Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1216/2024 04.10.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X3, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi" tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi" tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 26 iyul *983-cü il tarixdə Ağdaş rayonu Cüvə kəndində anadan olmuş və yaşamış X2 06 iyul *992-ci il tarixdə Ağdaş rayonu Cüvə kəndində suda boğularaq vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.*96*-ci ildə Ağdaş rayonu Cüvə kəndində anadan olmuşdur və orada yaşayır. X5 onun doğma qızıdır. O, 26 iyul *983-cü ildə Ağdaş rayonu Cüvə kəndində doğulmuşdur. X5 06 iyul *992-ci il tarixdə yaşadıqları Ağdaş rayonu Cüvə kəndində suda boğularaq vəfat etmişdir. O, Ağdaş rayonu Cüvə kəndində yerləşən kənd qəbristanlığında dəfn edilmişdir və qəbrin yeri məlumdur. Maraqlı şəxsnə gedərək X* ölümü barədə şəhadətnamə alınmamışdır. X* ölümünün qeydiyyata alınması barədə AR “Tibbi ərazi X4” Publik Hüquqi şəxsin “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsə müraciət etmiş və ona məktub ünvanlayaraq bildirilmişdir ki, vətəndaşın ölümündən uzun müddət keçdiyinə görə Ağdaş rayon Məhkəməsinə müraciət etməyi tövsiyyə edilmişdir. Həmçinin bununla bağlı Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs tərəfidən X* ölümü barədə şəhadətnamə verilmir və ölüm faktının müəyyən ediməsi üçün məhkəməyə müraciət etməyi bildirilmişdir. Övladı 26 iyul *983-cü ildə Ağdaş rayon Cüvə kəndində doğulmuş X2 06 iyul *992-ci il tarixdə yaşadıqları Ağdaş rayon Cüvə kəndində suda boğularaq ölməsi faktını şahidlər də təsdiq edə bilər. Qeyd olunan ölümün qeyd edilmə faktının müəyyən edilməsi ona vərəsəlik məsələsinin həlli ilə əlaqədar lazımdır. Məhkəmə iclasında Ərizəçi ərizəsinə uyğun izahat verərək bildirdi ki, o övladının ölüm faktını təsdiq etmək üçün müraciət etmişdir. Övladı 26 iyul *983-cü ildə Ağdaş rayon Cüvə kəndində doğulmuş və 06 iyul *992-ci il tarixdə yaşadıqları Ağdaş rayon Cüvə kəndində suda boğularaq ölmüşdür. Qızı Çinarə kənd qəbristanlığında dəfn olunmuşdur. Qızını qaynatası dəfn etmişdir və ona taxtadan baş daşı qoymuşdur. Hazırda pensiya almaq üçün qızının ölümü haqqında şəhadətnaməsini almaq zəruridir. Buna görə də, ərizəsinin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin *85.5-ci maddəsinə əsaslanaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadə verərək bildirdi ki, İsmirə xanım onun qardaşının yoldaşıdır. İsmirə xanımın hal-hazırda 4 uşağı vardır. Çinarə adlı bir uşağı 06 iyul *992-ci il tarixdə yaşadıqları Ağdaş rayon Cüvə kəndində faciəvi şəkildə qapılarının önündən keçən arxda boğularaq vəfat etmişdir. Dəfndə iştirak etmişdir. Uşağı böyük gəlinlərinin anası yumuş, o, isə su tökmüşdür. Çinarə Cüvə kənd qəbristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadə verərək bildirdi ki, İsmirə onun bibisi qızıdır. 5 uşağı var idi. Çinarə adlı bir uşağı 06 iyul *992-ci il tarixdə yaşadıqları Ağdaş rayon Cüvə kəndində faciəvi şəkildə qapılarının önündən keçən arxda boğularaq vəfat etmişdir. Çinarə Cüvə kənd qəbristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadə verərək bildirdi ki, İsmirə onun yoldaşının bibisi qızıdır. İsmirənin hal hazırda 4 uşağı var. Çinarə adlı bir uşağı 06 iyul *992-ci il tarixdə yaşadıqları Ağdaş rayon Cüvə kəndində faciəvi şəkildə qapılarının önündən keçən arxda boğularaq vəfat etmişdir. Yasa qaynanası getmişdir. Yas mərasimi Cüvə kəndinə olmuş uşaqda həmin kənddə dəfn edilmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını və şahidlərin ifadələrini dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan AR “Tibbi ərazi X4” Publik Hüquqi şəxsin “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” Publik hüuqi şəxsin *2 iyul 2024-cü il tarixli məktubundan görünür ki, Ərizəçi ərizə verərək X* 6 iyul *992-ci il tarixdə suda boğularaq vəfat etdiyini bildirmişdir. Vətəndaşın ölümündən uzun müddət keçdiyindən tərəflərindən qeydiyyata alına bilmir. Bu səbəbdən Ağdaş Rayon Məhkəməsinə müraciət etməsi məsləhət görülmüşdür. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş ** iyul 2024-cü il tarixli 3-*6- 5/8-İ-*3-843/24 saylı məktubundan görünür ki, Ərizəçi ölüm haqqında şəhadətnamənin verilməsinə dair ərizəsinə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm faktının məhkəmə tərəfindən müəyyən edildiyi bildirilərək imtina cavabı verilmişdir. İş materiallarında olan Ağdaş rayon Qolqəti Bələdiyyəsi tərəfindən verilmiş, *5 iyul 2024-cü il tarixli 3* saylı arayışdan məlum olur ki, mərhum X5 26 iyul *983-cü ildə anadan olmuş, 06 iyul *992-ci il tarixdə vəfat etmişdir. Mərhumənin atası X9 və anası Ərizəçi dediyinə görə X2 nəşi Ağdaş rayon Cüvə kəndiində yerləşən kənd qəbristanlığında dəfn olunmuşdur. İş materiallarında olan Ağdaş rayon Qolqət kənd soveti tərəfindən verillmiş 23 avqust *983-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 26 iyul *983-cü ildə Ağdaş rayonu Cüvə kəndinda anadan olmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2 və 307.2.3-cü maddələrinə müvafiq olaraq, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, 26 iyul *983-cü ildə Ağdaş rayonu Cüvə kəndində anadan olmuş X2 06 iyul *992-ci ildə vəfat etməsi faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, Ərizəçi oğlunun ərizəsi əsaslıdır və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli, *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5ci maddəsinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qaydaların 8.2-ci maddəsinin tələbinə görə, ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 26 iyul *983-cü ildə Ağdaş rayonu Cüvə kəndində anadan olmuş X2 06 iyul *992-ci il tarixdə Ağdaş rayonu Cüvə kəndində ölməsi faktı müəyyən olunsun. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mərhum X2 ölümünün qeydə alınması üçün əsasdır. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən * ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №2(014)-1216/2024
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1216/2024
04.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver