Məhkəmə qərarları › İş №2(014)-1089/2020

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1089/2020

27.07.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1089/2020 27.07.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi U.Mustafayevanın katibliyi Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Ağdaş rayon Qeydiyyat şöbəsinə qarşı Ölüm faktının müəyyən edilməsi haqqında ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Ağdaş rayon Qeydiyyat şöbəsinə qarşı ölüm faktının müəyyən edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxxxx 1985-ci ildə anadan olmuş X2 xx xxxxxx 2005-ci il tarixdə Ağdaş rayonunun Ağzıbir kəndində suda boğulma səbəbindən, xx xxxx 1987-ci ildə anadan olmuş X1 xx xxxx 1996-cı il tarixdə Ağdaş rayonunun Ağzıbir kəndində və xx xxxxxx 1988-ci ildə anadan olmuş X3 isə xx xxxxxx 1998-ci il tarixdə Ağdaş rayonunun Ağzıbir kəndində talassemiya xəstəliyi səbəbindən səbəbindən ölmələri faktının müəyyən edilməsinə və Ağdaş rayon Qeydiyyat şöbəsində müvafiq ölüm faktlarının ölüm akt qeydləri kitabında qeydə alınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək bildirdi ki, o, xx xxxx 1982-ci ildə X7 ilə rəsmi nikah qeydə aldırmaqla ailə qurmuşdur. Onların birgə nikahından 5 övladı olmuşdur. Onlardan xx xxxxxxxx 1985-ci il təvəllüdlü X8 xx xxxxxx 2005-ci il tarixdə suda boğulma səbəbindən, xx xxxx 1987-ci ildə anadan olmuş X6 xx xxxx 1996-cı il tarixdə və xx xxxxxx 1988-ci ildə anadan olmuş X9 isə xx xxxxxx 1998-ci il tarixdə talassemiya xəstəliyi səbəbindən yaşadıqları Ağdaş rayonunun Ağzıbir kəndində vəfat etmişlər. Övladlarının hər üçü Ağdaş rayonunun Ağzıbir kənd qəbiristanlığında qonşuların və qohum-əqrəbaların iştirakları ilə dəfn edilmişlər. Onlarınn yas mərasimlərində qonşular və qohum-əqraba iştirak etmişlər. Övladları X8, X6 və X9 vəfat etdikləri günədək Ağdaş rayonu, Ağzıbir kəndində qeydiyyatda olmuşlar. Lakin bəzi səbəblərdən və səhlənkarlıqdan onların heç birinə ölüm haqqında şəhadətnamə alınmamışdır. Mərhum övladları X8, X6 və X3 ölüm qeydinin aparılması ilə bağlı Ağdaş rayon Qeydiyyat şöbəsinə müraciət etmişdir. Lakin Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən mərhumların ölümü haqqında akt qeydinin Ağdaş rayon Qeydiyyat şöbəsində qeydiyyata alınmaması səbəbindən məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Hazırda övladları X8, X6 və X3 ölümünü təsdiq edən sənədləri başqa formada əldə etmək mümkün olmadığından məhkəməyə müraciət etmişdir. Odur ki, ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbi barədə məlumat vermədiyi üçün məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsaslanaraq iş üzrə maraqlı şəxs Ağdaş rayon Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin edilməlidir. İş üzrə şahid X10 məhkəmə iclasında ifadə verərək Ərizəçi övladları xx xxxxxxxx 1985-ci il təvəllüdlü X2 xx xxxxxx 2005-ci il tarixdə suda boğulma səbəbindən, xx xxxx 1987-ci ildə anadan olmuş X1 xx xxxx 1996-cı il tarixdə və xx xxxxxx 1988-ci ildə anadan olmuş X9 isə xx xxxxxx 1998-ci il tarixdə talassemiya xəstəliyi səbəbindən yaşadıqları Ağdaş rayonunun Ağzıbir kəndində ölmələrini təsdiq etdi. İş üzrə şahid Orucova Xaraxanım Möysüm qızı məhkəmə iclasında ifadə verərək Ərizəçi övladları xx xxxxxxxx 1985-ci il təvəllüdlü X2 xx xxxxxx 2005-ci il tarixdə suda boğulma səbəbindən, xx xxxx 1987-ci ildə anadan olmuş X1 xx xxxx 1996-cı il tarixdə və xx xxxxxx 1988-ci ildə anadan olmuş X9 isə xx xxxxxx 1998-ci il tarixdə talassemiya xəstəliyi səbəbindən yaşadıqları Ağdaş rayonunun Ağzıbir kəndində ölmələrini təsdiq etdi. İş materialları ilə müəyyən edilir ki, Ərizəçi xx xxxx 1982-ci ildə X7 ilə rəsmi nikah qeydə aldırmaqla ailə qurmuşdur. xx xxxxxxxx 1985-ci il təvəllüdlü X2, xx xxxx 1987-ci ildə anadan olmuş X1 və X3 valideynləri Ərizəçi və X4r. xx xxxxxxxx 1985-ci il təvəllüdlü X8 xx xxxxxx 2005-ci il tarixdə suda boğulma səbəbindən, xx xxxx 1987-ci ildə anadan olmuş X6 xx xxxx 1996-cı il tarixdə və xx xxxxxx 1988-ci ildə anadan olmuş X9 isə xx xxxxxx 1998-ci il tarixdə talassemiya xəstəliyi səbəbindən yaşadıqları Ağdaş rayonunun Ağzıbir kəndində vəfat etmişlər. Lakin adlarına ölüm haqqında şəhadətnamə alınmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx xxxxxxxx 1985-ci ildə Ağdaş rayonu, Ağzıbir kəndində anadan olmuş X2 xx xxxxxx 2005-ci il tarixdə, xx xxxx 1987-ci ildə Ağdaş rayonu, Ağzıbir kəndində anadan olmuş X1 xx xxxx 1996-cı il tarixdə və xx xxxxxx 1988-ci ildə Ağdaş rayonu, Ağzıbir kəndində anadan olmuş X3 isə xx xxxxxx 1998-ci il tarixdə Ağdaş rayonu, Ağzıbir kəndində ölmələri faktı müəyyən edilsin və Ağdaş rayon Qeydiyyat şöbəsinə müvafiq ölüm faktının ölüm akt qeydləri kitabında qeydə alınması tapşırılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar