Məhkəmə qərarları › İş №2(014)-1195/2023

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1195/2023

24.08.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1195/2023 24.08.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi, İddiaçı, Cavabdeh vəkili və nümayəndəsi X3 iştirakları ilə İddiaçı Cavabdeh qarşı yaşayış evindən (mənzildən) məcburi çıxarma, özünə və ərinə məxsus yaşayış evinə köçürmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı yaşayış evindən (mənzildən) məcburi çıxarma, özünə və ərinə məxsus yaşayış evinə köçürmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvandakı 63,7 kv.m. ümumi sahəsi olan mənzil DƏDRX-dən verilmiş, qeydiyyat tarixi xx.xx.2017-ci il olan çıxarışa əsasən atası X6 tam xüsusi mülkiyyətindədir. Ağdaş Rayon Məhkəməsinin 2(014)-368/2019 saylı qətnaməsinə əsasən onların iddia tələbləri təmin edilmiş, iddiaçı, yəni İddiaçı və onun xx.xx.2016-cı ildən rəsmi nikahda olduğu arvadı X4 birlikdə Ağdaş şəhəri, H.Əliyev prospekti dalan 9, ev 18, mənzil 10-a köçürülmələri qət edilmişdir. Məhkəmənin həmin qətnaməsinin icrası qaydasında o, həmin evə və ünvana köçürülmüş və birgə nikahlarından xx.xx.2018-ci ildə doğulmuş uşaqları X11 ilə birlikdə həmin ünvanda daimi yaşayış yeri üzrə qeydiyyata alınmışlar. Ondan və azyaşlı uşağından başqa həmin ünvanda yalnız anası X12 qeydiyyatda vardır. Ağdaş Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qərarının belə olmasına baxmayaraq rəsmi nikahda olduğu arvadı və bir azyaşlı övladı bu günə kimi həmin mənzildə yaşaması təmin edilə bilməmişdir. Buna səbəb qeyd olunan ünvandakı mənzildə heç bir qeydiyyatı, heç bir yaşamaq və ya istifadə hüququ olmayan, qeydə alınmayan, özbaşına şəkildə və qeydiyyatsız yaşayan, rəsmi olaraq Ağdaş rayonu, Türyançay qəsəbəsində ərdə olan, ərdə olduğu zaman birgə tikdirdikləri və daimi yaşayış yeri üzrə qeydiyyatda olduqları şəxsi mülkiyyətdə evləri olduğu halda bu mənzildə yaşamalarına imkan verməyən Cavabdehdır. Cavabdeh özü və 13 yaşında övladı, bir çox hallarda isə əri Kərimov Sahib heç bir hüquqi əsasları olmadığı halda bu mənzildə onların, yəni iddiaçının ailəsinin dinc və sakit şəraitdə daimi köçüb yaşamaqlarına, evə köçürülməsi hüququ olan arvadını və azyaşlı övladının evə köçürmələrinə imkan vermir. Hələ bunlar azmış kimi həmin şəxslər onu öz evində bir neçə dəfə döymüş, ona zor tətbiq etmiş, buna görə inzibati qərarla cərimə olunmuşlar. Ürək çatışmamazlığı səbəbi ilə İ dərəcəli əlildir. Buna belə baxmayaraq həmin şəxslər ona evdə dinc yaşamağa imkan vermir, daimi olaraq evdə qəsdən onunla açıq düşmənçilik edirlər. Cavabdeh və 13 yaşlı qızı heç bir müvafiq hüquqi əsaslar olmadan onların yaşadıqları mənzildə yaşayır, oradan özbaşına şəkildə istifadə edir, mülkiyyət hüquqlarını pozmaqda davam edir. Ona mənzil sahəsindən könüllü çıxması ilə əlaqədar etdiyi müraciətlər nəticəsiz qalmışdır. Odur ki, qeyd olunan məsələlərə məhkəmə qaydasında baxılması və həll edilməsi üçün hazırkı iddia ərizəsi ilə müraciət edir. Qeyd olunanlarla bərabər hesab edir ki, xüsusi mülkiyyət hüququ əsasında ayrıca olaraq özünə və ərinə məxsus yaşayış evi olan, 2010-cu ildən faktiki olaraq 2020-ci ilə kimi özünün və digər iki nəfər ailə üzvünün də yaşadığı, daimi yaşayış yeri üzrə qeydiyyatda olduğu evi olan cavabdeh hazırki mənzildən məcburi qaydada çıxarılmalıdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh vəkili və nümayəndəsi X9 izahat verərək bildirmişdir ki, sözü gedən mülkiyyətdə cavabdehin də payı vardır və həmin mülkiyyət onlara atasında qalıb. İddiaçınnı iddiası tam əsassızdır. Buna görə də iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, işin materiallarında olan 16 avqust 2023-cü il tarixdə Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 683 saylı nikah haqqında arayışdan görünür ki, Əsədov X5 Kəmalə Kamil qızı ilə 21 sentyabr 2016-cı il tarixdə 295 №-li akt qeydi əsasında nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra ərə Əsədov, arvada Əsədova soyadı verilmişdir. İşin materiallarında olan 16 avqust 2023-cü tarixdə Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 682 saylı doğum haqqında arayışdan görünür ki, X11 25 aprel 2018-ci il tarixdə Ağdaş şəhərində doğulmuş, atası İddiaçı, anası Cavabdehdır. İşin materiallarında olan 05 avqust 2008-ci il tarixdə Rusiya Federasiyası Krasnoyarsk diyarı Manski rayon Narvinsk kənd administrasiyası tərəfindən verilmiş İİ-БА 548709 saylı doğum haqqında şəhadətnamənin tərcümə edilmiş surətindən görünür ki, X13 13 dekabr 2000-ci il tarixdə Rusiya Federasiyası Krasnoyarsk diyarı Manski rayon Şalinsk kəndində doğulmuş, atası İddiaçı, anası X2. İşin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 09 aprel 2019-cu il tarixli, 2(014)-368/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, iddiaçi Əsədov İddiaçı Kəmalə Kamil qızı ilə birlikdə ünvan 3-da yerləşən yaşayış evinə köçürülməsi qət edilmişdir. İşin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 22 aprel 2022-ci il tarixli, 2(014)-244/2022 saylı qətnaməsinin surətindən görünür ki, iddianın qismən təmin edilməsi, 25 oktyabr 2017-ci il tarixdə vəfat etmiş X6 ölümündən sonra ondan miras qalmış Ağdaş şəhəri, H.Əliyev prospekti, dalan 9, 18 nömrəli evin ümumi sahəsi 63.7 kv.m olan 10 nömrəli mənzilinin miras əmlak kimi qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin uzadılması, 25 oktyabr 2017-ci il tarixdə vəfat etmiş X6 ölümündən sonra ondan miras qalmış Ağdaş şəhəri, H.Əliyev prospekti, dalan 9, 18 nömrəli evin ümumi sahəsi 63.7 kv.m olan 10 nömrəli mənzilində iş üzrə iddiaçılar X12, X7, Cavabdeh İnqlab qızı və cavabdeh İddiaçı payları bərabər hissədə, yəni hər birinə 1/4 (dörddə bir) hissədə müəyyən edilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. İşin materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş RX seriyalı, № ******* saylı çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən 63,7 hektar olan fərdi yaşayış evi X6 mülkiyyətinə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il tarixdə ********** nömrə ilə qeydə alınmışdır. İşin materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş çıxarışın təsdiqlənmiş surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən 63,70 hektar olan fərdi yaşayış evi X12, X7, Cavabdeh və İddiaçı mülkiyyətinə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə ********** nömrə ilə qeydə alınmışdır. İşin materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti Mənzil X1 Təmir Müəssisəsi tərəfindıən verilmiş 22 may 2023-cü il tarixli, 200 saylı arayışdan görünür ki, Ağdaş şəhəri SU-18 qəsəbəsində (hazırda H.Əliyev prospekti 9/18/10) ünvanında 1972-ci il təvəllüdlü İddiaçı, 1950-ci il təvəllüdlü X12 və 2018-ci il təvəllüdlü X11 qeydiyyatdadırlar. İşin materiallarında olan Ağdaş RPŞ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1972-ci il tarixdə Ağdaş rayonunda doğulmaqla, Ağdaş şəhəri SU-18 qəsəbəsində (hazırda H.Əliyev prospekti 9/18/10) ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Məhkəmə qeyd edir ki, konkret yaşayış sahəsindən istifadə hüququndan fayda həmin sahədə yaşamaqdan ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Beləliklə, iş üzrə müəyyən olunmuş faktiki hallardan məlum olur ki, X6 vəfatından sonra ondan miras qalmış Ağdaş şəhəri, Heydər Əliyev prospekti dalan 9, ev 18, 10 nömrəli mənzili iddiaçılar X12, X7, Cavabdeh İnqlab qızı və cavabdeh İddiaçı faktiki qəbul etmiş, həmin miras əmlaka sahiblik etmişlər. Ağdaş şəhəri, H.Əliyev prospekti, dalan 9, 18 nömrəli evin ümumi sahəsi 63.7 kv.m olan 10 nömrəli mənzilində X12, X7, Cavabdeh İnqlab qızı və cavabdeh İddiaçı payları bərabər hissədə, yəni hər birinə 1/4 hissədə müəyyən edilmişdir. Hazırda iddiaçı cavabdehin həmin mənzildən çıxarılmasını tələb edir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı yaşayış evindən (mənzildən) məcburi çıxarma, özünə və ərinə məxsus yaşayış evinə köçürmə tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı yaşayış evindən (mənzildən) məcburi çıxarma, özünə və ərinə məxsus yaşayış evinə köçürmə tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar