Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1203/2022 09.09.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Fərəcova Gülnarə Kamal qızının katibliyi İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı 1650 manat məbləğində pul, 200 manat mənəvi zərər və təzminat, 60 manat dövlət rüsumu tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı 1650 manat məbləğində pul, 200 manat mənəvi zərər və təzminat, 60 manat dövlət rüsumu tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddiasını müfadiə edərək bildirdi ki, o, ehtiyaclarını ödəmək üçün Ağsu rayonu, Gəgəli kəndinin qışlaq sahəsində kiçik təsərrüfatı olmaqla 7 baş iribuynuzlu mal, 146 baş xırda buynuzlu heyvan saxlayır. Zərdab rayon sakini Əşrəf adlı şəxslə əlaqə saxlayaraq çobana ehtiyacı olduğunu bildirmiş, Əşrəf Cavabdeh adlı tanışına telefon vasitəsi ilə zəng edərək onu xəttə qoşub onu, yəni Asifi çoxdan tanıdığını, Asifin çobana ehtiyacı olduğunu, işləmək istəyirsə onunla danışıb razılığa gəldikdən sonra gedib onunla işləməyi məsləhət bildi. Həmin söhbətdən 25-30 gün keçməsinə baxmayaraq Fəzair hər gün onun telefonuna qısa zənglər atırdı. 12 dekabr 2020-ci il tarixdə axşam saat 21:00 radələrində Fəzair ona zəng edərək ona yol pulu verməsini və əvvəl işlədiyi yatağa 850 manat məbləğində borcu olduğunu, yatağın sahibinin yeni çoban gətirdiyini, ona görə də çöldə qaldığını bildirdi. Həmin vaxt pulu olmadığından Rabitəbankdan kredit götürmüş, həmin puldan 850 manat götürərək Zərdab rayonu yaxınlığında yerləşən yatağa Fəzairin yanına gedib və həmin yatağa yeni çoban gəldiyini, Fəzairin veşlərinin çöldə olduğunu gördü və həmin gün 850 manat Fəzairə, 100 manat makler pulu, 150 manat maşın pulu verdi. Yataqdan çıxıb öz yatağına qayıdarkən Fəzair ona Zərdab rayonu yaxınlığında bacanağının olduğunu, onlara gedib sonra fermaya gedəcəklərini dedi və onalr Fəzairin bacanağıgilə gedib yemək yedikdən sonra onun yatağına gəldilər. Onlar yatağa gəlikdən sonra yemək yeyib Fəzair və iki körpə uşaqları gedib yatdılar. 14 dekabr 2020-ci il tarixdə səhər tezdən Fəzair ona burada iləmək istədiyini bildirdi. O, isə Fəzairə maşının girov qoyub kredit götürdüyünü, həmin kreditdən 850 manat ona verdiyini, həmin pulu qaytarmasını, ya da qalıb işləməsini, ona hər ay 250 manat, 150 manat verəcəyini və 100 manatı borcuna çıxacağını, beləliklə 8-9 ay yataqda işləyəcəyini bildirdi. Əgər bununla razı deyilsə birlikdə başqa yer tapıb onu həmin yerə yerləşdirsin və Fəzair oradan 850 manat alıb ona olan borcunu qaytarsın. Fəzair isə ona adam və yataq tapacağını, ona 800 manat pul verəcəklərini və gəlib onu aparacaqlarını bildirdi. Fəzair uşaqlarını da üstbaşlarını batırmamaq üçün onun evinə getirib qoyurdu. Fəzair ona və oğluna pis söyüşlər söymüşdü. Gəlib ondan çörək istədikdə üzr istəyərək böyük bir səhv etdiyini bildirdi və o, Fəzairə söz deməyərək çörəyini, çayını, siqaretini verirdi, beləcə yaşayırdılar, Fəzair onun telefonundan başqa şəxslərə də zəng edirdi. 27 dekabr 2020-ci il tarixdə oğlu ona səhər saat 06:00 radələrində qara atı minərək uşaqlarını da götürüb getdiyini bildirdi. 20 gün atı axtarıb tapa bilmədilər. Fəzair 3 gün qoyunları otarmağa apardıqda 4 baş qoyunu satıb və balaları evdə əksik qalıb. Hər yeri axtarmaqlarına baxmayarq qoyunların nə dirisi, nə ölüsü tapılmadı. 06 yanvar 2021-ci il tarixdə Cavabdeh zəng edərək pulunu tələb etmiş, Fəzair isə ona 800 manat pulu tapacağını, 10 yanvar 2021-ci il tarixdə uşaqlarının paltarlarını, ona aid yorğan-döşəyi və veşlərini gətirməsini və 800 manat borcunu verəcəyini bildirdi. 08 yanvar 2022-ci il tarixdə Fəzairin nömrəsindən ona zəng gəldi və telefonda tanımadığı bir şəxs Daşkəsənli olduğunu, Fəzairlə yeyib-içdiyini bildirdi və onun ünvanına söyüşlər söyərək, təhqir etdi. Səhər Fəzairə zəng edib məsələyə aydınlıq gətirmək istədikdə Fəzair ona Polisə getməməsini xahiş etdi və o, da heç kimə heçnə demədi. 10 yanvar 2021-ci il tarixə kimi Fəzair onun zənginə cavab vermədi. Nəhayət 26 yanvar 2021-ci il tarixdə o, Fəzairlə telefonla danışarkən Fəzair ona yenə də 15 fevral 2021-ci il tarixdə ona aid veşləri gətirməsini və 800 manat pulu aparmasını bildirdi. Həmin gündən Fəzairə zəng etməsinə baxmayaraq Fəzair onun zənglərinə yenə də cavab vermirdi. 06 yanvar 2021-ci il tarixdə tanımadığı nömrədən ona zəng gəldi. Zəng edən şəxs özünü təqdim edərək Fəzairin anası Saqibə olduğunu, zəng etdiyi nömrənin nəvəsi Elnura aid olduğunu, onunla görüşmək istədiyini və onun yanına gəlməsini xahiş etdi və bildirdi ki, eşitdiyinə görə Fəzair onun dörd qoyununu itirməyib, satıb pulunu da cibinə qoyub və onun yanından qaçıb. Fəzairi məhkəməyə verməsini və onun da şahid kimi göstərilməsini məsləhət gördü və məhkəməyə gələrək hər şeyin düzünü deyəcəyini bildirdi. Odur ki, Cavabdeh bütünlüklə çəkdiyi xərclərin dəyəri olan 1650 manat pulun, 200 manat mənəvi zərərin və 60 manat dövlət rüsumunun əvəzinin alınaraq onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəməyə daxil olmuş yazılı məlumatdan görünür ki, iş üzrə Cavabdeh qeydiyyatda olduğu Ağdaş rayonu, Bulaqotağı kəndində yaşamadığı üçün məhkəmə bildirişini ona təqdim etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsaslanaraq məhkəmə iş üzrə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını və şahid ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. İş üzrə şahid X1 məhkəmə iclasında ifadə verərək Asif ilə qonşu kənddə yaşadığını, taksi fəaliyyəti ilə məşğul olduğunu, Asifin ona zəng edərək Zərdab rayonuna getməli olduğunu və birlikdə Zərdab rayonuna getdiklərini, orada Fəzair adlı şəxsə 450 manat pul verdiyini, Fəzairi oradan çıxarması üçün 100 manat makler pulu verdiyini, Asifin ailəsinə həmişə bazarlıq edib gətirdiyini, Asifin yatağına gəldikdə Asifin 4 baş qoyunun itdiyini, qoyunların nə ölüsü, nə də dirisinin tapılmadığını, Fəzairlə mübahisə etdiyini, Fəzairə qoyunların ölübsə ölüsünün göstərməsini tələb etdiyini bildirdi. İş materiallarında olan Azərbaycan Respublikası Ağsu rayonu İcra Hakimiyyəti Başçısının Gəgəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 16 iyun 2022-ci il tarixli, 204 nömrəli arayışdan görünür ki, İddiaçı Ağsu rayonu, Gəgəli kəndində yaşayır. İş materiallarında olan “Ağdaş Rayon Mərkəzi Xəstəxənası” publik hüquqi şəxsi tərəfindən verilmiş 16 iyun 2022-ci il tarixli, 532 nömrəli arayışdan görünür ki, Ağsu rayonu, Gəgəli kənd sakini, 1959-cu il təvəllüdlü İddiaçı “Şəkərli diabet ikinci tip, orta ağır forma, İnsulin tələli” diaqnozu ilə “Ağsu RMX” PHŞ-nin endokrinoloji kabinentində dispanser qeydiyyatda dayanır. Azərbaycan Respublikası Mülki Məclləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərər vurmayan şəxsin öhdəsinə qoyula bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərlir ki, «Qanunverici bir sıra normativ hüquqi aktlarda maddi zərərlə yanaşı mənəvi zərərin mövcudluğunu qəbul edir və belə zərəri yetirən şəxsin məsuliyyətini nəzərdə tutur. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloci reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır». Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 03 noyabr 2008-ci il tarixli Qərarında göstərilir ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır». Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardAn istifadə etməlidir. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında müəyyən edildi ki, cavabdeh iddiaçı ilə razılığa gələrək onunla işləməyə razılaşmış, əvvəl işlədiyi yerə olan borcunu ödəmək üçün iddiaçıdan 850 manat almış, həmçinin iddiaçı onunla əldə edilmiş razılaşmaya görə 100 və 150 manat xərcləmiş, baş qoyunu oğurlayaraq 500 manat məbləğində, cəmi 1600 manat ziyan vurmuşdur. İddiaçının izahatı və şahid ifadəsi ilə müəyyən edildi ki, cavabdeh iddiaçının etibarından sui-istifadə edərək ona maddi ziyan vurmuş, lakin iddiaçı tərəfindən ona dəfələrlə vurduğu ziyanın ödənilməsi barədə xəbərdarlıq edilməsinin, danışıqların aparılmasına baxmayaraq cavabdeh verdiyi vədlərə əməl etmədiyi üçün məhkəmə hesab edir ki, iddiaçının çəkdiyi xərclərin tələbi hissəsində iddiası əsaslı olduğundan iddia qismən təmin edilməli, lakin iddiaçı tərəfindən mənəvi ziyana dair məhkəməyə hər hansı sübut təqdim edilmədiyi üçün iddia həmin hissədə rədd edilməli, 36 manat məbləğində dövlət rüsumu alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh maddi ziyana görə 1.600 manat məbləğində pul və 36 manat ödənilmiş dövlət rüsumu, cəmi 1.636 manat (bir min altı yüz otuz altı manat) pul tutularaq İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qayada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov
Məhkəmə qərarları › İş №2(014)-1203/2022
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1203/2022
09.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver