eyni küçədə yaşayırlar və 40 ildir ki, mollalıq edir. Mübariz İbrahimovun illərdir xəstə olduğunu və əməliyyat olunduğunu eşitmiş, bir neçə dəfə yanına getmişdir. Mübariz İbrahimov ölərkən yanında olmuş, özü şəxsən meyiti yuyub kəfənləmiş və Ağdaş şəhəri, M.İsayev qəbiristnalığında da dəfn edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Ağdaş rayon VVAQ şöbəsi tərəfindən verilmiş 03 aprel *98*-ci il tarixli, İİ-ЖГ № 352280 nömərli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə Ərizəçi 03 aprel *98*-ci il tarixdə 48 nömrəli akt qeydi ilə nikahlarını qeydə aldırmışlar. Nikah qeydə alındıqdan sonra ərə Kərimov, arvada İbrahimova soyadı verilmişdir. Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 03 iyul 2024-cü il tarixli, 3-*6-5/8-İ- 805/2024 nömərli məktubdan görünür ki, 27 avqust *952-ci il tarixdə Ağdaş şəhərində doğulmuş X2 ölümünün qeydə alınması üçün zəruri olan ölüm haqqında tibbi şəhadətnaməsi olmadığından ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsi tərəfindən mümkün olmamış və məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. “Ağdaş rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən Ərizəçi ünvanlanmış 23 yanvar 2024-cü il tarixli, *8-*-22/2-İ-49-xx-xx/2024 nömrəli məktubdan görünür ki, vətəndaşın ölümündən uzun müddət keçdiyi üçün tərəflərindən ölüm qeydiyyata alına bilmir və məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxs tərəfindən Ərizəçi ünvanlanmış 02 iyun 2024-cü il tarixli, *8-*/2-İ-6750-3*-*2894/2024 nömrəli məktubdan görünür ki, Ərizəçi müraciətinə baxılmış və ona aidiyyati üzrə Ağdaş rayon Məhkəməsinə müraciət etməsi tövsiyyə olunmuşdur. Ağdaş rayon Ağdaş Bələdiyyəsi tərəfindən verilmiş 0* iyul 2024-cü il tarixli, 97 nömrəli arayışdan görünür ki, X6 27 avqust *952-ci il tarixdə doğulmuş, 25 noyabr 2023-cü il tarixdə ölmüşdür. Mərhum Ağdaş şəhəri, M.İsayev küçəsində yerləşən qəbiristanlıqda dəfn olunmuşdur. Məhkəmə ərizəçinin və şahidlərin izahatlarını dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.2 və 307.2.3-cü maddələrinə müvafiq olaraq, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 2*7.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli, *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci maddəsinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qaydaların 8.2-ci maddəsinin tələbinə görə, ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 nömrəli qərarının 9.*-ci bəndinə əsasən “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 4*-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 3* yanvar 20*8-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “ İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patolojianatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Həmin qərarın 9.4-cü bəndinə əsasən şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, 27 avqust *952-ci il tarixdə Ağdaş rayonunda doğulmuş X2 25 noyabr 2024-cü il tarixdə ölməsi faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, Ərizəçi ərizəsi əsaslıdır və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.* və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 2*7.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 2*7.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. **9.*-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “Ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi təmin edilsin. Ərizəçi əri, 27 avqust *952-ci il tarixdə Ağdaş rayonunda doğulmuş X2 25 noyabr 2023cü il tarixdə Ağdaş şəhəri, C.Məmmədquluzadə küçəsi *4 saylı ünvanda ölməsi faktı müəyyən edilsin. Hazırki qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsinin vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Məhəmməd Bağırov
Məhkəmə qərarları › İş №2(014)-1058/2024
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1058/2024
19.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver