Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1163/2022 01.08.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı ölümün qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı ölümün qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum anası X6 xx.xx.*942-ci il tarixdə Ağdaş rayonunun Mürsəl kəndində anadan olmuşdur. 2022-ci ilin əvvəllərindən anası yataq xəstəsi olmuş və *2 fevral 2022-ci iİ tarixdə xəstəlikdən vəfat etmişdir. Savadsız olduğu üçün anasının rəhmətə getməsi barədə dövlət orqanlarına məlumat verməmişdir. Həmin günü qohumlarının iştrakları ilə anasını Ağdaş şəhəri M.İsayev küçəsində yerləşən qəbrsanlıqda dəfn etmişlər. Sonrada maraqlı orqan Maraqlı şəxsnə müraciət edib anasının ölümünü qeyd etdirmək istəyəndə ona “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-cü müddiasına əsasən ölümün qeydə alınmasından imtina edilmişdir. Bu səbəbdən məcbur olub məhkəməyə müraciət edir. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənləri təsdiq edərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Məhkəmə iclasında şahid qismində dindirilən X9 ifadə verərək göstərdi ki, ərizəçi onun xalası qızıdır. X* *2 fevral 2022-ci iİ tarixdə vəfat etmişdir. Xalası Ağdaş şəhəri M.İsayev küçəsində yerləşən qəbiristanlıqda dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X** da özündən əvvəl ifadə vermiş şahid X9 ilə eyni məzmunlu ifadə vermişdir. İşin materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş *4 iyun 2022-ci il tarixli, **75 saylı doğum haqqında arayışdan görünür ki, Ərizəçi xx xxxxxx *974-cü il tarixdə Ağdaş şəhərində anadan olmuş, atası X3, anası isə X4r. İşin materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 773 №-li, **.04.2022-ci il tarixli məktubdan görünür ki, ölümün qeydə alınması üçün zəruri olan sənəd təqdim edilmədiyindən ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsi tərəfindən mümkün olmamışdır. İşin materiallarında olan Azərbaycan Respublikası Ağdaş şəhər bələdiyyəsi tərəfindən verilmiş 57 №-li, **.04.2022-ci il tarixli arayışdan görünür ki, vəfat etmiş X2 şəhəri M.İsayev küçəsindəki qəbiristanlıqda dəfn olunmuşdur. İşin materiallarında olan “Ağdaş rayon Mərkəzi Xəstəxanası” X*6 tərəfindən verilmiş 05 aprel 2022-ci il tarixli, 252 saylı arayışdan görünür ki, X5 ölümündən uzun müddət keçdiyi üçün qeydiyyata alına bilmir. Bu səbəbdən məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Beləliklə, məhkəmədə ərizəçinin izahatından, şahidlərin ifadələrindən və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçinin anası X6 *2 fevral 2022-ci iİ tarixdə vəfat etmiş və Ağdaş şəhəri M.İsayev küçəsindəki qəbiristanlıqda dəfn edilmiş, lakin ərizəçi anasının ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi ərizəçi anasının ölümü haqqında şəhadətnaməni başqa qaydada ala bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3**-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi anası X5 *2 fevral 2022-ci iİ tarixdə ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.* və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*7.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*7.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 307, 3** və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair ərizəsi təmin edilsin. Ərizəçi anası X5 *2 fevral 2022-ci iİ tarixdə ölməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-1163/2022
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1163/2022
01.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver