Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1061/2025 29.05.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X7, Ərizəçi iştirakları ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi" tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi" tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 09 avqust 1942-ci il tarixdə anadan olmuş X6 05 avqust 2024-cü il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum qaynatası X10 09 avqust 1942ci ildə Ağdaş rayonunda anadan olmuşdur. X1 xx.xx.2024-cü ildə vəfat etmişdir. X1 vəfat etdiyi günədək onunla birgə ünvan 1 ünvanında onunla, həyat yoldaşı olan, oğlu X9 və ailə üzvləri ilə birgə yaşamışdır. X6 ölümünə səbəb ağır sürən xəstəliyi olmuşdur. X2 şəhər, İ.Qaradağlı küçəsində yerləşən qəbirstanlığında qonşu və qohumlarının iştirakları ilə dəfn edilmiş, yas mərasimi də onun və həyat yoldaşı olan oğlu X9 tərəfindən götürülmüşdür. Lakin həmin vaxt müəyyən səbəblərdən ölüm şəhadətnaməsi alınmamışdır. Bununla bağlı heç bir orqanada müraciət edilməmişdir. Hazırda mərhum atasının ölümünü təsdiq edən sənədləri başqa formada əldə etmək mümkün olmadığından ölüm şəhadətnaməsini almaq mümkün deyildir. Ona görə də X1nun ölümünün qeyd edilmə faktının məhkəmə qaydasında müəyyən edilməsi zəruridir. Məhkəmə iclasında Ərizəçi ərizəsinə uyğun izahat verərək bildirdi ki, qaynatası avqust ayının 4-də rəhmətə getmişdir. Qaynatası uzun müddət xəstə yatmış, xəstəxanada rəhmətə getmişdir. Yoldaşı burada olmadığından, özünün iş çoxluğundan qayınatasının ölüm şəhadətnaməsini ala bilməmişdir. Ona görə də ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Maraqlı şəxs rəisi ədliyyə müşaviri Teymur Mustafayev 08 may 2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, mülki işə qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını və müvafiq qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X12 ifadə verərək bildirdi ki, ərizəçi onun həm qonşusu həm də şəxsi psixoloqudur. Özü kəndin imamıdır. X10 2024-cü ilin avqust ayının 4-də rəhmətə getmişdir. Həmin vaxt Sevinc xanim ona zəng edərək Qismət dayının narahatlaşdığını və rəhmətə getdiyini bildirmiş, lakin mərhumun oğlu uzaqda olduğundan və dəfn mərasimində iştirak etməli olduğundan Abdullayev Qismət avqust ayının 5-də dəfn olunmuşdur. Həmin vaxt dini ayinlər oxumuş, cənazənin götürülməsində və dəfn olunmasında iştirak etmişdir. X6 ölüm faktını təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilən X20 ifadə verərək bildirdi ki, ərizəçi onun bacısıdır. Abdullayev Qismət ilə araları çox yaxşı olmuşdur. Abdullayev Qismət həm yaşlı idi həmdə şəkər xəstəliyindən əziyyət çəkirdi. Hətta müalicəsi üçün onu xəstəxanaya da aparmışdı. Abdullayev Qismət 4 avqust 2024-cü il tarixdə rəhmətə getmişdir. Oğlu uzaqda olduğundan onu gözləmiş, 5 avqust 2025-ci il tarixdə dəfn olunmuşdur. Ərizəçinin qardaşı olduğu üçün yas mərasimində və dəfn mərasimində iştirak etmişdir. X6 ölüm faktını təsdiq edir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan Ağdaşı RPŞ tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli AZE 03630861 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 09 avqust 1942-ci il tarixdə Ağdaş şəhərində anadan olmuşdur. İş materiallarında olan fotoşəkillərdən görünür ki, X8 məxsus qəbir daşı vardır. İş materiallarında olan “Tibbi ərazi Bölmələrini idarəetmə birliyi” Publik hüquqi şəxs “Ağdaş Rayon Mərkəzi xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş 30 yanvar 2025ci il tarixli 18-1-22/2-M-53-xx-xx/2025 saylı məktubdan görünür ki, siz etibarnamı ilə nümayəndəsi olduğunuz X4 atası X1nun xx.xx.2024-cü il tarixdə evində vəfat etdiyi bildirmişsiniz. Vətəndaşın ölümündən uzun müddət keçdiyi üçün tərəflərindən qeydiyyata alına bilmir. Bu səbəbdən Ağdaş rayon Məhkəməsinə müraciət etməyi tövsiyə olunur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-16- 5/8-15-M-12/25 saylı məktubundan görünür ki, 09 avqust 1942-ci ildə Ağdaş şəhərində anadan olan atanız X6 ölümünü təsdiq edən sənədin olmaması nəzərə alınaraq ərizənizin təmin edilməsi mümkün deyil. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. İş materiallarında olan Ağdaş rayon VVAQ bürosu tərəfindən verilmiş 27 fevral 111968-ci il tarixli A3 ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 20 fevral 1968-ci il tarixdə Ağdaş şəhərində anadan olmuşdur. X3, anası X5r. İş materiallarında olan Ağdaş rayon VVAQ şöbəsi tərəfindən verilmiş 07 iyul 2006-cı il tarixli AZ-İ 225929 saylı nikah haqqında şəhadətnamənijn surətindən görünür ki, X9 ilə X13 arasındakı nikah 07 iyun 2006-cı il tarixdə 108 saylı qeydi ilə qeydə alınmışdır. İş materiallarında olan Ağdaş rayon Bələdiyyəsi tərəfindən verilmiş 24 oktyabr 2024cü il tarixli 219 bsaylı arayışdan görünür ki, Ərizəçi qayınatası X10 09 avqust 1942-ci ildə Ağdaş rayonunda anadan olmuş, 05 avqust 2024-cü il tarixdə Ağdaş rayonunda vəfat etmişdir. Mərhum Ağdaş şəhəri İ.Qaradağlı küçəsində yerləşən şəhər qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2 və 307.2.3-cü maddələrinə müvafiq olaraq, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, 09 avqust 1942-ci il tarixdə Ağdaş şəhərində anadan olmuş X6 05 avqust 2024-cü il tarixdə Ağdaş şəhəri İ.Qaradağlı küçəsində vəfat etməsi faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, Ərizəçi ərizəsi əsaslıdır və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci maddəsinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qaydaların 8.2-ci maddəsinin tələbinə görə, ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 09 avqust 1942-ci il tarixdə Ağdaş şəhərində anadan olmuş X6 05 avqust 2024-cü il tarixdə Ağdaş şəhəri İ.Qaradağlı küçəsində ölməsi faktı müəyyən olunsun. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi X1nun ölümünün qeydə alınması üçün əsasdır. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №2(014)-1061/2025
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1061/2025
29.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver