Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1181/2025 10.07.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X1, Ərizəçi nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi" tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi" tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 2 mart 2003-cü il təvəllüdlü X3 xx.xx.2005-ci ildə Ağdaş şəhərində vəfat etməsi faktının müəyyən edilməsini, X7 barədə ölüm haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, ərizəçi şəxs, Ərizəçi X6 ilə 2002-ci ildə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından xx.xx.2003-cü il tarixində X7 dünyaya gəlmişdir. Övladı Nicat 2005-ci il dekabr ayının 15-də vəfat etmişdir və Ağdaş rayonu Padar qəbirstanlığında dəfn olunmuşdur (məzarından fotoşəkil əlavə olunur). Müəyyən səbəblərdən indiyə qədər övladı Ərizəçi ölüm haqqında şəhadətnamə almamışdır. Maraqlı şəxs tərəfindən verilən xx.xx.2025-ci il tarixli 3-16-55/8-15-264/25 nömrəli sənəddən məlum olduğu kimi, ölümü təsdiq edən sənəd olmadığı üçün ölüm faktının müəyyən edilməsi mümkün olmamışdır. Bu səbəblə məhkəməyə müraciət olunması tövsiyyyə olunmuşdur. Ağdaş şəhəri, Ağdaş Bələdiyyəsi tərəfindən verilən xx.xx.2025-ci il tarixli 68 nömrəli arayışdan məlum olduğu kimi, mərhum X7 2005-ci ilin dekabr ayında vəfat etmiş və Padar qəbirstanlığında dəfn olunmuşdur. “Ağdaş Rayonu Mərkəzi Xəstəxanası” X15 tərəfindən xx.xx.2025-ci il tarixli 18-1-22/2-B-145-42-126/2025 nömrəli “ölüm şəhadətnaməsinin verilməsi barədə” arayışdan göründüyü kimi mərhum X3 ölümündən uzun müddət keçdiyi üçün qeydiyyata alına bilməmişdir. 2006-cı ildə anası X2 verilən “torpağın mülkiyyətə verilməsinə darir şəhadətnamə” verilərkən mərhumun adı da həmin siyahıda qeyd olunmuşdur. Mərhumun ölüm haqqında şəhadətnaməsi mövcud olmadığı üçün həmin torpaq sahəsinə dövlət reyestrindən çıxarış almaq üçün müraciət etmək mümkün deyildir. Bu səbəbdən mərhum X3 ölüm faktının məhkəmə qaydasında müəyyən olunmasına ehtiyac yaranmışdır. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi Nümayəndə ərizəyə uyğun izahat verərək bildirdi ki, 2003-cü il tarixdə Nicat anadan olmuş, 2005-ci il tarixdə rəhmətə getmişdir. Şəhadətnamə alınması üçün müraciət etmiş, lakin imtina edilmişdir. Ağdaş rayonu Padar qəbirstanlığında dəfn olunmuşdur. Ölüm faktını təsdiq edən şahidləri də vardır. Ona görə də ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Maraqlı şəxs rəisi ədliyyə müşaviri Teymur Mustafayev 05 iyun 2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, mülki işə qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını və müvafiq qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadə verərək bildirdi ki, Vüqar qonşusudur. 15-20 il olar tanıyır. Nicat rəhmətə getmişdir. Ağdaş rayonu Padar qəbirstanlığında dəfn olunmuşdur. Onun ölüm faktını təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilən X10 ifadə verərək bildirdi ki, Vüqarı tanıyır, xalası oğludur. Uşaq iki yaşı olanda rəhmətə getmişdir. Ağdaş rayonu Padar qəbirstanlığında dəfn olunmuşdur. Onun ölüm faktını təsdiq edir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını və şahidlərin ifadələrini dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan fotoşəkillərdən görünür ki, X5 məxsus qəbir daşı var, qəbir daşının üzərində doğum tarixi 2002, ölüm tarixi 2005 qeyd edilmişdir. İşin materiallarında olan Ağdaş rayon VVADQ şöbəsi tərəfindən 8 may 2003-cü ildə verilən, AZ-İ 343186 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X7 02 mart 2003-cü ildə Ağdaş şəhərində anadan olmuşdur. Atası Ərizəçi anası isə X4r. İşin materiallarında olan Ağdaş rayon VVADQ şöbəsi tərəfindən 14 mart 2002-ci il tarixində verilmiş, 409115 saylı nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi və X6 14 mart 2002-ci ildə birgə nikaha daxil olmuşlar. Nikahın bağlanması haqqında akt qeydləri kitabınd 14 mart 2002-ci il tarixli 89 saylı qeyd aparılmışdır. İşin materiallarında olan Azərbaycan Respublikası Ağdaş şəhəri Ağdaş Bələdiyyəsi tərəfindən verilən 04 mart 2025-ci il tarixli, 68 nömrəli Arayışdan görünür ki, Ərizəçi mərhum oğlu X7 xx.xx.2003-cü ildə anadan olmuş, 2005-ci ilin dekabr ayında vəfat etmişdir. Mərhum Ağdaş rayon Padar qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan “Tibbi ərazi Bölmələrini idarəetmə birliyi” X15 “Ağdaş Rayon Mərkəzi xəstəxanası” X15 tərəfindən verilmiş 27 fevral 2025-ci il tarixli 18-1-22/2-B-145- 42-126/2025 saylı məktubdan görünür ki, Ərizəçi oğlu X3 2005-ci ildə Ağdaş rayonu, Yuxarı Qəsil kəndində vəfat etdiyi gündən uzun müddət keçdiyi üçün tərəflərindən qeydiyyata alına bilmir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 28 fevral 2025-ci il tarixli 3- 16-5/8-15-264/2025 saylı məktubundan görünür ki, 02 mart 2003-cü ildə Ağdaş şəhərində anadan olan övladınız X3 ölümünü təsdiq edən sənədin olmaması nəzərə alınaraq ərizənizin təmin edilməsi mümkün deyil. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, Ərizəçi 100 (yüz) manat dövlət rüsumu, 0.40 (qırx qəpik) manat xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2 və 307.2.3-cü maddələrinə müvafiq olaraq, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, 2 mart 2003-cü il tarixdə anadan olmuş X3 xx.xx.2005-ci il tarixdə Ağdaş şəhərində vəfat etməsi faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, Ərizəçi ərizəsi əsaslıdır və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5ci maddəsinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. əli Həmin Qaydaların 8.2-ci maddəsinin tələbinə görə, ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 2 mart 2003-cü il tarixdə anadan olmuş X3 15 dekabr 2005-ci il tarixdə Ağdaş şəhərində ölməsi faktı müəyyən olunsun. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mərhum X3 ölümünün qeydə alınması üçün əsasdır. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №2(014)-1181/2025
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1181/2025
10.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver